SON XƏBƏRLƏR

Sergey Lavrov münaqişələrə dair proqnoz verdi:QARABAĞ MƏSƏLƏSİNDƏ GÜRCÜSTAN SSENARİSİ OLMAYACAQ

2021.10.20, 07:36
Sergey Lavrov münaqişələrə dair proqnoz verdi:QARABAĞ MƏSƏLƏSİNDƏ GÜRCÜSTAN SSENARİSİ OLMAYACAQ

Gunaz.tv
“QARABAĞ MƏSƏLƏSİNDƏ GÜRCÜSTAN SSENARİSİ OLMAYACAQ” Sergey Lavrov münaqişələrə dair proqnoz verdi 1898.jpg Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendin Kiyevdə verdiyi bəyanata münasibət bildirib. D.Milibend bəyan etmişdi ki, imperiyanın sonuna çatmaq və postsovet məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ problemlərinin dinc yolla həllinə nail olmaq lazımdır (APA). S.Lavrov isə britaniyalı həmkarını narahat olmamağa çağırıb: “Dnestryanı və Dağlıq Qarabağ münaqişələri Cənubi Osetiya və Abxaziya ssenarisi ilə inkişaf etməyəcək. Çünki Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin həlli üçün danışıqlar aparan şəxslər Mixail Saakaşvili deyil. Moldova və Azərbaycanda Saakaşvili kimi ağlını itirmiş, öz ölkəsini dağıdan, güc yolu ilə münaqişə həll edən liderlər yoxdur. Halbuki Gürcüstan rəhbərliyi Cənubi Osetiya və Abxaziyada məhz bunu etmişdi. Odur ki, bu məsələ ilə bağlı Milibendi arxayın etmək istərdim”. Xəbər xidməti musavat

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar