Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
Rusiyada mərkəzdənqaçma başlayır Qabil Hüseynli: "Qərb məqsədyönlü siyasət aparsa, Çeçenistan, Tatarıstan, Tuva, Başqırdıstan və digər muxtar respublikalarda da xalqların öz müqəddəratını təyinetməsi uğrunda mübarizə başlayacaq" Rusiya prezidenti Dmitri Medvedyevin Gürcüstanın əraziləri olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanınması barədə fərman imzalaması Qərbdə sərt qarşılanıb. Qeyd edək ki, elə həmin gün ABŞ prezidenti Corc Buş belə bir fərmanın imzalanmasını pisləyib. Qərarın BMT Təhlükəsizlik Şurasında çıxarılmış çoxsaylı qətnamələrə, eləcə də Fransanın vasitəçiliyilə Rusiya və Gürcüstan arasında imzalanmış atəşkəs sazişinə zidd olduğunu vurğulayan ABŞ prezidenti Moskvanı "bu məsuliyyətsiz qərar"a yenidən baxmağa çağırıb. Noyabrda keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olan Con Makkeyn isə Rusiyanın Cənubi Osetiya və Abxaziyanı dövlət kimi tanımasının qarşılığında Qərbin Moskva tərəfdən qanlı zorakılığa məruz qalmış Çeçenistan və bütövlükdə Şimali Qafqazın müstəqilliyi haqda düşünməli olduğunu dilə gətirib. Ramiz Mikayıloğlu ABŞ dövlət katibi Kondoliza Rays Moskvanın addımının BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Birliyi, bütün beynəlxalq birlik, o cümlədən ABŞ-ın mövqeyi ilə tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Kondaliza Rays ABŞ-ın Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın ərazisi kimi tanıdığını bir daha söyləyib. Almaniya kansleri Angela Merkel Rusiya prezidentinin addımını beynəlxalq hüquq normalarına zidd və tam qəbulolunmaz hərəkət adlandırıb. ATƏT-ə sədrlik edən Finlandiyanın xarici işlər naziri Aleksander Stubb Rusiyanın Cənubi Osetiya və Abxaziyanı mütəqil dövlət kimi tanımasının ATƏT-in fundamental prinsiplərinə zidd sayıb: "Hər bir ATƏT üzvü digər ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalıdır". Yalançı Dmitri qorxmur Dmitri Medvedyev ingiliscə işıq üzü görən "Russia Today" televiziyasına açıqlamasında Moskvanın yeni bir "soyuq savaş" başlatmaq məqsədinin olmadığını, ancaq belə bir dönəmin başladılması halında da bundan qorxmayacağını bəyanlayıb: "Bizi heç bir şey, hətta "soyuq savaş" prespektivi belə qorxutmur. Bu durumda hər şey ortaqlarımızın tutacaqları mövqeyə bağlıdır. Əgər Qərb Rusiyayla yaxşı münasibətlər istəyirsə, o zaman Cənubi Osetiya və Abxaziyanın tanınmasıyla bağlı qərarımızı da anlayışla qarşılamalıdır". O, Avropa Birliyinin fəaliyyətdə olan sədri Fransanın prezidenti Nikolas Sarkozinin vasitəçiliyilə Moskvada razılaşdırılan anlaşmadakı bütün öhdəlikləri Moskvanın yerinə yetirdiyini iddia edib: "Ordumuza aid birliklər Gürcüstan torpaqlarından çıxarılaraq təhlükəsizlik zolağına çəkiliblər". Rusiya prezidenti ABŞ-ın Çexiya və Polşada qurmağa hazırlaşdığı raketdən müdafiə sistemi layihəsinə qarşılıqlı hərbi cavab veriləcəyini də nəzərə çatdırıb: "Bu layihə ciddi gərginlik yaradacaq". O, Cənubi Osetiyaya və Abxaziyaya bundan sonra olacaq hər hansı hücuma qarşı da Rusiyanın cavab verəcəyini təkrarlayıb: "Ümumiyyətlə, Rusiya bütün sərhədləri boyunca təhlükəsizliyi qarantiya altına alması lazım olan bir ölkədir. Bu, birmənalıdır". Xarici işlər naziri Sergey Lavrov da Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıqlarına görə beynəlxalq təcridlə üzləşəcəklərindən qorxmadıqlarını söyləyib. O, ABŞ hərbi gəmilərinin Qara dənizə gəlməsinə də sərt reaksiya verib: "Hərbi gəmilər adətən, yardım daşımır. Hərbi gəmi diplomatiyası oradakı durumun sabitləşməsinə yardımçı olmaz". Bu arada Dmitri Medvedyev "Financial Times" qəzetində məqalə də yazıb. Prezident yazır ki, Moskva Gürcüstanda müharibə başlamaması üçün səy göstərib, lakin Qərbin Kosovadakı duruma yanaşması Gürcüstanda müharibəni stimullaşdırıb: "Rusiyanın xəbərdarlığına baxmayaraq, Kosovanın Serbiyadan qanunsuz ayrılaraq özünü müstəqil elan etməsini tez-tələsik tanıdılar. Abxazlar, osetinlərə və onlarla başqa qrupa Kosova albanları üçün yaxşı olanın onlar üçün pis olacağını anlatmağın mümkünsüzlüyünü israrla dilə gətirdik. Beynəlxalq münasibətlərdə birin bir, digərinə tamam başqa prinsip tətbiq edilə bilməz. Həm də Gürcüstanda baş verənlərə görə tək məsuliyyət daşıyan prezident Mixail Saakaşvilidir. Sadəcə bir dəli belə bir qumara girişə bilərdi". Bəs proseslərin gələcək inkişafı necə ola bilər? Enerji siyasətindən doğan imperializm iddiaları Məlumdur ki, SSRİ-nin süqutundan sonra özü belə parçalanmaq təhlükəsiylə üzləşən, Çeçenistan probleminin həlli üçün illərlə çalışan Rusiyanın yenidən ayağa qalxmasında enerji siyasəti əsas rol oynayıb. Neft və qaz satışından gələn milyardlarla dollar bu dövlətdə mərkəzdənqaçma meyillərini aradan qaldırıb, əksinə, mərkəzə meyli gücləndirib. Bu gün Avropa, xüsusən Mərkəzi və Şərqi Avropa ölkələri rus qaz və neftindən asılı vəziyyətə düşüb. Ümumən, Avropanın bazarında Rusiyadan alınan təbii qazın çəkisi 50 faiz civarındadır. ABŞ başda olmaqla Qərbin ləng hərəkəti bu vaxta qədər rusların Orta Asiyanın qaz və neft resurslarını su qiymətinə alaraq Avropaya satmasını şərtləndirib. Şimal qonşumuz Türkmənistan, Qazaxıstan və Özbəkistanın enerji resurslarının alqı-satqısından da milyardlar qazanıb. Büdcəyə pul gəldikcə və müəyyən miqdarda valyuta ehtiyatları yarandıqca Moskvanın imperialist planlarının da donu açılmağa başlayıb. Qərbdə də bunu anlamamış deyillər. Düzdür, Rusiyanın valyuta ehtiyatları bu gün özünü sakit aparan, vaxtilə bir parçası olmuş Tayvana qarşı hərbi əməliyyatlar keçirmək barədə düşünməyən Çindən bir neçə dəfə azdır. Sadəcə, şimal qonşumuz addım atıb, sonra fikirləşdiyindən, yəni kritik məqamda ayı psixologiyasıyla hərəkət etdiyindən daha təhlükəlidir. Çünki belə addımlar tək onun özü üçün yox, bəşəriyyət üçün də təhlükələr törədir. Ona görə də belə qənaətə gəlmək olar ki, Qərb bundan sonrakı mərhələdə daha çox Rusiyanı təcrid etməyə, onu iqtisadi baxımdan çökdürməyə üstünlük verəcək. Rus iqtisadiyyatının əsasında isə enerji siyasəti durduğundan sözsüz ki, məhz bu istiqamətə diqqət yönələcək. Avropanı şimal qonşumuzun qaz və neft asılılığından xilas etməyin əsas yolu da alternativ enerji marşurutlarıdır. O aspektdə də Azərbaycan, Türkiyə, rusların zərbəsinə tuş gəlmiş Gürcüstanın Qərb üçün önəmi bundan sonra daha da artacaq. Yeri gəlmişkən, Qara dənizə ABŞ və müttəfiqlərinin hərbi gəmiləri yeritməsi, Poti limanı ətrafında baş verənlər də Qərbin hərəkətə keçidiyini göstərir. Qərb Rusiyayla öz silahıyla mübarizə aparacaq Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil Hüseynli deyir ki, Qara dənizdə baş verənlərin Karib böhranıyla oxşarı var. Sadəcə, Karibdə iki nüvə dövləti-ABŞ və SSRİ bütün parametrləriylə qarşı-qarşıya gəlib. Keçən əsrin 60-cı illərində az qala III Dünya Müharibəsinin baş verəcəyi də gözlənilirdi. Politoloq indi III Dünya Müharibəsi təhlükəsini görmür. Karib dənizindəki qüvvələr nisbəti də yoxdur. "Əzələ oynatması"na baxmayaraq Rusiya III Dünya Müharibəsinin başlamasında maraqlı deyil. Amma Qara dənizdə NATO dövlətlərinə məxsus hərbi gəmilərin yığışması Rusiyanın Poti limanı və bütün Gürcüstan ərazisindən qoşunlarını geri çəkən ana qədər davam edəcək. Ruslar geri çəkilmyəcəksə, NATO-nun hərbi gəmiləri Qara dənizə axışmaqda davam edəcək. Həm də "Mondros" sazişinin tələblərinə uyğun yüngül tonnajlı yox, daha ağır tonnajlı gəmilər gələ bilər. Çünki Rusiya beynəlxalq hüquq normalarını pozduğuna görə NATO ölkələri də "Mondros" sazişinin müddəalarını pozacaq. Beləliklə də, Moskvanı təhdid qarşısında qoyan ciddi hadisələr baş verə bilər. Ancaq Qabil Hüseynli əmindir ki, bu, nüvə müharibəsinə gətirib çıxarmayacaq. Onun sözlərinə görə, Qərb Rusiyanı içəridən çökdürən amilləri çox gözəl bilir və həmin amillərdən də yararlanacaq. Beynəlxalq bazardan Rusiyanın sıxışdırılması, iri sərmayənin bu ölkə ərazisindən çəkilməsi, müxtəlif sanksiyalar təzyiqlərin bir formasıdır: "Paralel olaraq Rusiyayla öz silahıyla mübarizə aparılacaq. Moskva Abxaziya və Cənubi Osetiyaya xalqları soyqırımdan xilas etmək üçün gəldiyini iddia etmir? Ruslar özləri çeçen xalqıyla bağlı bir neçə dəfə soyqırım həyata keçiriblər. Məncə, Çeçenistan məsələsi yenidən gündəmə gələ bilər. Onsuz da çeçenlər kifayət qədər fəaldır və yenidən dirçəlir. Rusiyanın Tatarıstan, Tuva, Başqırdıstan və digər muxtar respublikalarında da xalqların öz müqəddəratını təyinetməsi uğrunda mübarizə başlayacaq. Məncə, Rusiyanın halının necə pərişan olduğunu indidən təsəvvür etmək olar". Qabil Hüseynli vurğuladı ki, infilyasiya, səhmlərin qiymətdən düşməsi, xarici bazara çıxarılan xammalın qiymətinin aşağı enməsi, yaxud onun məhdudlaşdırılması Rusiyanı çətin duruma salacaq. Qərb bu siyasəti məqsədyönlü aparsa, daxildə də xalqların milli azadlıq mübarizəsinə ideoloji, siyasi və digər formada dəstək verilsə, Rusiyanın halı ürəkaçan olmayacaq: "Azərbaycan da artıq mövqeyini müəyyənləşdirməlidir. Məncə, biz güclünün yanında olmalıyıq. Digər tərəfdən, Azərbaycanın iqtisadi strukturu, sərmayənin xarakteri təkidlə tələb edir ki, Azərbaycan məhz Qərbin, NATO-nun yanında dursun və belə bir siyasətlə həm özünü, həm iqtisadiyyatını qoruya bilsin". xalqcebhesi
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı