Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
Türkiyə və Ermənistanın münasibətlərində tarixi dönüş baş verir. Prezident Abdullah Gül ermənistanlı həmkarı Serj Sərkisyanın ona göndərdiyi dəvəti qəbul edib-etməməklə bağlı hələ qərar vermədiyini dəfələrlə bildirsə də dünən məlum olub ki, artıq onun mühafizəçiləri İrəvana yola düşməyə hazırlaşır. Bu barədə xəbəri Türkiyə iqtidarına bağlı olan “Todays Zaman” qəzeti yayıb. Qəzetin yazdığına görə, Türkiyə rəsmiləri prezident A.Gülün İrəvana gedib-getməyəcəyi barədə sussalar da məlum olur ki, dövlət başçısı iki ölkənin milli futbol komandalarının oyununa baxmaq üçün İrəvana getməyi qərara alıb. Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sərkisyan bu ilin iyun ayında A.Gülü rəsmən İrəvana dəvət edib. Formal olaraq bu səfər futbol oyununa baxmaq məqsədi daşımalıdır. Ancaq aydındır ki, Türkiyə prezidentinin İrəvana səfəri Ermənistanla uzun müddətdir hökm sürən düşmənçilik münasibətlərinin barışığa çevrilməsi demək olacaq. “Todays Zaman”ın bildirdiyinə görə, Türkiyə prezidentinin təhlükəsizliyinə cavabdeh olan Təhlükəsizlik İdarəsi hazırda A.Gülün İrəvana səfərinə hazırlıqla məşğuldur. İdarədəki mənbələrdən bildiriblər ki, ilkin olaraq İrəvana 15 nəfərdən ibarət mühafizəçilər dəstəsi göndəriləcək. Dəstənin bu həftənin axırında yola düşəcəyi gözlənilir. Bununla belə, Türkiyənin Xarici İşlər Nazirliyi təhlükəsizlik əməkdaşlarının İrəvana göndərilməsi ilə bağlı hazırda heç bir rəsmi plan olmadığını bildirib. Prezident A.Gül isə cəmi bir gün əvvəl telekanallardan birinə müsahibəsində İrəvana gedib-getməmək haqda qərar vermədiyini deyib. Prezident bildirib ki, hələ dəvəti araşdırır. Lakin qəzetin əldə etdiyi məlumatda deyilir ki, A.Gülün İrəvana səfəri iki səbəbdən son anda açıqlanacaq: birincisi, Ankara Azərbaycanı məyus etmək istəmir, ikincisi isə prezidentin İrəvanda təhlükəsizliyinin təmin edilməsi məsələsi həll edilməlidir. Bildirilir ki, Ermənistan tərəfi Türkiyə prezidentinin təhlükəsizliyinin təmin edilməsinə tam təminat verib. Ermənistan Prezidentinin Xüsusi Mühafizə İdarəsi və polis A.Gülün təhlükəsizliyinin təmin edilməsi ilə bağlı plan hazırlayıb. Lakin təhlükəsizliklə bağlı narahatlıq aradan qalxmayıb. Buna görə də prezidenti mühafizə edən xüsusi təyinatlı dəstənin əməkdaşlarının səfərdən bir neçə gün əvvəl İrəvana göndəriləcəyi gözlənilir. 15 nəfərlik xüsusi təyinatlı dəstə Ermənistan təhlükəsizlik xidmətinin əməkdaşları ilə birgə A.Gülün təhlükəsizliyinin təmin edilməsi planını hazırlayacaq. Dəstə üzvlərinin M5 snayper tüfəngləri, M16 avtomatları və digər silahlarla təchiz edildiyi bildirilir. Gözlənilir ki, A.Gülün səfəri zamanı İrəvanda fövqəladə təhlükəsizlik tədbirləri görüləcək. Ermənistan və Türkiyə yığmalarının oyununun keçiriləcəyi “Razdan” stadionunda bir neçə çevrədən ibarət mühafizə sistemi qurulacaq. Ermənistan polisi isə A.Gülün kortejinin keçdiyi küçələrdə təhlükəsizliyə cavabdeh olacaq. Xatırladılır ki, Türkiyə ilə Ermənistan arasında son vaxtlar qarşılıqlı barışıq jestləri edilir. İki ölkənin diplomatları arasında münasibətlərin normallaşmasına dair üç raunddan ibarət məxfi danışıqlar aparılıb və birgə plan hazırlanıb. Lakin Türkiyədə AKP iqtidarının Ermənistanla yaxınlaşmaq səyləri ana müxalifət partiyası CHP tərəfindən tənqid edilir. CHP başqanı Dəniz Baykal bu günlərə bəyan edib ki, Türkiyə Ermənistana barışıq jestləri göndərərkən Azərbaycanı heç vaxt yaddan çıxarmamalıdır. D.Baykal da deyib ki, onun qənaətinə görə, prezident A.Gül İrəvana gedəcək, ancaq Ermənistan Türkiyənin bu cür yüksək səviyyəli jesti üçün heç nə etməyib. Ona görə də bu səfər Azərbaycanı incidəcək. Ermənistan prezidenti S.Sərkisyan isə ötən gün bir daha bəyan edib ki, Türkiyə prezidentinə göndərdiyi dəvət qüvvəsində qalır. Onun sözlərinə görə, A.Gülün səfəri iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından olduqca vacibdir: “Biz birgə tariximizdə çətin dövrləri yaşamışıq. Lakin Ermənistan münasibətlərin inkişafına hazırdır və Türkiyədən də bunu gözləyir”. S.Sərkisyan deyib ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin son dövrlərdəki inkişafına əsasən söyləmək olar ki, hər iki ölkənin liderləri mühüm qərarların qəbulu ərəfəsindədir: “Bu, heç də sadə qərar olmayacaq və Ermənistanla Türkiyədə tam məmnunluqla qarşılanmayacaq”. S.Sərkisyan əlavə edib ki, “soyqırım”ın tanınmasını Türkiyə ilə diplomatik münasibətlərin qurulması üçün ilkin şərt kimi irəli sürmür. Xəbər verildiyi kimi, Türkiyə bu günlərdə Gürcüstan ətrafında yaranmış böhranı əsas gətirərək Ermənistanla hava əlaqələrini də genişləndirib. A.Gül isə deyib ki, Ermənistan Türkiyənin düşməni deyil. Beləliklə, Türkiyə Ermənistana barışmağa və münasibətlər yaratmağa qərar verib, bu barışıq heç şübhəsiz ki, iki ölkə sərhədlərinin açılması ilə müşayiət olunacaq. Türkiyə iqtidarının Ermənistanla münasibətləri normallaşdıracağı və sərhədləri açacağı haqda hələ AKP-nin bağlanması iddiasına baxıldığı dövrdə Qərb mənbələri də xəbər vermişdi. Bildirilirdi ki, Qərb AKP-yə bu mərhələdə güclü dəstək verir, Türkiyənin hakim partiyası isə bunun müqabilində Ermənistanla əlaqələr yaradacaq. Ankara Ermənistanla münasibətlər yaratmaq üçün əsas şərtlərdən birinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi olduğunu rəsmən bəyan edir, lakin artıq şübhə yeri qalmır ki, bu şərt ən azı arxa plana keçib. “The Economist” həftəliyi də bir neçə gün əvvəl yazmışdı ki, Türkiyə indi Ermənistanın “soyqırım”ın başqa ölkə parlamentləri tərəfindən tanınması yönündəki səylərin dayandırılmasını xahiş edir və bunun əvəzində İrəvanla münasibətlər yaratmağa hazırdır. Qeyd edək ki, rəsmi Bakı Türkiyənin Ermənistanla yaxınlaşmasına hələlik sakit yanaşır. Belə fikirlər var ki, Türkiyə iqtidarı İrəvanla bağlı addımlara Azərbaycan hakimiyyətinin üstüörtülü razılığını da ala bilər. Müsavat Partiyasının başqanı İsa Qəmbər bu məlumatlarla bağlı sualımızı belə cavablandırdı: “Hansısa bölgədə kifayət qədər həssas bir situasiya olanda hər bir dövlət və dövlət xadimi atdığı addımlarda çox diqqətli olmalıdır. Eyni zamanda bu addımları şərh edən şəxslər də diqqətli olmalı, hansısa fikir bildirməyə tələsməməlidir. İndiki halda mən fərziyyələrə əsaslanaraq nəsə demək istəməzdim. Türkiyə ata biləcəyi addımları atandan sonra bu məsələyə öz münasibətimizi bildirəcəyik. Güman edirəm ki, buna bizim imkanımız olacaq”. Türkiyənin bu addımına münasibət bildirən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin fikrincə, hər bir dövlət, o cümlədən də Türkiyə öz siyasətini öz maraqları çərçivəsində qurmalıdır. Amma millət vəkili qeyd etdi ki, Türkiyənin indiyədək xarici siyasət prinsiplərində, xüsusən də Ermənistana münasibətdə Azərbaycan faktoru nəzərə alınıb: “İndi Ermənistanla hər hansı əlaqənin qurulması AKP-nin bu prinsiplərdən geri durması anlamına gəlir. Türkiyə bu məsələyə aydınlıq gətirməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan da özünün xarici siyasətində Türkiyə amilinə önəm verib və bu cür münasibətlər qarşılıqlı olub”. İ.Ağazadə bildirdi ki, Türkiyə birdən-birə barış addımı atmasının səbəbini və bundan sonra Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tutacağı mövqeyi açıqlamalıdır: “Azərbaycan da Türkiyə ilə bağlı mövqeyini məhz buna uyğun qurmalıdır. Çünki Ermənistanla bağlı məsələdə Türkiyə ilə Azərbaycan indiyədək ortaq siyasət yeridib. İndi Türkiyənin bu prinsiplərdən çəkilməsi o anlama gələ bilər ki, bu günə qədər yürüdülən siyasət yanlış olub. Əgər belədirsə, bu yanlışlığın nədən ibarət olduğu açıqlanmalıdır”. Millət vəkili birmənalı şəkildə qeyd etdi ki, Türkiyənin Ermənistanla əlaqələr qurması Azərbaycanın maraqlarına ziddir və Qarabağ məsələsində mövqelərimizi zəiflədəcək. İ.Ağazadənin fikrincə, əgər bu ölkələr arasında siyasi əlaqələr yaransa, bu ilişgilər iqtisadi müstəviyə də keçəcək və Türkiyə şirkətləri Ermənistanla işbirliyi quracaq. Bu isə Azərbaycanla Türkiyənin maraqlarının toqquşmasına səbəb olacaq. Siyasət şöbəsi musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı