SON XƏBƏRLƏR

On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar

2026.11.12, 13:26
On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar

Noyabrın 11-də İran Voleybol Premyer Liqasının dördüncü həftəsinin oyunları çərçivəsində Urmiyanın "Şəhrdari" voleybol komandası Şərqi Azərbaycanın Vərziğan şəhərinin "Mes Süngün" komandası ilə qarşılaşıb.

Gunaz.tv

Bu barədə idman mediası məlumat yayıb.

Görüş Təbrizin Purşərifi idman kompleksində keçirilib.

Qarşılaşma 3-0 hesabı ilə Urmiya təmsilçisinin xeyrinə başa çatıb.

Bununlada "Şəhrdari" komandası dörd oyundan 10 xal qazanaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Təxminən on illik fasilədən sonra yenidən üz-üzə gələn Azərbaycanın iki komandasının oyunçuları qarşılaşmanı "qardaşlıq mütçı" adlandırıb və ayrı-ayrılıqda deyil, birlikdə şəkil çəkdirərək dostluq və həmrəylik mesajı veriblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar