SON XƏBƏRLƏR

İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum

2026.10.14, 20:33
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum

Gunaz.tv

İran tərəfdarı olduğu bildirilən “313 Team” adlı haker qrupu ötən gecə Azərbaycanın 100-dən çox dövlət domeninə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücuma görə məsuliyyəti üzərinə götürüb.

İraq ərazisində fəaliyyət göstərdiyi iddia edilən qrup bu barədə özünün Telegram kanalında məlumat yayıb. Məlumata görə, hücumun gücü saniyədə 2,5 terabitdən çox olub.

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti daha əvvəl kiberhücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində fasilələr yarandığını açıqlamışdı. Xidmət sonradan texniki tədbirlər nəticəsində hücumun təsirlərinin məhdudlaşdırıldığını və internet resurslarının dayanıqlı fəaliyyətinin təmin edildiyini bildirib.

“313 Team” qrupu “313 Team Hack Team” və “İslam Kiber Müqaviməti” adları ilə də tanınır. Qrupun İranla əlaqəli olduğu bildirilir. “HawkEye” platformasının 2026-cı ilin martında yaydığı xəbərdarlıqda isə qrupun İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqəsinin ola biləcəyi ehtimalı irəli sürülüb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar