SON XƏBƏRLƏR

Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib

2026.10.23, 11:00
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib

İslam Respublikası yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib. 

Gunaz.tv

Bu barədə bəzi ABŞ rəsmiləri bildirib.

Onların sözlərinə görə, məruz qaldığı hücumlara baxmayaraq, Tehran hələ də bu silahların əhəmiyyətli ehtiyatlarını və yeni qarşıdurmada onlardan istifadə etmək qabiliyyətini saxlayır.

Amerika rəsmiləri hesab edirlər ki, Çin qurumları Tehrana peyk görüntüləri təqdim etmiş ola bilər; bu görüntülər Amerika hərbi gəmilərini izləmək üçün istifadə edilə bilər.

Tehran həm ictimaiyyət qarşısında, həm də pərdəarxası diplomatik kanallar vasitəsilə vasitəçilərə xəbərdarlıq edib ki, onun cavabı yalnız ABŞ və İsrailin Amerika bazalarına və gəmilərinə yenidən hava hücumları ilə məhdudlaşmayacaq. Qonşu Körfəz ölkələrindəki hava limanları, boru kəmərləri, iqtisadi obyektlər və mülki hədəflər də İslam Respublikasının təhdid siyahısındadır. 

Qeyd edək ki, Amerika mediası 3 noyabrda keçirilən aralıq konqres seçkilərindən sonra İrana qarşı yeni hücumların nəzərdən kemirilməsi barədə məlumatlar yayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar