SON XƏBƏRLƏR

Üç ABŞ hərbi gəmisi Yaponiyadan Yaxın Şərqə doğru hərəkət edib

2026.11.08, 22:26
Üç ABŞ hərbi gəmisi Yaponiyadan Yaxın Şərqə doğru hərəkət edib

Gunaz.tv

ABŞ-ın “Makin Aylend” Amfibiya Hazır Qrupu üç hərbi gəmi və təxminən 2 200 dəniz piyadası ilə noyabrın 7-də Yaponiyanın Yokosuka hərbi-dəniz bazasını tərk edərək ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına – Yaxın Şərqə doğru yola çıxıb.

Qrupa “USS Makin Island” amfibiya hücum gəmisi, “USS Anchorage” və “USS John P. Murtha” desant-nəqliyyat gəmiləri, həmçinin 13-cü Dəniz Piyadaları Ekspedisiya Bölməsi daxildir.

Bu hərəkət Vaşinqtonla Tehran arasında gərginliyin artdığı və ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyi bir vaxta təsadüf edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar