SON XƏBƏRLƏR

Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb

2026.10.17, 19:32
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp Vaşinqton, Moskva və Pekinin nüvə silahlarına nəzarətlə bağlı razılaşma əldə edə biləcəyinə əminliyini ifadə edib.

Tramp bildirib ki, bu məsələni Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə müzakirə edib. Onun sözlərinə görə, razılaşmanın əldə olunması mütləq bu il baş verməli deyil.

Vaşinqton mümkün nüvə silahlarının azaldılması sazişinə Çinin də qoşulmasını istəyir. Pekin isə hər hansı danışıqların ölkənin fundamental maraqlarına hörmət əsasında aparılmalı olduğunu vurğulayır.

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar