SON XƏBƏRLƏR

Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək

2026.10.22, 18:32
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək

Gunaz.tv

Urmiyə gölünün xilas edilməsi üzrə Milli İşçi Qrupunun katibliyi Qoşaçay (Miyandab) rayonunda çuğundur festivalının keçirilməsi üçün heç bir icazənin verilmədiyini və verilməyəcəyini açıqlayıb.

Açıqlanan araşdırmalara görə, alma, şəkər çuğunduru, yonca və buğda məhsulları Urmiyə gölünün su hövzəsində ümumi su istehlakının 68 faizini təşkil edir. Bu, təxminən 2 milyard 390 milyon kubmetr suya bərabərdir. Halbuki, həmin məhsulların regionun iqtisadi əlavə dəyərində payının cəmi 8 faiz olduğu bildirilir.

Urmiyə gölünün ətrafındakı şəhərlər suya tələbatı yüksək olan bitkilərin əkilməsini təşviq etməkdən çəkinməli və gölün xilas edilməsi istiqamətində ciddi addımlar atmalıdırlar. Yeraltı su ehtiyatlarının kənd təsərrüfatında həddindən artıq istifadəsi əvəzinə, bu suların təbii şəkildə bərpasına və gölün dirçəldilməsinə şərait yaradılmalıdır.

Bununla yanaşı, müasir kənd təsərrüfatına keçid, suya qənaət edən suvarma üsullarının tətbiqi və az su tələb edən bitkilərin becərilməsi prioritet olmalıdır. Bu yanaşma həm fermerlərin dolanışığını qorumağa, həm də regionun su ehtiyatlarını mühafizə etməyə kömək edə bilər.

İqlim şəraitinə uyğun olduğu təqdirdə, püstə ağacı, zəfəran, zirə, aspir, küncüt, noxud, mərcimək və bəzi dərman bitkiləri suya daha çox ehtiyac duyan məhsullara alternativ ola bilər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar