Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra Qərb dövlətləri Rusiyaya qarşı diplomatik, siyasi və iqtisadi cəza mexanizmlərini işə salmaq üzərində düşünür. Rusiyanın Gürcüstana qarşı etdikləri ilə bağlı təcili toplanan inkişaf etmiş Qərb ölkələri qrupu - “Böyük yeddilər” Kremli soyuq müharibə yolundan dönməyə çağırıb. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Kanada və İtaliya xarici işlər nazirləri Rusiyanın addımının Gürcüstanın ərazi bütövlüyünü pozduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu qeyd ediblər. Bəyanatda Rusiyanın qərarının onun Qafqazda sülh və sabitlik tərəfdarı olmasını şübhə altına aldığı vurğulanır: “Biz Rusiyanın Gürcüstanda qeyri-proporsional hərbi qüvvədən istifadə etməsindən və bu ölkənin rus hərbçiləri tərəfindən işğalının davam etməsindən təəssüflənirik. Biz yekdilliklə Rusiyanı 6 bənddən ibarət sülh planını yerinə yetirməyə və qoşunlarını münaqişə başlayana qədər tutduğu mövqelərə qaytarmağa çağırırıq”. Rusiyanın üzv olduğu “Böyük səkkizlər” klubunun yalnız 7 üzvü ilk dəfədir ki, bu cür sərt bəyanatla çıxış edir. Təhlilçilərə görə, bu bəyanat Rusiyanın getdikcə təcrid olunmasına dəlalət edir. Belə görünür ki, Rusiya artıq “Böyük səkkizlər” klubunun üzvü kimi qala bilməyəcək və bu klub əvvəlki formatına - “Böyük yeddilər”ə dönəcək. Paralel olaraq Qərblə Rusiya arasında yeni soyuq savaş başlayacaq. Lakin Rusiyanın Avropa İttifaqındakı səfiri Vladimir Çijov bununla razılaşmır: “Zənnimcə, belə deyil. Öncə biz yalnız tarixi Qərb adlandırılan məhdud məkanda yaşamırıq. Müasir dünya daha genişdir ki, Çin, Hindistan, üçüncü dünya və başqa ölkələri əhatə edir. Beləliklə, mən bunu təcridolma hesab etmirəm. Eyni zamanda müasir dünya qarşılıqlı əlaqələr üzərində qurulur. Belə bir şəraitdə təcrid edənlərin özləri bunun altını çəkə bilər. Digər tərəfdən, bu səylər nəticə verə bilməz”. Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev də ölkəsinin yeni soyuq müharibədən qorxmadığını bəyan edib. Fransa prezidenti Nikolya Sarkozi isə Rusiyanın əməllərini sərhəd dəyişmək cəhdi kimi dəyərləndirib. “Bu, qeyri-məqbul addımdır. Biz soyuq müharibənin əleyhinəyik və Moskvanı rəqib kimi görmürük. NATO Moskva ilə müsbət əlaqələr qurmaq istəyir, lakin Rusiya da suveren ölkənin sərhədlərini zorla dəyişmək cəhdlərinə son qoymalıdır”- deyə Fransa prezidenti bildirib. Ukraynaya səfər edən Britaniyanın xarici işlər naziri David Miliband da Qərb dövlətlərini Rusiya ilə əlaqələrə yenidən baxmağa çağırıb. O deyib ki, yeni soyuq müharibənin başlanmayacağına dair məsuliyyət prezident Medvedevin üzərinə düşür. Dünən Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı Rusiya prezidenti D.Medvedevlə N.Sarkozi arasında növbəti telefon danışığı baş tutub. N.Sarkozi rusiyalı həmkarı ilə söhbətindəÿdeyib ki,ÿhər iki tərəfin imzaladığı atəşkəs haqda sənədə riayət olunmalıdır: “Rusiya hələ də Gürcüstan ərazisindəki hərbi birləşmələrini tez bir zamanda çıxarmalıdır”. O, həmçinin Rusiyanın Cənubi Osetiya və Abxaziya kimi qondarma rejimlərin müstəqilliyini tanımasını Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi xarakterizə edib. Sarkozi bunun beynəlxalq hüquq çərçivəsində yolverilməz olduğunu bəyan edib. Avropa Birliyinin sentyabrın əvvəllərində Brüsseldə başlayacaq növbədənkənar sammitində də Rusiyaya qarşı sanksiyaların tətbiqi müzakirə olunacaq. Fransa xarici işlər naziri Bernar Kuşner bu barədə məlumat verib. Onun sözlərinə görə, Avropa Birliyi Rusiyaya qarşı bir çox digər fəaliyyətlər də hazırlayır. Lakin Kuşner digər fəaliyyətlərin nədən ibarət olacağını açıqlamayıb. Rusiya isə Qərbdən təcrid olunmaqdan qorxmur və belə görünür ki, üzünü üçüncü dünya ölkələrinə, habelə Şanxay Əməkdaşlıq Təşkilatı adlı hərbi-siyasi blokda birləşdiyi Çinə tutmaqda qərarlıdır. Dünən Düşənbədə bu bloka üzv olan ölkələrin sammiti başlayıb. D.Medvedev ilk dəfədir ki, bu təşkilatın sammitində iştirak edir. Gündəlikdə isə Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması haqda qərarını dəstəkləməsi, həmçinin təşkilatın sıralarının genişləndirilməsi məsələləri dayanırdı. Lakin separatçı münaqişə ilə üzləşən Çinin də üzv olduğu bu təşkilat Rusiyanın addımını dəstəkləməyib. Sammitə ev sahibliyi edən Tacikistan da daxil olmaqla Mərkəzi Asiyanın digər ölkələrində də separatçılıq meylləri var, bu baxımdan təşkilatın digər üzvləri də Rusiyanın addımını dəstəkləməkdən çəkiniblər, üstəlik Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması onları narahat edib. Bu arada Rusiyanın Gürcüstanın separatçı bölgələrində üç hərbi baza yerləşdirmək planları məlum olub. “İnterfaks” agentliyinin Moskvadakı hərbi-diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, bazalardan ikisi Abxaziyanın Qudauta və Oçamçir şəhərlərində yerləşdirilə bilər. Üçüncü baza isə Cənubi Osetiyanın Gürcüstanla inzibati sərhədləri yaxınlığındakı Cava şəhərində yerləşdiriləcək. Bildirilir ki, Qudautada desant-hücum hissəsi, hava hücumundan müdafiə qüvvələri və aviasiya yerləşdirilə bilər. Oçamçirdə isə hərbi dəniz bazası yerləşdiriləcək. Cavada isə motoatıcı briqada yerləşdirilməsi nəzərdə tutulur. Bazaların yerləşdirilməsi üçün Rusiya separatçı rejimlərlə razılaşma imzalamağa hazırlaşır. Cənubi Osetiya separatçıları dünən elan edib ki, Gürcüstana aid pilotsuz kəşfiyyat təyyarəsini vurublar. Sxinvalidə iddia edirlər ki, Gürcüstan diversantları bölgədə fəaliyyət göstərir və Tiflis Cənubi Osetiya üzərində nəzarəti ələ almaq planlarından əl çəkməyib. Lakin Tiflisdə pilotsuz kəşfiyyat təyyarəsinin vurulması haqda xəbəri təkzib ediblər. Gürcüstan DİN-in nümayəndəsi Şota Utiaşvili deyib ki, Cənubi Osetiya üzərində pilotsuz kəşfiyyat təyyarələrinin uçuşları dayandırılıb. Rusiya qüvvələri hələ də Gürcüstanın Poti limanına qismən nəzarət edir, limanda rusların iki postu var. Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya bildirib ki, həmin postların ləğv edilməsi və rusların Potini tərk etməsi haqda danışıqlar gedir. Lomayanın sözlərinə görə, Rusiyaya Potidən çıxmaq üçün güclü təzyiqlər edilir. “Mənim informasiyama görə, onlar sabah, ya birisi gün Potini tərk edəcək”- deyə Lomaya bildirib. Gürcü rəsmisi deyib ki, Gürcüstanın Axalqorski rayonu da hələ rusların nəzarətindədir. Gürcüstan parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Giya Tarqamadze isə deyib ki, rusların bir neçə gün əvvəl Potidə əsir götürdüyü 12 gürcü hərbçisi Acariyanın keçmiş rəhbəri Aslan Abaşidzenin yaxın adamı, qiyamçı general Roman Dumbadze ilə dəyişdirilib. Dumbadze Gürcüstanda ömürlük həbsə məhkum edilmişdi. Rusiyadan əsirlərin dəyişdirilməsi barədə danışıqlar aparan general Vladmir Borisov 12 gürcü əsgərinin əvəzində onu tələb edib. Borisov bildirib ki, qiyamçı general Moskva ətrafında ona ayrılmış bağ evində yaşayacaq. F.MƏMMƏDOV musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı