Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
Enes Cansevər [email protected]/* */ Qafqazda şahmat ssenarisi (2) Dəyərli oxucularım, istəyirəm ki, elə bu yazının əvvəlində patenti özümə məxsus, yəni tamamilə öz düşüncələrimin məhsulu olan bir ssenari söyləyim sizlərə. 1. Türkiyə bu Qafqaz platforması fikrini ortaya atarkən ən azı Gürcüstanın ərazi bütövlüyü qədər də Azərbaycanın torpaq bütövlüyünü nəzərə alıb. Rusiyanın da bu platforma təşəbbüsünə müsbət yanaşdığına görə, demək, Qarabağ mövzusunda hər hansı bir irəliləyişə nail olmaq mümkündür. Çünki Qafqazdakı problemlərin ən önəmli qismini Qarabağ məsələsi təşkil edir. 2. Mənə belə gəlir ki, Qarabağ mövzusunda Türkiyə ilə Rusiya arasında müəyyən səviyyədə razılıq əldə edildikdən sonra bu platforma təşəbbüsü və müzakirələr gündəmə gətirilib. Məsələn, nə ola bilər? Belə deyə bilərik ki, Rusiya qarşıdakı mərhələdə Türkiyə ilə birlikdə ortaq qərarlar qəbul edir, addımlar atır və bu əməkdaşlıq sahəsində Avropa Amerikanın illərdən bəri acı bağırsağa çevirdiyi problemləri həll etməklə regionda nüfuz qazanır. Rusiya-Türkiyə əməkdaşlığı səmərə verdikcə Fransa və onun simasında Amerika və eləcə də ABŞ Qafqazda sıxışdırılır. Qafqaz platforması çərçivəsində Dağlıq Qarabağın ətrafındakı Azərbaycan rayonları da ermənilərdən azad edilir. Bu addımın atılmasında mühüm rol oynadığı üçün Türkiyə də regionda xeyli güclənir. Beləcə, rəsmi Ankara Qafqazda və Orta Asiya respublikaları arasında böyük nüfuz sahibi və qardaş ölkə kimi yüksək reytinq qazanmış olur. Yaxşı, dedik ki, birinci mərhələdə Qarabağətrafı rayonlar boşaldılır, bəs ardınca nə olacaq? Hər şeydən öncə, Türkiyənin vasitəçiliyi ilə Qarabağ probleminin bir hissəsinin 16 illik çək-çevirdən sonra həll olunması mesajı dünyaya müəyyən qədər rahatlıq gətirir. Bundan Azərbaycan da məmnun olar. Bu vaxta qədər ermənilərin boşaltmağa razı olduqları bu rayonlar azad edilərsə, Türkiyə də buna qarşılıq olaraq, ən azı diplomatik əlaqələri başlamasa belə, sərhəd qapılarını Ermənistana aça bilər. Sərhəd qapılarının açılmasından isə Ermənistan məmnun olar. Yaxşı, bəs Rusiyanın burada qazancı və məmnuniyyəti nə olacaq? - Rusiya ABŞ-ın Qafqazda problem artıran bir ölkə olduğunu hər kəsə elan edəcək və atılmış bu addımla öz dediyini isbat etməyə çalışacaq. Doğrudur, Rusiya Gürcüstanı birmənalı şəkildə itirmiş kimi görünür. Amma əvəzində Ermənistanı öz əlində daha möhkəm saxlamaq şansı qazanır. Çünki Türkiyə ilə sərhəd qapıları açıldıqdan sonra ermənilər iqtisadi embarqo vəziyyətindən qurtarmış olacaqlar. Rusiya daha nədən məmnun ola bilər? - Heç şübhəsiz, son illərdə inkişaf edən Türkiyə kimi turizm ticarət sahələrində güclənən bir ölkə ilə əlaqələrini daha da möhkəmləndirəcək, rəsmi Ankara ilə strateji və siyasi sahələrdə əməkdaşlıq qura biləcək. Bəs Qafqaz platformasının digər üzvü Gürcüstan nə kimi qazanc əldə edə bilər? Gürcüstan hazırda enerji tranzit ölkəsi olması səbəbilə xeyli gəlir əldə edir. Bu platformanın qurulması ilə ölkə həm iqtisadiyyatını inkişaf etdirər, həm də enerji layihələrinin təhlükəsizliyini təminat altına almış olar. Çünki bu platformada rəsmi Tbilisi Rusiya ilə bir araya gəlmiş olacaq. Nəticə olaraq deyək ki, əgər bu ssenari və ya bənzəri hadisələr müşahidə olunmazsa, Qafqaz platforması ilkin mərhələdə ölü doğulmuş uşağa bənzəyəcək. Yəni bu təşəbbüsdən tarixi diplomatik gediş-gəlişlər, görüşlərdən başqa heç nə qalmayacaq. Amma Türkiyə dövləti istər prezident, istərsə də baş nazir səviyyəsində bu məsələ ilə bağlı çox qətiyyətli görünür və bu qısa müddətdə xeyli işlər görə biliblər. Təkcə Qafqazla bağlı deyil, Türkiyə dörd bir tərəfində çox mühüm işlərə girişib. Suriya-İsrail qarşıdurmasını aradan qaldırmaq üçün, ABŞ-la İranın arasındakı gərginliyi barışa çevirmək üçün rəsmi Ankara vasitəçilik missiyasını öz boynuna götürüb. Bundan başqa İsraillə Fələstin arasında sülhün təmin edilməsinə çalışır. Üstəlik də, bu yaxınlarda İstanbulda keçirilən Türkiyə və Afrika ölkələrinin zirvə toplantısı rəsmi Ankaranın yaxın gələcəkdə yeni bir iqtisadi-siyasi sıçrayışa hazırlaşdığını göstərir. Təsəvvür edin ki, Afrikanın 50 ölkəsinin rəhbərliyi İstanbulda keçirilən bu zirvə toplantısına qatıldı və toplantıda qəbul olunmuş qərarlar Ankaranın bu qitəyə olan yolunu, baxışını daha da genişləndirdi. Başqa bir məqama diqqətinizi çəkmək istəyirik: bu zamana qədər Türkiyə-Yunanıstan düşmənçiliyi artıq tarixə qovuşur və iki ölkə arasında səmimi münasibətlər qurulur. Türkiyə Prezidentinin Ermənistana gedib-getməməsi məsələsi gündəmə gəlincə, mən ətrafımda bir çox insanların bu xəbərdən panikaya düşdüklərini gördüm. Doğrusu Gülün Ermenistandan həm Qarabağ həm də sözdə soyqrım mövzusunda müsbət bir irəliləyiş olmadan getməsini qətiyyən tərəfdarı deyiləm. Bu mənə başqa bir tarixi hadisəni xatırlatdı. Əgər yadınızdadırsa, dinlər və mədəniyyətlərarası dialoq məsələsi gündəmə gələndə yenə bir çoxları hay-küy qaldırdılar: “Heç bir zaman müsəlmanlarla xristianlar bir araya gələ, hansısa bir mövzuda uzlaşa bilməzlər.” deyə bu təşəbbüsün önünü kəsməyə çalışdılar. Amma görüşlər keçirildi, fikir mübadilələri aparıldı, dialoqlar quruldu və nəticənin faydası hər kəsə məlum oldu. Xristianlarla görüşən müsəlmanlar bu ifrat din təəssübkeşlərinə belə dedilər: “Bizim öz dinimizdən, imanımızdan hər hansı bir şübhəmiz, güvənsizliyimiz yoxdur ki, xristianlarla bir araya gəlməkdən, görüşməkdən qorxaq. Qoy imanı zəif olanlar qorxsunlar ki, qarşı tərəfin təsiri altına düşər və dindən çıxarlar”. İndi bu məsələ gündəmə gələndə mən həmin hadisəni xatırladım və bildirim ki, bizim Ermənistandan hər hansı bir qorxumuz yoxdur ki, hər hansı təlaş keçirək. Əgər kimsə qorxacaqsa, qoy ermənilər qorxsunlar. Çünki biz tarixin verdiyi bu fürsətdən istifadə edib, onları ən müxtəlif üsullarla masaya oturtmalı və dialoqa cəlb etməliyik. Zəfərin yolu yalnız bu istiqamətdədir.zaman
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı