Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz
Güney Azərbaycanlı fəalin hökmü təsdiqlədi; Təbriz etirazlarının dosyesi yenidən gündəmdə
Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi
Abbas Lisani və Yusif Kari ədaltsiz məhkəmədə iştirak etməkdən bir daha imtina ediblər
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
İranda qatar biletlərinin də qiyməti artdı
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Rusiyanın Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımasından sonra dünyada yeni “soyuq müharibə” erası başlayıb. Lakin bu tezliklə əsl müharibəyə səbəb ola bilər. Çünki Qərblə Rusiya arasında qarşıdurma görünməmiş sürətlə güclənməkdədir. Xəbər verildiyi kimi, Rusiya prezidenti Dmitri Medvedyev bir gün əvvəl Təhlükəsizlik Şurasının Soçidə keçirilən iclasında ölkə parlamentinin hər iki palatasının müraciətini nəzərə alaraq Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımaq haqda fərman imzalayıb. Ardınca Medvedyev Xarici İşlər Nazirliyinə yeni “müstəqil dövlətlərlə” diplomatik münasibətlər yaratmaq haqda göstəriş verib. Göstərişə əsasən, Rusiya ilə Cənubi Osetiya və Abxaziya arasında təhlükəsizlik, dostluq və əməkdaşlıq haqda uzunmüddətli müqavilələr də imzalanmalıdır. Rusiyanın Gürcüstana qoşun yeritməsindən sonra Kremlə qarşı siyasi və diplomatik vasitələrlə təzyiq göstərməyə çalışan beynəlxalq birlik Moskvanın son addımından sonra nə etmək barədə müzakirələr aparır. Hələlik, Rusiyanın hərəkəti bəyanatlarla pislənilir. Məlumatlara görə, ABŞ prezidenti Corc Buş Rusiyanın addımını məsuliyyətsiz adlandırıb. Ağ Evin nümayəndəsi Tonni Fratto deyib ki, Moskva qeyri-rasional addımlar atır ki, onun təcrid olunmasını daha genişləndirəcək. “İndiyədək biz bir neçə təəssüf doğuran addımlar gördük ki, Rusiyanın təcridini genişləndirəcək. Biz ümid edirik Moskva beynəlxlaq ictimaiyyətin çağırışlarına qulaq verərək bu cür qərarların uzunmüddətli perspektivdə mənfəətləri üçün ziyanlı olduğunu anlayacaq”. Ağ Ev nümayəndəsi prezidentin adından bəyan edib ki, Rusiyanın addımı beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, o cümlədən Gürcüstanla imzalanmış atəşkəs razılaşmasına ziddir. “Rusiyanın addımları gərginliyi artırır və diplomatik danışıqları çətinləşdirir. Biz Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanımaqda davam edirik”, deyə bəyanatda bildirilir. Rusiyanı Avropa İttifaqına sədrlik edən Fransanın nümyəndəsi də tənqid edib. Fransanın xarici işlər naziri Bernar Kuşner deyib ki, qərar tanınmayacaq: “Bu qərar Gürcüstanın ərazi bütövülüyünə zidd olduğu üçün tanına bilməz. Biz müharibənin dayandırılması ilə Tiflisin zəbt olunması və Saakaşvilinin devrilməsinin qarşısını aldıq. İndi 27 Avropa ölkəsi sözü bir yerə qoyaraq növbəti addımları müzakirə etməlidirlər”. Kuşner qeyd edib ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı tanımaqla özünü beynəlxalq hüquqdan kənarda qoyub. Fransa xarici işlər nazirinin bildirdiyinə görə, Rusiyanın bu addımı heç şübhəsiz ki, yeni “soyuq müharibə”dir. Lakin söhbət təkcə “soyuq müharibədən” getsəydi bu o qədər də qorxulu olmazdı: “Biz əsl müharibədən ehtiyat edirik və onu istəmirik”. Bundan əvvəl Rusiya prezidenti Dmitri Medvedyev bəyan etmişdi ki, onun ölkəsi yeni “soyuq müharibə”dən qorxmur və Qərb Moskva ilə xeyirxah münasibətlər saxlamaq istəyirsə, Cənubi Osetiya və Abxaziyanın tanınması səbəblərini qəbul etməlidir. Kuşner əlavə edib ki, Rusiya Gürcüstandan sonra Moldova və Ukraynanı parçalamağa cəhd edə bilər: “Moskvanın Ukraynanın ərazisi olan Krımı özünə birləşdirmək və Moldovanı parçalamaq planları aydın görünür, bütün bunlar çox təhlükəlidir”. Qərb mətbuatı və təhlilçiləri isə qeyd edir ki, Rusiyanın bu addımı keçmiş sovet respublikalarındakı digər dondurulmuş münaqişələrə də təsir göstərəcək. Belə ki, Dağlıq Qarabağ və Dnestryanı bölgə separatçıları bu hadisədən ruhlanaraq müstəqillik haqda tələblərini yeniləyəcəklər, həmin münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli perspektivləri isə şübhə altında qalacaq. Gürcüstanın hadisəyə reaksiyası da bəyanatlar formasında olub. Prezident Mixail Saakaşvili Təhlükəsizlik Şurasının iclasını keçirdikdən sonra xalqa müraciət edib və Rusiyanın addımını “işğalçılıq və həyasızlıq” adlandırıb: “Son vaxtlar Rusiya strateji səhvlər buraxaraq dünyada nüfuzuna ciddi zərbə vurdu. Bu Hitler və Stalin rejimindən sonra Avropada sərhədlərin dəyişdirilməsi istiqamətində ilk cəhddir.ÿ Bu misli görünməmiş qanunsuzluq və həyasızlıqdır. Rusiyanın bugünki addımı bütünlüklə qanunsuzdur və Gürcüstan eləcə də dünya ictimaiyyəti üçün heç bir hüquqi nəticəsi yoxdur. Rusiyanın bütün fəaliyyəti 1921-ci ildə olduğu kimi Gürcüstanın tək qalmasına yönəlmişdi. Lakin bu plan sonuna qədər uğursuzluqla nəticələndi”, deyə Saakaşvili bildirib.ÿ O vəd edib ki, Cənubi Osetiya və Abxaziya uğrunda dinc mübarizə davam edəcək. Gürcüstan prezidenti bəyan edib ki, NATO və Avropa Birliyi tezliklə ölkəni öz sıralarına qəbul etməlidir. Məlum olub ki, Gürcüstan Rusiya ilə diplomatik əlaqələri birtərəfli qaydada kəsməyə hazırlaşır. “Nezavisimaya qazeta”nın məlumatına görə, bu addımın prezident Dmitri Medvedevin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına cavab olaraq atacağı gözlənilir. Bildirilir ki, Saakaşvili artıq hökumətə müvafiq proseduru hazırlamağı tapşırıb. Dünən səhər tezdən Tiflisdə parlamentin və Gürcüstan Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı başlayıb. Gürcüstan Xarici İşlər Nazirliyində bununla bağlı şərh verməkdən imtina ediblər. Lakin reinteqrasiya üzrə dövlət naziri Temuri Yakobaşvili prezidentin belə bir tapşırıq verdiyini dolayısıyla təsdiq edib. Gürcüstan parlamentinin ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti komissiyasının rəhbəri Şota Malaxşiya isə təsdiq edib ki, parlamentin bürosu artıq Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi barədə məsələni müzakirə edir: “Parlament hesab edir ki, Rusiya rəsmən separatçı rejimləri tanıdığına görə bu ölkə ilə diplomatik münasibətlər saxlamaq mümkün deyil”. Amerikada isə etiraf edirlər ki, Rusiyanın özünü bu cür aparması və bütün dünyaya meydan oxuması Vaşinqtonun buraxdığı səhvlər nəticəsində mümkün olub. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya proqramının rəhbəri Endryu Kuçins BBC-yə müsahibəsində Birləşmiş Ştatların Rusiya diplomatiyasını tənqid edib. Kuçinsin fikrincə, ruslar indi Qərbə və Vaşinqtona bu mesajı çatdırmaq istəyirlər: “Siz neçə illərdi ki, bizim milli maraqlarımıza hörmət etmirsiniz. Qırmızı xətlər var ki, onları keçsəniz, nəticələri ilə qarşılaşacaqsınız”. Kuçinsin qeyd etdiyinə görə, Rusiya uzun müddət deyirdi ki, NATO-nun genişlənməsinin birinci mərhələsi həmin qırmızı xətti keçmək demək olacaq: “NATO genişləndi, amma heç nə baş vermədi. Genişlənmənin ikinci mərhələsi də eyni cür oldu, ancaq bu dəfə vəziyyət tam başqadır və son iki həftə ərzində baş verənlər tam fərqli bir mənzərə yaratmış olur”. Kuçins hazırda ABŞ-la Rusiya arasındakı münasibətlərin “çox pis” olduğunu deyib. Onun sözlərinə görə, Amerika-Rusiya münasibətləri Gürcüstan münaqişəsindən əvvəl belə, son bir neçə il ərzində gərginləşib. “Sözsüz ki, bu münaqişə münasibətlərə son 10 ildə ən böyük bir zərbə vurmuş oldu. Bu münasibətlərin haraya aparacağı bizim bundan sonra necə davam etməyimizdən asılı olacaq”, deyə ekspert bildirib. O əlavə edib ki, ABŞ Rusiyanın özünü bu cür aparmasına qətiyyən hazır görünmür və indi necə hərəkət etmək barədə baş sındırır. Lakin çıxarılan qərarlar bir çox hallarda mövcud situasiya ilə adekvat olmur. Qərb ekspertləri onu da qeyd edirlər ki, ABŞ-ın indiki situasiyada Gürcüstana kömək etmək imkanlarının çox məhdud olduğu bir daha göründü. ABŞ-ın regionda hərbi bazaları mövcud deyil, əgər mövcud olsaydı belə, Rusiyanın hərbi mövqelərinin kifayət qədər güclü olduğu Qafqaz bölgəsində onunla müharibə apara bilməzdi. Görünür, buna görədir ki, ABŞ Gürcüstanda Rusiya ilə hərbi qarşıdurma təhlükəsi yaranmasına yol vermək istəmir. Bir gün əvvəl bildirilirdi ki, Gürcüstana humanitar yardım gətirən Amerika hərbi gəmisi rusların nəzarətində olan Poti limanına yan ala bilər. Bundan əvvəl ABŞ donanmasının “McFaul” gəmisi humanitar yardımla Batumi limanına yan alıb. Lakin məlum olub ki, onun ardınca Gürcüstan sularına daxil olan “Dallas” gəmisi də Potiyə yan almaqdan çəkinib. ABŞ-ın Gürcüstandakı səfirliyi açıqlayıb ki, gəmi Batumiyə yan alıb, lakin səbəbləri haqda heç nə deyilməyib. Bildirilir ki, Potidə Amerika gəmisini qarşılamaq üçün təntənəli mərasim də hazırlanıbmış, lakin 34 ton humanitar yardım daşıyan “Dallas”ın son anda Batumiyə yan alması qərara alınıb. Hazırda ABŞ-ın üçüncü hərbi gəmisi -"Mount Whitney" flaqmanı Gürcüstana doğru üzür. Gəmi Amerikanın 6-cı donanmasının dislokasiya olunduğu İtaliyanın Qaeta limanını tərk edib və Qara dənizə daxil olmaq üzrədir. Amerika Hərbi-Dəniz Qüvvələrinin təmsilçisi Temsen Riz bildirib ki, gəmidə humanitar yardım aparılır. Moskvadakı hərbi mənbə isə bildirib ki, Amerika gəmilərinin Gürcüstana müxtəlif növ silahlar, o cümlədən “Stinger” tipli hava hücumundan müdafiə qurğuları gətirdiyi haqda şübhələr var. Mənbə deyib ki, hazırda Qara dənizdə NATO donanmasının zərbə qrupu üzür, qrupa 10-dan çox müxtəlif tipli hərbi gəmilər daxildir. Hazırda Amerikanın Hərbi Hava Qüvvələri də Gürcüstana humanitar yardımlar çatdırmaqla məşğuldur. Amerika gəmilərinin Gürcüstan sahillərinə yan alması Rusiyanı da cavab tədbirləri görməyə sövq edib. Xəbər verildiyi kimi, Rusiyanın Qara dəniz donanmasının bir neçə gəmisi başda “Moskva” kreyseri olmaqla Gürcüstan sahillərinə göndərilib. Hərbi gəmilərin Abxaziya sahillərinə daxil olduğu və orada növbə çəkməyə başladığı bildirilir. Gəmi qrupuna raket kreyseri ilə yanaşı böyük desant gəmiləri də daxildir. Rusiya donanmasının admiralı Sergey Menyaylo deyib ki, onların vəzifəsi Abxaziya sahillərində təhlükəsizliyi və stabilliyi təmin etməkdir. Bununla da Rusiya Gürcüstanla əldə edilmiş atəşkəs razılaşmasını növbəti dəfə pozmuş olur. Xatırladaq ki, hazırda ruslar Gürcüstanın Poti limanını, Senaki şəhərinin ətrafını və Abxaziya istiqamətindəki bir sıra yaşayış məntəqələrini nəzarətdə saxlayır. Gürcüstan prezidenti Mixail Saakaşvili isə etiraf edib ki, Rusiyanın qorxusundan ölkəni tərk edə bilmir. Almaniyanın “Bild” qəzetinə müsahibəsində Saakaşvili deyib ki, o, Avropa Birliyinin sentyabrın 2-də Brüsseldə Gürcüstanla bağlı çağrılmış növbədənkənar sammitinə dəvət edilib, lakin bu sammitə qatıla bilməyəcək. Saakaşvilinin sözlərinə görə, Rusiya onun geri dönməsinə imkan verməyə bilər: “Rusiya Gürcüstanın hava məkanını bağlaya və mənim təyyarəmin enməsinə imkan verməyə bilər. Rusiyanın belə planlarının olduğu haqda məlumatımız var, ona görə də mən ölkəni tərk edə bilmirəm”. Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına etiraz olaraq bu ölkəyə diplomatik səfəri təxirə salıb. Ukrayna xarici işlər nazirinin birinci müavini səlahiyyətlərini icra edən Yuri Kostenkonun başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilməliymiş. Ukrayna XİN-in mətbuat xidməti xüsusi bəyanatla çıxış edərək Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın ayrılmaz hissəsi olduğunu qeyd edib: “Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması beynəlxalq hüquq normalarının, ikitərəfli və çoxtərəfli razılaşmaların kobud şəkildə pozulmasıdır. Bu addım BMT Nizamnaməsinə, 1975-ci il Helsinki razılaşmasına, eləcə də MDB nizamnaməsinə ziddir. Adları çəkilən Gürcüstan ərazilərinin tanınması faktiki ilhaq və avantüradır”. Azərbaycan isə Rusiyanın son addımına ehtiyatlı reaksiya verib. Rəsmi Bakıdan yalnız onu bildiriblər ki, Azərbaycan əvvəlki kimi Gürcüstanın ərazi bütövlüyünü tanıyır. F.MƏMMƏDOV musavat
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İran prezidentinin istefa verdiyi iddia olunur