Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Rusiya qoşunları beynəlxalq birliyin davamlı diplomatik təzyiqlərinə baxmayaraq, Gürcüstan ərazilərini, o cümlədən strateji əhəmiyyətli Poti limanını tərk etmir. Amerika Hərbi Dəniz Qüvvələrinin gəmiləri isə Gürcüstana humanitar yardım çatdırmaq üçün artıq bu ölkənin sahillərinə yan alır. Xəbər verildiyi kimi, “McFaul” artıq Gürcüstan sahillərinə yan alıb. Gəminin Poti limanına daxil olması nəzərdə tutulsa da, oranın Rusiya qüvvələrinin nəzarətində olması üzündən “McFaul” Batumi limanına yan alıb. Dünən isə Amerika hərbi donanmasının “Dallas” keşikçi kateri Gürcüstanın ərazi sularına daxil olub. Bu gəminin vəzifəsi Gürcüstana humanitar yardım daşıyan NATO gəmilərinin mühafizəsini təşkil etməkdir. Bildirilir ki, “Dallas” Yunanıstanın Krit adası limanından yola çıxıb, bazar günü Bosfor boğazını keçib və Qara dənizə daxil olub. Amerika hərbi gəmilərinin Qara dənizə daxil olması Rusiyanı qəzəbləndirib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Aleksandr Noqovitsin bildirib ki, onların Potini tərk etməmələrinin səbəbi həm də Amerika gəmilərinin gəlişidir. Onun sözlərinə görə, Amerika gəmiləri humanitar yardım adı altında Gürcüstana silah daşıya bilər. Gürcüstanda isə Amerika hərbi gəmilərinin gəlişindən sevinirlər. Müdafiə naziri David Kezeraşvili “McFaul”un ekipajını gəminin göyərtəsində salamlayıb. Nazir “Assoşeyted press”ə bildirib ki, Gürcüstan əhalisi indi özünü Rusiyanın təcavüzü qarşısında daha təhlükəsiz hiss edə bilər. Gürcü uşaqları isə Amerika hərbçilərinə şərab və gül veriblər. Bildirilir ki, “McFaul” bir sıra silahlarla, o cümlədən “Tomoqavk” qanadlı raketləri ilə təchiz olunub. Gəmi həmçinin nüvə silahı da daşıya bilir. Lakin Amerika gəmilərində nüvə silahının olub-olmadığı böyük məxfiliklə qorunan hərbi sirdir, ona görə Batumi limanına yan alan “McFaul”da belə silahın olub-olmadığı da bilinmir. Gürcüstana yardım gətirən digər Amerika gəmilərinin də Batumiyə yan alacağı gözlənilir. Çünki Poti limanı artıq gəmiləri qəbul edə bilməyəcək duruma düşüb, Rusiya hərbçiləri limanın radar qurğularını və digər avadanlıqlarını dağıdıblar. Dünən də liman rusların nəzarətində qalıb. Rusiya hərbçiləri zirehli texnikanın müşayiətilə Potinin girişində post qurublar və jurnalistlərə çəkiliş aparmağa icazə vermirlər. Məsələn, onlar xarici jurnalistlərə bildiriblər ki, çəkiliş aparmaq üçün Rusiya Xarici İşlər Nazirliyindən icazə almaq lazımdır. Məlum olub ki, Rusiyanın Gürcüstanda etdikləri dünyanın ən güclü kəşfiyyat vasitələrinə malik ölkəsi sayılan Amerikaya sözün əsl mənasında gec çatıb. “Washington Post” qəzetinin əldə etdiyi məlumatlardan bəlli olur ki, ABŞ ayılanda Rusiya artıq Gürcüstanın altını üstünə çeviribmiş. Qəzetin ABŞ administrasiyasındakı mənbəyə istinadən yazdığına görə, Amerikanın bölgədə kəşfiyyat peyklərinə malik olmasına baxmayaraq, Vaşinqton münaqişənin ilk günlərində baş verənlər haqda məlumatsız olub. Mənbə etiraf edib ki, bu, kəşfiyyatın iflasıdır. Çünki Pentaqon bölgədən həyəcanlı xəbərlərin daxil olmasına baxmayaraq, kəşfiyyat peyklərini Gürcüsan-Rusiya sərhədlərinə yönəltməyib. Həmin günlər Pekində Olimpiada oyunlarına tamaşa edən prezident Buş da nə baş verdiyi haqda məlumatsız olub: “Əlavə vasitələri işə salaraq nə baş verdiyi haqda daha ətraflı məlumat almaq üçün bizə bir neçə gün lazım oldu. Həmin vaxt ərzində Rusiya qoşunları artıq Gürcüstan şəhərlərini tutmuşdu”. Qəzetin yazdığına görə, Amerika kəşfiyyat peykləri vasitəsilə nə baş verdiyi haqda məlumat alandan sonra da administrasiya hansı addım atmaq məsələsində parçalanıb. Dövlət katibi Kondoliza Rays bildirib ki, dərhal Gürcüstan sahillərinə Amerika hərbi gəmiləri göndərilməlidir, havadan isə Amerika hərbi təyyarələri Gürcüstan üzərinə uçuşlar keçirməlidir və bununla da Birləşmiş Ştatların nə dərəcədə qətiyyətli olduğu nümayiş etdirilməlidir. Lakin müdafiə naziri Robert Geyts və Baş Qərargah daha təmkinli olmağa çağırıblar. Gərgin müzakirələrdən sonra nəhayət, qərara alınıb ki, Gürcüstana humanitar yardım əməliyyatlarına start verilsin. Amerikanın və digər NATO ölkələrinin gəmilərinin Qara dənizə daxil olması Rusiyanı ciddi narahat etməyə başlayıb. Dünən general Aleksandr Noqovitsin keçirdiyi növbəti mətbuat konfransında bildirib ki, hazırda Qara dənizdə 9 NATO gəmisi var. Onun sözlərinə görə, NATO dənizdə hərbi qüvvələrini cəmləşdirməyə başlayıb və bunun Gürcüstana humanitar yardım göstərilməsinə dəxli yoxdur. Noqovitsinə görə, hazırda Qara dənizdə ABŞ-ın 2, İspaniya, Almaniya və Polşanın 1, Türkiyənin isə 4 gəmisi var. General deyib ki, Amerika donanmasının “Erli Berk” adlı gəmisi ən müasir silahlarla, o cümlədən nüvə başlığı daşıya bilən qanadlı raketlərlə təchiz olunub. Noqovitsin deyib ki, NATO-nun Qara dənizdə hərbi donanma cəmləşdirməsi onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Onun sözlərinə görə, Qara dənizə Rusiya donanması nəzarət edir. Noqovitsin onu da deyib ki, Cənubi Osetiya və Abxaziya ətrafındakı bufer zonasında Gürcüstan aviasiyasının uçuşlarının qarşısı alınacaq. Rusiya generalı deyib ki, Gürcüstan ordusu yenidən Cənubi Osetiya sərhədlərinə hərbi texnika cəmləşdirir. Ona görə də nisbi sakitlik uzun sürməyə bilər. Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, rusların bombardman etdikləri və dağıtdıqları Senaki hərbi bazasına yenidən gürcü əsgərləri dönüb. Qori şəhəri ətrafında yerləşən Senaki hərbi bazası Gürcüstan ordusunun əsas dislokasiya yerlərindən biri idi. Rusların hücumu zamanı havadan bomba zərbələrinə məruz qalan gürcü əsgərləri çoxlu miqdarda silah və hərbi texnikanı ataraq bazanı tərk ediblər. Ruslar isə neçə gündür bazada qalmış hərbi texnikanı qənimət kimi daşıyır. Bildirilir ki, Senakiyə qayıdan gürcü əsgərləri bazanı bərpa etməyə çalışır, ərazi minalardan təmizlənir. Maraqlıdır ki, Senakidə Rusiya qüvvələrinin də postu qalır. General Noqovitsin bunu intriqa doğuran məqam adlandırıb. Onun sözlərinə görə, gürcü ordusunun hissələri Senakiyə qayıtmalı deyildi. Rusiya ilə Gürcüstan arasında hərbi toqquşmaların yenidən başlaması riski yüksək olduğu bir vaxtda Qərb Moskvaya qarşı yeni təzyiq üsulları tapmağa çalışır. ABŞ-ın ticarət naziri Antonio Qutteros bildirib ki, Rusiya öz hərəkətləri ilə özünü olduqca mürəkkəb duruma salıb. Nazir deyib ki, Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü və “Böyük səkkizlər” klubunda qalması şübhə altındadır. Fransa prezidenti Nikola Sarkozi isə Avropa Birliyinin xüsusi sammitini çağırıb. Sammit sentyabrın 1-də başlayacaq və Rusiya ilə münasibətlərə yenidən baxılması məsələsi qaldırılacaq. Fransa prezidenti bəyan edir ki, Rusiya Gürcüstandan qoşunların çıxarılması barədə öhdəliyi yerinə yetirməyib. “Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz bayrağı altında birləşdirmək səylərini davam etdirəcək”. Bu bəyanatla Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. Onun bildirdiyinə görə, Gürcüstan ordusu tezliklə ABŞ-ın yardımı ilə döyüş qabiliyyətini bərpa edəcək. Saakaşvili qeyd edib ki, Tiflis separatçı ərazilərin itirilməsi ilə barışmayacaq və onların qaytarılması uğrunda mübarizəni davam etdirəcək. O, bu məsələdə ABŞ-ın Gürcüstana kömək edəcəyini də vurğulayıb. Saakaşvili gündə ən azı iki dəfə ABŞ prezidentliyinə namizəd Con Makkeyn və senator Cozef Baydenlə danışdığını vurğulayıb. Qeyd edək ki, Bayden vitse-prezidentliyə namizəd kimi Barak Obama ilə bir yerdə seçkilərə gedir. Siyasət şöbəsi musavat
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı