Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
- Gürcüstan-Rusiya arasındakı müharibə başa çatdı, ancaq problemlər həll olunmadı. - Gürcüstan-Rusiya arasındakı müharibə başa çatdı, ancaq problemlər həll olunmadı. Regionda tarazlıq pozuldu. Yaranmış vəziyyət ABŞ, Avropa və Türkiyə üçün nə kimi əhəmiyyət kəsb edir? - Qafqaza Cənubi və Şimali Qafqaz olaraq yanaşmaq lazımdır. Şimalda Rusiya, cənubda isə Azərbaycan, Gürcüstan və Ermənistan var. Rusiya Ermənistanla müttəfiqdir, ancaq Azərbaycanı Qarabağ məsələsi ilə bağlı itirdi. Türkiyə, Gürcüstan və Azərbaycan xətti isə ABŞ və Avropa Birliyinın (AB) dəstəyi ilə yaranıb. Boru xətləri və dəmir yolu layihəsi də bu istiqamətdə inkişaf etdi, hər üç ölkə iqtisadi cəhətdən bir-birinə yaxınlaşmaqla Avropaya inteqrasiya yolunu tutmağı planlaşdırırdı. NATO-nun genişlənməsi və AB-nin dəstəyilə ABŞ Rusiyanı sıxışdıracaqdı. Rusiyanın məqsədi isə Ermənistana qədər irəliləmək, Gürcüstanı parçalamaq, bunu bacara bilməsə, Saakaşvilini devirərək rusiyatəmayüllü hakimiyyət qurmaqdır. - Gürcüstanda baş verənlər Türkiyənin enerji layihələrinə yatırdığı sərmayələr baxımından önəmlidir? - Türkiyə üçün daha həyati bir məsələ var. Ermənistan qapısı bağlı olduğu üçün Azərbaycanla əlaqə qurmağın ən qısa yolu Gürcüstandır. Azərbaycanla əlaqə türk dünyası ilə əlaqə deməkdir. Türkiyə Gürcüstan və Azərbaycanla sıx təmasda olsa, Ermənistanla Rusiyanı birləşdiran quru ərazisi bağlanacaq və nəticədə Rusiya ermənilərə istədiyi köməkliyi göstərə bilməyəcək. Osmanlıdan sonra Qafqaza yerləşən və SSRİ dönəmində möhkəmlənən rus təsiri beləcə şimala yönələcək. Hazırda baş verənlər sovet rejiminin Qafqaza qayıdışıdır. Ərazi bütövlüyü pozulub, Gürcüstan işğal olunarsa, Türkiyənin Qafqaz siyasəti tamamilə iflasa uğrayar. Turqut Özalın “XXI əsr türk əsri olacaq” sözləri ilə qurulan xəyallara da böyük zərbə vurulmuş olar və türk dünyasına açılan qapımız bağlana bilər. - Gürcüstanda baş verən olaylar Azərbaycana necə təsir edir? - Gürcüstan işğal olunarsa, Azərbaycan ayaq altında qala bilərmi? Rusiyaya qarşı siyasət yürüdə bilərmi? Azərbaycan kiçik bir dövlətdir. Qərbin və Türkiyənin dəstəyi olmadan müstəqilliyini qoruması çətindir. Hazırda enerji layihələrinin sayəsində müstəqilliyini saxlaya bilir. Sabah Qarabağı almaq istəsə, Gürcüstanın başına gələnlər Azərbaycanın başına gəlməzmi? Ermənistan-Azərbaycan sərhədində xırda toqquşmalar olur. Ruslar da qoşularsa, bu toqquşmaları kim dayandıracaq? - Bu hadisələrin türk dünyasına nə kimi təsiri ola bilər? - Qazaxıstan, Türkmənistan və Özbəkistanın müstəqillikləri Moskvadan uzaqlaşmalarına bağlıdır. Hazırda üçünün də iqtisadi inkişafı Moskvadan asılıdır. Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” boru kəmərləri də bu səbəbdən strateji xarakter daşıyır. Bunun vasitəsilə qazax qazını və neftini nəql etmək üçün cəhdlər göstərilir. Uğurlu alınsa, Qazaxıstan, Türkmənistan və Azərbaycan Moskvanın hegemonluğuna son qoyacaq, sözün həqiqi mənasında müstəqil olacaqlar. - ABŞ və AB gözlənildiyi kimi, Rusiyaya təsir edə bilmədilər. Ancaq bilirik ki, bu müharibə Qərblə Rusiyanın müharibəsidir. Sizin danışığınızdan belə çıxır ki, əsl müharibə Rusiya ilə Türkiyə arasında baş verir? - Qafqaz həmişə İran, Rusiya və Türkiyənin əldə etmək istədiyi bir yer olub. Qafqaza hakim olan Qara dənizə hakim olur. Çünki Qafqaz Anadolu, fars diyarı və Rusiyanın giriş qapısıdır. Qafqaza giriş həmçinin Xəzər və Orta Asiyaya giriş deməkdir. Rusiya buranı əldən vermək istəmir. ABŞ isə bura daxil olmağa çalışır. Buna görə də Qara dənizin qərb sahillərindəki Rumıniya və Bolqarıstanı NATO-ya daxil etdi. Türkiyə və Yunanıstan da elə NATO üzvləri idilər. - Rusiyanın aqressivliyinin səbəbi budur? - Əsas səbəblərdən biri budur. ABŞ-ın gələcəkdə ən böyük rəqibləri məlumdur: Rusiya, Çin və qismən də Hindistan. Müsəlman dünyası deyil, çünki qarşısında belə bir güc yoxdur. Lakin ABŞ Rusiyanın İran və Çinlə yaxınlaşmasına əngəl yaratmaqla belə bir gücün yaranmasının qarşısını almaq istəyir. Rusiyanı Qərb də sıxışdırdı, Şərq də buna nail olmaq istəyir. Bəli, bu, əsasən ABŞ ilə Rusiya arasında olan müharibədir. Qafqazda Türkiyə ilə ABŞ-ın maraqları üst-üstə düşür. Türkiyənin regionda inkişafına və Qərbə inteqrasiyasına ABŞ-ın böyük ehtiyacı var. Rusiya isə Qafqazda olan ABŞ, Türkiyə və Qərbin təsirini azaltmaq istəyir. - Baş verənlərə Türkiyənin baxışı necədir? - Türkiyənin məsələnin ciddiliyini anladığını sanmıram. - Niyə? Baş nazir hər iki tərəflə görüşdü. Qafqaz İttifaqının yaradılmasını təklif etdi. - Baş nazirin səfərləri Orta Şərq siyasətinin davamıdır. Yaxşı fikirdir, ancaq yetərli olmadı. Baş verən hadisələrə necə yanaşdıqlarını Qafqaz İttifaqının yaradılması təklifindən anlayırıq. Bunu belə izah edək: iki nəfər bir-birini bıçaqlayır, hər tərəf qana bulanıb və siz də ortaya girib: “Dayanın, axı, siz qardaşsınız”, - deyirsiniz. - Ümumi mənafelər qeyd olundu, razılaşma üçün zəmin hazırlandı. Bu, dediklərinizdən daha çox şey deyilmi? - Baxın, Rusiyada rus-gürcü müharibəsini Rusiya-Türkiyə müharibəsinə döndərmək istəyənlər var. Gürcüstanı Rusiyanın üzərinə Türkiyənin sövq etdiyini iddia edirlər. Osmanlı dövründən başlayaraq, indiyə qədər hər daşın altında türkləri axtarırlar. Buna görə də Moskva səfəri Gürcüstandakı böhranı və Qafqazda pozulan balansı düzəltməkdən daha çox türk-rus münasibətlərini qorumaq məqsədi daşıyırdı. Türkiyənin Rusiyada boru xətləri, qaz layihələri, inşaat şirkətləri, 20 milyard dollarlıq xarici ticarət dövriyyəsi və turizm biznesi var. Bunları qoruyub saxlamaq üçün bu, atılımış ən yaxşı addım idi. Fəqət Qafqazda balans pozuldu və hər keçən gün əleyhimizə işləyir. Bu, 3-5 illik məsələ də deyil. Regionda bir neçə əsrdir ki, Türkiyənin əleyhinə inkişaf edən hadisələr yenicə Türkiyənin xeyrinə işləyirdi ki, yenə tarazlıq pozuldu. - Ona görə də Türkiyənin hazırlıqsız olduğunu düşünürsünüz? - Heç bir narahatçılığa ehtiyac görmürəm. Bu narahatçılıq Raysın, Sarkozinin üzündə var, ancaq Gülün, Ərdoğanın üzündə görünmür. Məsələyə hələ də rus-gürcü müharibəsi kimi baxırlar. Halbuki rus tanklarının altında qalan Türkiyənin mənafeyidir. Bu müharibə ABŞ-Rusiya arasındadır, ancaq Türkiyənin regionda mənafeyi ABŞ-la bağlıdır. - Dünya yenidən ikiqütblü soyuq müharibə dövrünə qədəm qoyur? - Köhnə quruluş çox pis şəkildə dağıldı, xaotik bir vəziyyət yaranıb və hamı bir quruluş yaratmağa çalışır. Riskli zamandayıq. XIX əsr Avropasının dağıldığı və yerinə soyuq müharibənin gəldiyi dövr kimi. Birinci və İkinci Dünya müharibələri dövründə dünya necə dağılıb və yenidən necə qurulubsa, hazırda həmin vəziyyəti yaşayırıq. - Bu mərhələdə Türkiyə Qafqazda nə etməlidir? - Türkiyə qlobal gücə malik deyil. 90-cı illərdən bəri bir çox fürsəti əldən verdi. BTC kəməri önəmlidir, ancaq gecikib, üstəlik, bu, Qərbin vasitəsilə həyata keçirilib. Qərbin dəstəyini təmin etməli, Rusiyanın diqqətini yayındırıb, Gürcüstan və Azərbaycanın NATO-ya üzvlüyünü təmin etmək lazımdır. Osetiya və Abxaziya əldən çıxa bilər, lakin Türkiyədən başlayaraq, Xəzər sahillərinə qədər olan ərazilərə Rusiyanın girməsinin qarşısını almaq lazımdır. Bu dəhlizləri NATO-ya üzv edə bilsək, Rusiya heç vaxt oralara girə bilməz. Girsə belə, bu, qlobal problemə çevrilər və yalnız bizim üçün problem olmaz. Baş nazirin rusların dağıtdığı Qori şəhərini bərpa etmək üçün verdiyi söz önəmli bir mesajdır. Türkiyənin Qafqaz, Orta Şərq, Balkanlar və hətta Afrikada keçmiş Osmanlı coğrafiyasına sahib olmaq kimi bir hədəfi var. - Yeni dövrdə həm Türkiyə, həm də dünya üçün Qafqaz Yaxın Şərqdən daha da əhəmiyyətli olacaq? - Deyə bilmərəm ki, Yaxın Şərq və Qafqaz ayrı-ayrı regionlardır. İran həm Yaxın Şərq, həm də Qafqaz ölkəsidir. Türkiyə də həmçinin. Amma Türkiyə cümhuriyyət dövründən bəri könülsüz olaraq yaxın şərqli olub, Balkan, Qafqaz və Yaxın Şərq ölkəsi olmağı rədd edib. Yaxın Şərqi cəhalət, gerilik və dini fanatizmin mərkəzi kimi görmüş, ondan uzaq olmağa çalışıb. Türk dünyasına münasibəti isə irqçilik hesab etdi. Halbuki, dünyanın inkişaf etmiş 17 ölkəsindən biri kimi siyasi olmasa da, ticarət münasibətləri qurmağımız vacib idi. - Bu işlərə başlanıb? - 1 Mart qətnaməsini rədd edincə bütün ərəb və müsəlman dünyası Türkiyənin ABŞ-ın kuklası olmadığını, 30 milyardı rədd edə bildiyini anladı. Türkiyə ABŞ-a “xeyr” deyə bilən yeganə ölkədir. Yaxın Şərq bir bataqlıqdırsa, biz də burada yaşayırıq və bu bataqlığı qurutmalıyıq. İraqın problemini həll etməsək, İraq kürd, terror və iqtisadi problem kimi üzərimizə gələcək, İran vurularsa, Türkiyə iqtisadiyyatına, bəlkə də, 150 milyard dollar ziyan dəyəcək. Regionu idarə etmək qanımızdadır. Bu bacarıq Osmanlıdan qalmış bir mirasdır. Möhtac olduğumuz qüdrət damarımızdakı qanda mövcuddur.zaman
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı