Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
«Rusiya yanlış yola rəvac versə, bu onun çökməsinə gətirəcək» Əli Kərimli: «Bu qərarın verilməsi Rusiyanın özü üçün xeyli problemlər yaradacaq» Lalə Şövkət: «Bu aqibət Azərbaycanı, Ukraynanı, Moldovanı, hətta Şərqi Avropanı da gözləyə bilər» Isa Qəmbər: «Gürcüstanda baş verənlər Azərbaycan hökumətini silkələməlidir» Əli Əliyev: «Rusiya öz mövqeyində qəti olsa, bu, hətta üçüncü dünya müharibəsinin başlanması ehtimalı kimi başa düşülə bilər» Rusiya prezidenti Dmitri Medvedyev Rusiya Federasiya Şurası və Dövlət Dumasının Gürcüstandakı separatçı qurumları tanıması ilə bağlı ona edilən müraciəti müsbət cavablandırıb. Yəni, Rusiya Federasiya Şurası və Dövlət Dumasının ardından bu ölkənin prezidenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını rəsmən bəyan edib. Bu isə regionda baş verən hadisələrin daha da dərinləşdiyini göstərir. Bundan əlavə Medvedyev bəyan edib ki, son olaylar hamıya xəbərdarlıqdır: “Hər hansı dövlət dondurulmuş münaqişələri güc yolu ilə həll etməyə cəhd etsə, Rusiyanı öz qarşısında görəcək.” Bu isə qonşu dövlətə - Azərbaycan üçün də təhlükə yaratdığından xəbər verir. Məsələyə münasibət bildirən siyasi partiya liderləri də Rusiyanın atdığı son addımların ölkəmiz üçün yeni təhlükələr yaratdığını bildirirlər və artıq lazımi tədbirlərin görülməsinin vacibliyini qeyd edirlər. AXCP sədri Əli Kərimli rəsmi Kremlin atdığı bu addımı həm qeyri-qanuni, həm də siyasi cəhətdən səhv olduğunu bildirdi: “Bu qərarın verilməsi Rusiyanın özü üçün xeyli problemlər yaradacaq. Qərar Rusiyanın milli maraqlarına o qədər ziddir ki, mən son saata qədər belə bir addımın atılacağını gözləmirdim. Hesab edirdim ki, hər halda beynəlxalq hüquqa hörmət, dövlət maraqları Rusiyanın dövlət rəhbərliyini daha müdrik addım atmağa yönəldəcək. Amma görünür, Rusiyanın daxilində imperiya ambisiyaları çox güclənib. Rusiya bu yolla göstərir ki, o, etnik separatizmi qızışdırır və xüsusilə də Cənubi Qafqazda öz siyasi və hərbi iştirakını təmin etmək üçün bu faktordan istifadə edir. Hesab edirəm ki, bu, bütövlükdə dünyada gedən proseslərə neqativ təsir göstərən hadisədir. Mən istərdim ki, dünya ictimaiyyəti Rusiyanı bu səhv yoldan döndərmək istiqamətində səylərini artırsın. Eyni zamanda Rusiya ictimaiyyəti də özündə güc tapıb rəsmi Kremli ölkəyə yeni problemlər yaradan bu addımdan daşındırmağa çalışmalıdır. Rus ziyalılarının səsi eşidilməlidir. Rusiya növbəti bir Əfqanıstan yaşamağa doğru getməməli, yenidən inkişafa başladığı bir vaxtda Qərblə, qonşuları ilə konfrantasiya siyasətini seçməməlidir. Bu səhvdir və səhvin hansı mərhələsindən qayıtsan, yenə xeyirdir”. Medvedyevin xəbərdarlığına gəlincə, Əli Kərimli hazırda Rusiyanın Azərbaycana qarşı belə bir addım atmasını real saymasa da, bunu tamamilə istisna da etmir. Bu baxımdan Azərbaycan vaxtdan istifadə edərək NATO-ya inteqrasiya etməlidir: “Azərbaycanın yeganə yolu Qərbə, NATO-ya inteqrasiya etməsidir. Azərbaycan hakimiyyəti Qərbə inteqrasiya siyasətini bir qədər cürətlə seçməlidir. Azərbaycan hökuməti bilməlidir ki, Qərbə, NATO-ya inteqrasiya siyasətini seçsə, indiyə sonsuz sayda haqsızlıqların olmasına baxmayaraq ölkənin daxilində müəyyən siyasi həmrəylik yarana bilər. Çünki Azərbaycanın milli demokratik qüvvələri üçün ərazi bütövlüyü çox önəmlidir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə Qərbə inteqrasiya üçün biz öz tərəfimizdən lazım olan bütün addımları ata bilərik. Azərbaycan hökuməti çəkinmədən, belə demək mümkünsə, müxalifətin addımlarını proqnozlaşdırmağa ehtiyatlanmadan, qayğı çəkmədən Qərbə inteqrasiya istiqamətində addımlarını atmalıdır. Və bilməlidir ki, bu addımlar müxalifət tərəfindən də müdafiə olunacaq”. *** Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva separatçı qurumların tanınması ilə bağlı atılan addımın gözlənilən olduğunu bildirdi və Rusiyanın bununla çox yalnış siyasətə qədəm qoyduğunu qeyd etdi: “Rusiya yenə də öz imperializmini, həm çar, həm də sovet Rusiyasının imperiya xislətini ifşa etdi və yenə də dünyaya meydan oxumaq istədiyini göstərdi. Digər tərəfdən Rusiya bu gün geosiyasi aləmdə üstünlüyü götürmək, açıq şəkildə həm Cənubi Qafqazı, həm də potssovet ölkələrini öz təsiri altına almaq istəyir. Bu çox mühüm məsələdi. Bunun Azərbaycana birbaşa aidiyyatı var. Rusiyaya alternativ neft və qaz kəmərləri məhz Gürcüstandan keçir. Belə etməklə Rusiya Qərbi alternativsiz qoymaq və şantaj etmək istəyir”. L.Şövkətin sözlərinə görə, Rusiyanın belə addım atmasının əsas səbəblərindən biri demokratiyadan qorxmasıdır: “Rusiya demokratiyadan, azad ölkələrdən həddindən artıq qorxur. O bilir ki, demokratiya, azadlıq olan yerdə avtoritar Rusiyanı heç bir ölkə qəbul etməyəcək. Bu da çox mühüm məsələlərdi. Bu səbəblərə görə də Rusiya Gürcüstana təcavüz edib. Bu tək Gürcüstana təcavüz deyil. Sadəcə olaraq Gürcüstandan başlayan sınaq daşıdır. Sabah bu aqibət Azərbaycanı, Ukraynanı, Moldovanı, hətta Şərqi Avropanı da gözləyə bilər. Bu gün separatçı rejimləri dəstəkləməklə Rusiya böyük president yaradır. Başa düşürük ki, bu gün Rusiya Qərbə Kosovanın cavabını verir və bu səbəbdən də separatçı rejimləri dəstəkləyir. Amma onu başa düşmür ki, onları dəstəkləməklə postsovet ölkələrində, elə Rusiyanın özündə yeni president yaradır. Çünki Rusiyanın özünün də Çeçenistan, Dağıstan problemləri var. Əgər bu günləri Rusiya yalnış yola rəvac versə, bu, onun çökməsinə gətirəcək. Bu, Rusiyanın özü üçün çox xoşagəlməz bir məsələdir”. Ölkəmizin də belə bir probleminin olduğunu yada salan L.Hacıyeva Azərbaycanın Gürcüstanın yanında olmasının vacibliyini vurğuladı: “Bu gün Azərbaycan Gürcüstanın yanında olmalıdır. Çünki ölkəmizin də belə problemi var. Azərbaycan öz mövqeyini birmənalı göstərməlidir. Bildirməlidir ki, o Ukrayna kimi Gürcüstanın yanındadır, Gürcüstanı dəstəkləyir”. Medvedyevin son bəyanatına toxunan L.Şövkət bu cür addımların Rusiya üçün fəlakətlə nəticələnə biləcəyini qeyd etdi: “Medvedyevin bəyanatı yaxşı heç nə vəd etmir. Azərbaycana qarşı da belə addımın atılacağı gözləniləndir. Əgər bu məsələ belə davam etsə, Rusiyanın özü üçün çox pis, fəlakətli qurtaracaq. Onsuzda bu gün Rusiya təcrid olunmuş bir ölkədir. Bütün Qərb dövlətləri, sivil ölkələr Gürcüstana dəstək verir. Gürcüstana dəstək verməklə azadlğa, demokratiyaya dəstək verirlər. Ancaq bu təkcə Gürcüstan məsələsi deyil. Bu gün dəyərlər toqquşurlar. Azərbaycan da müstəqil ölkədir və öz cavabını verə bilər. Amma bizim sabitliyimiz çox kövrəkdir. Təhlükəsizlik təminatımız yoxdur. Azərbaycan bu gün balanslı siyasət deyə-deyə heç nə əldə etmir. Ermənistanın Rusiya ilə hərbi müqaviləsi var. Azərbaycan NATO-ya inteqrasiya edib, bununla öz təhlükəsizliyini təmin edər. Ancaq Azərbaycanın bu günkü mövqesizliyi sabah böyük təhlükələrə səbəb ola bilər. Ona görə də dərhal, çox açıq şəkildə NATO-ya inteqrasiya etməlidir. Birmənalı bəyanat verməlidir ki, biz Rusiyanın təxribatlarından özümüzü qorumaq istəyiriksə, bunun yeganə çıxış yolu NATO-ya inteqrasiyadır. Bununla da biz özümüzün təminatlı təhlükəsizlik sistemimizi yarada bilərik”. *** Vətndaş və Inkişaf Partiyasının sədri Əli Əliyev də Rusiyanın addımını dünya birliyinə meydan oxumaq kimi qiymətləndirdi: “Bu, Rusiya Federasiyasının dünya ictimaiyyətinə meydan oxuması, Rusiyanın keçmiş mövqelərini geri qaytarmaq cəhdi kimi başa düşülməlidir. Əgər Rusiya öz mövqeyində qəti olsa, bu, hətta üçüncü dünya müharibəsinin başlanması ehtimalı kimi başa düşülə bilər. Rusiya son illərdə ətrafında formalaşdırdığı təhlükəsizlik zolağından məhrum olduğunu duymağa başlayıb. MDB dövlətlərinin onun nəzarətindən çıxdığını hiss edir. NATO qoşunlarının Ukrayna və Gürcüstana yaxınlaşmasını siyasi, hərbi və təhlükəsizlik nöqteyindən dəyərləndirir. Nəyin bahasına olursa olsun bu prosesin qarşısını almağa çalışır. Rusiya anlayır ki, MDB dövlətləri Kremlin nəzarətindən çıxdıqdan sonra bu proses ölkənin daxilinə də keçə bilər. Keçməsi də labüddur. Suveren bir dövlətin ərazisinə hərbi müdaxilə etməklə, separatçı rejimləri tanımağa cəhd etməklə Federasiyanın dağılmasının qarşısını almağa, bu prosesi uzatmaq və ləngitməyə çalışır. Çalışır ki, dünya gücləri, xüsusilə ABŞ və Avropa Birliyi onun mövcudluğu ilə barışsınlar. Bir gün mövcud arealda onun hegemonluğunu qəbul etsinlər. Bu, çox təhlükəli yoldur. Separatçı qurumlarla bağlı çıxarılan qərarlar bununla kifayətlənməyə bilər. Verilən bəyanatlar göstərir ki, Abxaziya və Cənubi Osetiya barəsində çıxarılan qərarlar keçmiş SSRI məkanında olan dövlətlərin ərazisindəki hərbi münaqişələrin, münaqişəli ərazilərin aqibəti üçün nümunə xarakteri daşıyır”. Ə.Əliyevin fikrincə, dünya birliyi buna qarşı qəti mövqe nümayiş etdirməlidir: “Artıq ABŞ prezidentinin, Almaniya kanslerinin bəyanatı səslənib. Çalışmaq lazımdır ki, bu proses diplomatik yolla və mövcud beynəlxalq qanunlar çərçivəsində tənzimlənsin. Çünki Rusiya son dövrlər proqnozlaşdırılmayan və təhlükəli istiqamətdə hərəkət edir. Bu cür siyasət yeni dünya müharibəsi astanasına gətirib çıxara bilər”. VIP sədrinin sözlərinə görə, Azərbaycan hökuməti birmənalı mövqe tutmalı və balans siyasətindən imtina etməlidir: “Balanslı siyasətdən imtina etməyin ən optimal vaxtıdır. Bu cür qeyri-müəyyən mövqe Azərbaycan dövlətçiliyinə müsbət heç nə vəd etmir. Bu, Azərbaycanın inkişaf perspektivini sual altına alır. Hər bir siyasi xəttin effektiv mərhələsi var. Cənubi Qafqazda artıq birmənalı mövqe tutmağın vaxtı yetişib. Hökumət bu istiqamətdə amorf bəyanatlar vermək əvəzinə birmənalı mövqe nümayiş etdirməlidir. Cənubi Qafqazda gedən proseslər Rusiya kimi nüvə silahı olan dövlət üçün olum-ölüm məsələsidir. Bu məsələdə Azərbaycan ciddi hərbi müttəfiqlərə malik olmalıdır. Gürcüstan təcrübəsi bizə nəticə çıxarmaq üçün əsasdı”. *** Müsavat başqanı Isa Qəmbərin sözlərinə görə, hər bir halda Gürcüstanda baş verənlər Azərbaycan hökumətini ayıltmalıdır: “Medvedyevin nə deməsindən asılı olmayaraq Gürcüstanda baş verənlər Azərbaycan hökumətini silkələməlidir. Bunlardan nəticə çıxarmalıdırlar. Tezliklə Avroatlantik məkana inteqrasiyanı sürətləndirmək və NATO-ya üzv olmaq üçün real addımlar atmaq lazımdır”. Fizzə Heydərli
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı