SON XƏBƏRLƏR

Qətər Əmiri İranı ölkəsinin suverenliyini pozmaqda ittiham etdi

2026.10.13, 13:23
Qətər Əmiri İranı ölkəsinin suverenliyini pozmaqda ittiham etdi

“İranın ölkəmizə hücumu Qətərin suverenliyinin açıq şəkildə pozulmasıdır”.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Qətər Əmiri Təmim bin Haməd əl-Tani deyib.

“Region fövqəladə hadisələrlə üz-üzədir. Strategiyamız müharibəyə cəlb olunmadan vətənimizi qətiyyətlə müdafiə etməkdir”, - o bildirib.

Əl-Tani Hörmüz boğazındakı vəziyyətə də toxunaraq qeyd edib ki, boğazın bağlanması ölkənin ixracında ciddi fasilələrə səbəb olub: “Qətər qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən beşdə birini təmin edir və bu sahəyə istənilən təsir bazarlara və istehlakçılara da təsir göstərir”.

Qətər əmiri əlavə edib ki, Bəsrə körfəzi ölkələrinin təhlükəsizliyi və suverenliyinin qorunması güzəştə gedilə bilməyən məsələlərdir.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar