Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
BMT Təhlükəsizlik Şurasında Alexandro Vulf və Vitali Çurkin bir-birilərini günahlandırıblar Ağ Ev isə baş nazir Vladimir Putinin iddialarını "ağıldan kənar" adlandırıb Avropa Birliyi ölkələri dövlət başçılarının sentyabrın 1-də Brüsseldə keçiriləcək fövqəladə sammitinə iki qətnamə layihəsi hazırlanıb. Kremlə yaxın mənbələr "Kommersant" qəzetinə bildiriblər ki, Avropa Birliyi İtaliyanın lobbiləşdirdiyi yumşaq və Polşanın israrla tələb etdiyi sərt variantlardan birini seçməli olacaq. Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini Fransanın xarici işlər naziri Bernar Kuşner bəyan edib. Rusiya isə bildirib ki, bu kimi addımlar onu qorxutmur. Rusiyanın Gürcüstana hərbi təcavüzü və bu ölkənin iki əyalətini "müstəqil dövlət" kimi tanımasına reaksiya veriləcək sammitdə Moskvaya qarşı sanksiyaların tətbiqi istisna deyil. Əgər Polşanın israrla tələb etdiyi sərt variant keçərsə, Rusiyadan bəzi məhsulların Avropaya idxalı məhdudlaşa bilər. Ramiz Söhbət o cümlədən polad, alüminium, mineral gübrədən gedir. Sanksiya variantı Rusiya bazarlarının "çox riskli" zona elan olunması, böyük biznesə bu ölkədə investisiyaları azaltmaq tövsiyələri, Moskva ilə tərəfdaşlıq və viza rejiminin liberallaşdırılması danışıqlarının dayandırılmasını nəzərdə tutur. İtaliyanın təklif etdiyi qətnamə layihəsində isə sadəcə Rusiyadan qoşunlarını Gürcüstandan çıxarmaq tələbi qoyulur və Moskvadan bu Cənubi Qafqaz ölkəsi ilə davranışı digər ölkərlərlə bağlı təkrar etməyəcəyi öhdəliyininin alınmasını nəzərdə tutur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Moskvaya yönəlik sanksiyalarının "boş gurultu" adlandırıb. O hesab edir ki, bütün bunlar Avropa ölkələrinin başlarını itirdiyini göstərir. Həm də Avropa Birliyini gözləməyən rus hökuməti ölkəyə müxtəlif heyvan ətləri gətirən 19 Avropa Birliyi şirkətinə qadağa qoymağa hazırlaşır. Səbəb kimi guya ətlərin kefiyyətsizliyi göstərilir. Rusiyanın AB-dəki daimi nümayəndəliyinin rəhbəri Vladimir Çijov hesab edir ki, sanksiyalar Rusiyadan çox Avropa İttifaqına ziyan vuracaq. Gürcüstan parlamenti isə fövqəladə iclasında Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə qarar verib. 106 deputatın yekdilliklə qəbul etdiyi 7 bəndlik qərarda Gürcüstan ərazisindəki bütün kənar hərbi birləşmələr qanunsuz elan edilib. Abxaziya və Cənubi Osetiyanı Rusiyanın işğalı altında olan bölgələr elan edən parlament hökumətə rus qoşunlarının ölkədə mövcudluğunu nəzərdə tutan bütün qərarların ləğvini tapşırıb. Rusiyanın Cənubi Osetiya və Abxaziyanı "tanımasından" sonra ilk dəfə avqustun 28-də toplantısını keçirən BMT Təhlükəsizlik Şurasında Gürcüstan problemiylə bağlı düzənlənən açıq dinləmələr də sərt polemikalarla keçib. Gün boyu sürən toplantıda Təhlükəsizlik Şurasının üzvlərinin çoxununu tənqidinə tuş gəlib. Adətən Təhüləksizlik Şurasının toplantılarında Moskvayla həmrəylik sərgiləyən Çinin daimi təmsilçisi çıxış üçün heç söz almayıb. Rusiyanın qurumdakı daimi təmsilçisi Vitali Çurkin ölkəsinin Abxaziya və Cənubi Osetiyanı "müstəqil dövlətlər" kimi tanımasına haqq qazandırmağa çalışıb. O, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana sovet hakimiyyəti illərində, Stalin zamanında zorla birləşdirildiyini və Tiflisin bu bölgələrə sahibliyinin qəbuledilməz olduğunu vurğulayıb. Gürcüstanı BMT-də təmsil edən İrakli Alasaniya Rusiyanın ölkəsinə qarşı davranışını "cinayətkar akt" adlanıdırıb. ABŞ elçisi Alexandro Vulf Vaşinqtonun Rusiya işğalını qəti ittiham etdiyini söyləyib. Böyük Britaniya və Kosta-Rikanın BMT-dəki daimi nümayəndələri Con Soyers və Xorxe Urbina da Mokvanı təcavüzdə günahlandırıblar. Yekun bəyanatın, qərarın qəbul edilmədiyi iclasda Rusiyanın BMT-dəki daimi təmsilçisiylə ABŞ səfiri arasındakı qarşılıqlı ittihamlar diqqət çəkib. Alexandro Vulf Rusiyanın Gürcüstandakı hərəkətlərinin BMT Bəyannaməsinə ziddi olduğunu, Moskvanın Gürcüstanın Cənubi Osetiya bölgəsində yaşayan rus vətəndaşlarını qorumaq bəhanəsinin gerçək olmadığını vurğulayıb. Vitali Çurkinsə ABŞ-ın başında durduğu koalisiya qüvvələrinin 2003-cü ildə İraqa kütləvi qırğın silahı bəhanəsiylə girdiyini xatırladıb: "İraqda həmin silahları tapdınız, yoxsa hələ axtarırsınız?". Söz alan ABŞ səfiri bənzətmələri yanlış sayıb: "Mən dəli deyiləm və Vitali Çurkinin bu çağrışı necə etdiyini də bilmirəm. İraqın torpağını qoparmaq, yaxud parçalamaq müzakirə mövzusu deyil". Vitali Çurkin növbəti çıxışında NATO-nun 1999-cu ildə Serbiyanı bombalamasınına da toxunub və Kosovayla Cənubi Osetiya və Abxaziyadakı durumlar arasında oxşarlıq olduğunu iddia edib. Rusiyanın daimi təmsilçisinə bu dəfə Böyük Britaniyanın BMT-dəki səfiri Cohn Cavers cavab verib: "NATO-nun hərbi müdaxiləsi bir yox, çoxlu sayda ölkə bir soyqırımı önləmək üçün aparıb və Kosovanın müstəqilliyi 9 il sürən BMT idarəçiliyindən sonra mümkünləşib. Gürcüstana gəlincə, Rusiya gücdən yararlanaraq təkbaşına qonşu bir ölkənin sərhədlərini yenidən çəkməyə çalışır. Fransa və İtaliya təmsiçiləri də rusları tənqid ediblər. Rusiyanın BMT-də dəstək gözlədiyi Çinlə bərabər, Liviya və Vyetnam təmsilçiləri də danışmayıblar. Təhlükəsizlik Şurası Cənubi Osetiya və Abxaziya təmsilçilərinin toplantıda çsıxış etməklə bağlı istəklərinə də mənfi yanaşıb. Yalnız Cənubi Afrika nümayəndəsi bu istəyi müsbət qarşılayıb. BMT Təhlükəsizlik Şurasının toplantısından sonra Rusiyanın baş naziri Vladimir Putin CNN telekanalına müsahibəsində Gürcüstan böhranında ABŞ-ın əli olduğunu ehtimal edərək, "təxribatın" prezident yarışında namizədlərdən birinin şanslarını artırmaq üçün qurulduğunu dilə gətirib. Namizədin adını dəqiqləşdirməyən baş nazir Rusiyanın əlində döyüş əməliyyatları zonasında Amerika vətəndaşlarının mövcudluğunu deməyə ciddi əsaslar olduğunu da nəzərə çatdırıb. Ağ Ev Vladimir Putinin iddialarını "ağıldan kənar" adlandırıb. Məlumat üçün deyək ki, Rusiya Düşənbədə toplantısı keçirilən Şanxay Əməkdaşlıq Təşkilatından da istədiyi dəstəyi ala bilməyib. Toplantıdan sonra yayılan bəyanatda Moskvanın Cənubi Qafqazdakı sülh və sabitlik yönündəki fəaliyyətinin dəstəkləndiyi yazılıb, amma Cənubi Osetiya və Abxaziyanın tanınmasıyla bağlı hər hansı ifadəyə yer verilməyib. Bəyanatda Gürcüstana yönəlik hər hansı bir tənqidin yer almaması da diqqət çəkib. Ermənistanda hökumət koalisiyasında yer alan Daşnaksütunun nümayəndəsi Armen Rustamyan İrəıvanın Cənubi Osetiya və Abxaziyanı tanımasının çətin olacağını bildirib. Qazaxıstandan da bənzər açıqlama gəlib. Diplomatik sahədə qərarına dəstək görməyən ruslar isə dayanmaq fikrində deyillər. Gələn həftə Vladimir Putinin Özbəkistana səfəri gözlənilir. Hələlik alnız Belorusiyanın Rusiyadakı səfiri Vasiliy Dolgolev Minskin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini yaxınlarda tanıya biləcəyini dilə gətirib. xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı