SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA

2026.11.05, 10:58
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Suriyanın Prezidenti Əhməd əş-Şaraa Hörmüz boğazı, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında dəniz nəqliyyatına təhlükə yaradan fəaliyyətlərin dərhal dayandırılmasına çağırıblar.

Gunaz.tv

Bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, iki lider çərşənbə günü Ər-Riyadda keçirilən görüşdə regional və beynəlxalq hadisələri müzakirə ediblər. Onlar hərbi eskalasiyanın təhlükəsizlik, beynəlxalq gəmiçilik, enerji təchizatı və qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

SPA-nın məlumatına görə, tərəflər gərginliyin azaldılmasının, böhranların qarşısının alınmasının, mübahisələrin sülh yolu ilə həlli üçün dialoq və diplomatiyaya üstünlük verilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin regional və beynəlxalq məsələlərlə bağlı mövqelərinin bir-birinə yaxın olmasını müsbət qiymətləndiriblər.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı və Suriya müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalayıb. Bundan əlavə, sənaye əməkdaşlığı, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrini əhatə edən anlaşma memorandumları imzalanıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar