SON XƏBƏRLƏR

Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat

2026.10.19, 11:04
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü bazar ertəsi bildirib ki, ölkədə bir çox insan müharibənin başlayıb-başlamayacağı bəlli olmadığı üçün işlərini təxirə salıb.

Gunaz.tv

Məhəmmədmehdi Şəhriari deyib: “Vəziyyət qeyri-sabit olanda heç kim öz həyatı və gələcəyi ilə bağlı qərar verə bilmir. İnsanlar nə müqavilə bağlaya, nə investisiya yatıra, nə də hər hansı addım ata bilirlər”.

Onun sözlərinə görə, son günlər ABŞ ilə danışıqlar aparılması təklifləri gündəmə gətirilib. Şəhriari hesab edir ki, rəsmilərə mövqe müəyyənləşdirmək və lazımi cavabı hazırlamaq üçün imkan verilməlidir.

“Danışıqlar da mübarizə aparmağın bir yoludur. Bunu hamı deyir”, — deyə o əlavə edib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar