SON XƏBƏRLƏR

Bəhreyn Tehrana sədaqət andı içməkdə ittiham etdiyi şiə din xadimlərinə qarşı tədbirləri gücləndirib – Reuters

2026.11.06, 17:50
Bəhreyn Tehrana sədaqət andı içməkdə ittiham etdiyi şiə din xadimlərinə qarşı tədbirləri gücləndirib – Reuters

Bəhreyn müharibə zamanı İranın adaya raket və dron hücumlarından sonra 50-dən çox şiə din xadimini həbs edib, İran mənşəli 69 vətəndaşın isə vətəndaşlığını ləğv edib.

Gunaz.tv

Bu barədə “Reuters” agentliyi cümə günü məlumat yayıb. Həbs edilən din xadimlərinin işi üzrə məhkəmə hökmünün bazar günü açıqlanması gözlənilir.

May və iyun aylarında həbs edilən din xadimləri İranın Ali Rəhbərinə itaəti təşviq etməklə və SEPAH-ın köməyi ilə dövləti devirməyə çalışan terror təşkilatı yaratmaqda ittiham olunurlar.

Bəhreynin İctimai Təhlükəsizlik Agentliyinin rəhbəri general-leytenant Tariq əl-Həsən “Reuters”ə açıqlamasında bildirib ki, ölkə İran rəhbərliyinə itaəti Bəhreynin suveren hakimiyyətindən üstün tutan ideologiya ilə mübarizə aparır. Onun sözlərinə görə, ölkədəki şiələrin əksəriyyəti qanunlara əməl edən və dövlətə sadiq vətəndaşlardır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar