Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya ilə Gürcüstan arasındakı müharibə ilə bağlı atəşkəs sazişi imzalanmasına baxmayaraq münaqişə fonunda müzakirələr hələ də davam edir. Görünən odur ki, müharibə hələ bitməyib. Qafqazdakı vəziyyətlə bağlı beynəlxalq güclər açıq-aydın üz-üzə gəliblər. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra dünya dövlətləri arasında qıcıqlanma və müəyyən etirazlar başladı. Böyük dövlətlər Rusiyaya qarşı bir cəbhədə birləşiblər. Belə görünür ki, hazırda "şimal ayısı" meydanda tək qalıb. Dünyada və Qafqazda gedən prosesləri şərh edən politoloq Rüstəm Məmmədov bildirib ki, 1990-cı ilin əvvəllərindən sanki regionda böyük bir çəlləyə barıt qoyulub: "Gözləyirlər ki, bu barıt nə vaxt partlayacaq. Mən tək Şimali yox, eyni zamanda Cənubi Qafqazı da nəzərdə tuturam. Şimali Qafqazda çeçen müharibəsi, Dağıstanda isə daim gərginlik, qarşıdurma hökm sürür. Üstəlik bura Cənubi Qafqazdakı prosesləri əlavə etsək, demək olar ki, ümumən Qafqaz çox acınacaqlı bir vəziyyətdədir. Gürcüstan və Cənubi Osetiya durumu isə sadəcə olaraq bunun görüntüləridir. Yəni üzə çıxan yaralarından biridir. Yaraların səbəbi, bunları əmələ gətirən və müalicə etmək barədə heç kəsdə dolğun təsəvvür yoxdur. Hesab edirəm ki, regiondan kənar qüvvələrin də bu işə cəlb olunması, problemi bir qədər də dərinləşdirir. Söhbət dünyanın aparıcı güc mərkəzlərinin Qafqazdakı maraqlarından gedir. Hazırda Qərb dövlətlərinin maraqları ilə Rusiyanın ənənəvi və hakim kəsilmiş maraqları toqquşur. Burada bir növ xırda xalqların, Rusiyanın və Qərb dairələrinin maraqlarının üçqat toqquşması prosesi gedir. Bəziləri bunun əsas səbəblərinin neft və qaz yataqları ilə, enerji sektorunda görürlər. Amma fikrimcə, burada təkcə sadaladığım amillər yox, eyni zamanda geoiqtisadi mənalar var. Yaşadığımız regionla bağlı bir çox regionların inkişafı və ya tənəzzülü baş verə bilər. Ümumiyyətlə, Qafqaz Rusiya təsirindən kənarda qalarsa, Rusiyanın özünün daxilində böyük tənəzzül və parçalanma baş verə bilər. Yəni geopolitik axtarışların nəticəsində bu qənaətə gəlinir. Əgər bu region doğrudan da dolğun şəkildə işləyərsə, Qərbin və Şərqin varlanması imkanları genişlənər. Tarixi İpək yolunun bərpası və bununla gedəcək ticarət istiqamətləri çox böyük imkanlar vəd edir. Rusiyanın özü də bu dəhlizdən istifadə etmək niyyətində idi. Çünki Şimal və Cənub dəhlizi hələlik qurulmayıb. Belə baxanda görünən odur ki, Rusiya hələ sovetlər dönəmindən başlayaraq üzü bəri bu regionun aktivləşməsinə özü qəsdən maneçilik törədirdi. Səbəbi isə aydındır. Ona görə ki, Qafqaz regionu geniş tranzit imkanlarına malik olsa, Rusiyanın təsirindən çıxmaq niyyəti daha tez baş qaldırar. "Şimal ayısı" da bu prosesi görür və başa düşür ki, müstəqil iqtisadi və siyasi fəaliyyət göstərmək region ölkələrinin müstəqilliyi deməkdir. Bununla da Rusiya tabeçiliyi yekunlaşır. Güman edirəm ki, proseslər kifayət qədər dərindir, iqtisadi, siyasi maraqlarda Rusiya ilə Qərb maraqları ciddi surətdə toqquşub. Qafqaz bir imtahan keçir". Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra Rusiyaya heç bir dövlətin, hətta Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin dəstək verməməsinə münasibətdə politoloq bildirib ki, əgər ŞƏT-ə üzv dövlətlər bunu dəstəkləsəydi, vəziyyət onların özlərinin ziyanına işləyərdi: "Bununla da Şanxay, Honq-Konq və digərləri müstəqilliklərini rəsmi surətdə tanıtmağa çalışacaqlar. Çindəki bir çox xırda xalqlar da başlayacaqlar öz müstəqilliklərini tələb etməyə. Çində Tibet məsələsi gündəmdədir və onlar çoxdandır ki, azadlıqlarını tələb edirlər. Yəni bu, sadəcə olaraq bir problemdir. Çinin nəyinə gərəkdir ki, ağrımayan başını ağrıtsın. Burada Qərbin mövqeyi çox şübhəli alındı. Nəyin naminə Kosovoya müstəqillik verildisə, ondan sonra da bu ənənə baş alıb getməkdədir. İkinci bir cəhətdən Qırğızıstan müəyyən dərəcədə Çinin təsiri altındadır. Buna görə də qorxur. Əgər Çin buna rəvac verərsə, münasibətlər gərginləşər. Qazaxıstan Rusiyadan çəkindiyinə görə məcbur olub bu işə getdi. Yəni Qazaxıstanın qərarı qorxu hissindən irəli gəldi. Özbəkistan isə əlbəttə ki, Rusiyaya dəstək verə bilməzdi. Çünki onun Səmərqəndi, tacik, qazax vilayətləri var. Onlar da öz müstəqilliklərini elan etsə nə olar, dünya dağılar ki!? Hazırda belə bir dönəm var". Azərbaycanın Rusiya-Gürcüstan müharibəsi ilə bağlı sərgilədiyi mövqeyin doğru olduğunu deyən R.Məmmədov Rusiyanın Qarabağı tutduğunu və buna görə də ölkəmizin asılı vəziyyətdə olduğunu söyləyib. Politoloq Azərbaycanın antirusiya koalisiyasına qoşulmasını da real saymır: "Biz bu məsələdə bir az aktiv olsaq, Rusiya Qarabağı verəcək erməniyə. Ona görə də Azərbaycan neytral mövqe nümayiş etdirməyə məcburdur. Hesab edirəm ki, rəsmi Bakının tutduğu xətt doğrudur. Gürcüstan bizi başa düşməlidir. Ümummilli lider Heydər Əliyev balanslaşdırdığı siyasətlə çalışırdı ki, Azərbaycanı ayağa qaldırsın. Ondan sonrası Allah Kərimdi. Ölkəmizin antirusiya koalisiyasına qoşulmasına isə inanmıram. Bizə neytral mövqedə qalmaq sərf edir. Qoy öz davalarının zərərini özləri görsün". Rusiyanın Türkiyəyə NATO gəmilərini Qara dənizdən çıxarması üçün 21 gün vaxt verməsini şərh edən politoloq bu gün dünyada fəlakətli vəziyyətin yarandığı qənaətindədir. Onun sözlərinə görə, dünya müharibəsinin başlaması üçün kiçik bir bəhanə lazımdır: "Türkiyə mütləqliklə NATO tərəfindən çıxış etməlidir. Ruslar bildirirlər ki, Türkiyə NATO gəmilərini saxlamaqla xarici dövlətlərin Qara dənizdəki boğazlardan keçməsinə dair imzalanmış Mantro sazişini pozur. Düzdü, orada müəyyən normativ pozuntu var. Amma hazırda bu cür sazişlər gündəmdən düşüb. Əgər müqavilələrə əməl olunurdusa, Rusiya sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünün qorunması ideyasına dəstək verib. Bəs indi niyə verdiyi sözlərə əməl etmir?" Rusiyanın parçalanmağa doğru getdiyi barədə deyilən fikirlərin yeni olmadığını qeyd edən R.Məmmədov Bzejinskinin bəyanatını xatırladıb: "Bzejinski bildirmişdi ki, əvvəl-axır Rusiya dağılacaq. Necə SSRİ dağıldı, eləcə də onun xələfi parçalanacaq. Çünki Rusiyadakı müxtəlif federal qurumlar var ki, onlar həm millidir, həm də ağıllıdır. Onlar da azad yaşamaq istəyirlər". Prosesin gedişi dünya müharibəsinin reallığa doğru getdiyini göstərir deyən R.Məmmədov Cənubi Qafqaz prosesində bu gün aydınlaşmanın aparıldığını vurğulayıb: "Hazırda görürsüz, Ermənistan susur. Fakt odur ki, Ermənistanı fəlakət gözləyir. Ya Qərbə qoşulmalıdır, ya da bu blokadada məhv olub gedəcək. Ona görə də müzakirələrin sonunu gözləmək lazımdır. Anar Bayramoğlu sherg
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı