Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
«Terrorla mübarizədə böyük təcrübəyə malik ABŞ, Israil, Böyük Britaniya, qardaş Türkiyə kimi dövlətlərlə əməkdaşlığa ciddi ehtiyac var» “Terror dünyanın hər bir inkişaf etmiş dövlətini istənilən an vura bilər” «Hakimiyyətin gözləmədiyi anda ölkə iqtisadiyyatı, büdcəsi üçün böyük problemlər yarana bilər» Son bir həftə ərzində iki terror hadisəsinin baş verməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Bəzi ekspertlər Əbu Bəkr məscidinə qumbara atılmasını iki qrup arasında yaşanan gərginliyin nəticəsi hesab etsə də, son terror aktı şübhələri başqa istiqamətlərə yönəldir. Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərlə söhbətimiz də bu mövzudadır. - Milli Təhlükəsizlik Nazirinin sabiq müavini kimi necə düşünürsünüz, bir həftə ərzində iki terror hadisəsinin baş verməsinin arxasında nə dayanır? - Bizim istintaq materialları ilə tanış olmaq imkanımız yoxdur. Sadəcə olaraq yaranmış vəziyyətlə bağlı müəyyən versiyalar səsləndirə bilərik. Ilk növbədə onu qeyd edim ki, zaman baxımından baş verən hadisələr əndişələnmək üçün əsas yaradır. Birincisi hadisənin Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyi, Rusiyanın Gürcüstana təcavüzünün baş verdiyi, Azərbaycanın maraqlarına ciddi zərbə vurulduğu bir dövrdə baş verməsi narahatlıq yaradır. Ikincisi Azərbaycanda görünməmiş bir olay yaşanıb. Məscidə qumbara atılıb. Hesab edirəm ki, bu hadisə ilə bağlı versiyalar səsləndirmək üçün tələsməməliyik. Bilirsiniz ki, dini heysiyat məsələsi təkcə islam aləmində deyil, dünyanın hər yerində həssas məsələdir. Buna görə də mətbuatın da bu məsələyə həssaslıqla yanaşmasını istərdim. Təbii ki, mətbuat öz vəzifəsini yerinə yetirir və müxtəlif versiyaları araşdırır. Amma həssaslığa da xüsusi diqqət yetirilməlidir. Ikinci hadisənin baş verməsi isə əndişələri bir az da artırır. Buna da aydınlıq gətirmək lazımdır ki, hadisələrin üst-üstə düşməsi təsadüfidir, yoxsa doğurdan da Azərbaycanda daxili sabitliyi pozmaq cəhdidir? Nəticələrin bir az öncə ortaya çıxması təbii ki, çox maraqlı olardı. Çünki Azərbaycan cəmiyyətində baş verən hadisələr narahatlığı artırır. Əgər istintaq obyektiv aparılacaqsa, səbəbkarlar ortaya çıxacaqsa onda bu məsələlərlə bağlı qəti fikir söyləmək olar. Istintaqın nəticəsi, baş verən hadisələrin səbəbkarları və icraçıları ortaya çıxarılmadan hər hansı fikir söyləmək çətindir. - Iki gün öncə Nazirlər Kabinetinin xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi ilə bağlı verdiyi qərar onu deməyə əsas verirmi deyək ki, Azərbaycan hakimiyyəti terror aktlarının eyni qüvvə və yaxud hansısa dövlət tərəfindən törədilməsini ehtimal edir, bu səbəbdən də belə bir qərar qəbul edib? - Heç kimə sirr deyil ki, Rusiyanın Gürcüstanın böyük bir hissəsini işğal etməsi və bu gün də atəşkəs sazişinə əməl etməməsi Azərbaycan maraqlarına ciddi zərbə vurmaqdadır. Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Supsa boru kəmərlərinin fəaliyyətini dayandırması, Gürcüstan-Azərbaycan dəmiryol körpüsünün partladılması, eyni zamanda Azərbaycan sərhədlərinə yaxın yerlərin bombalanması və Rusiya-Azərbaycan sərhədinin bağlanması təbii ki, narahatlıq doğurur. Azərbaycan hakimiyyəti də müvafiq profilaktik tədbirlər görməlidir. Azərbaycan ətrafında regional vəziyyətin bu səviyyədə gərginləşməsi daxildə də sizin qeyd elədiyiniz hadisələrin baş verməsi ilə müşaiyyət olunur. Bu baxımdan hökumətin aldığı tədbirləri başa düşmək olar. Amma bütün işlər peşəkar səviyyədə görülməlidir. Eyni zamanda Azərbaycan öz tərəfdaşları ilə beynəlxalq əməkdaşlığa ciddi diqqət yetirməlidir. Çünki ölkəmizin hüquq-mühafizə orqanlarının “peşəkarlığı” hər birimizə bəllidir. O baxımdan Azərbaycanda ictimai-siyasi sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək üçün indiki şəraitdə beynəlxalq əməkdaşlıq amilinin önəmi artır və buna da xüsusi diqqət yetirmək gərəkir. - Müsavat Partiyası Əbu Bəkrdə baş verən terror aktından sonra yaydığı bəyanatda hadisəni Rusiyanın törədə biləcəyini qeyd etmişdi. Sizin fikirləriniz bir qədər fərqli olsa da, hər halda partiya rəhbərliyində təmsil olunan şəxs kimi fikirinizi öyrənmək istərdik. Partiya nədən bu qənaətə gəlib? - Divanın həmin iclasında iştirak etməmişəm. Ola bilsin ki, Divan üzvlərindən kimdəsə məlumatlar var və Divan bu qənaətə gələrkən həmin məlumatlar nəzərə alınıb. Amma iclasda iştirak etmədiyimə görə bu suala cavab verə bilməyəcəyəm. - Necə düşünürsünüz - ölkənin hüquq-mühafizə orqanları terror təhlükələrini önləmək üçün lazım olan formada təşkilatlanıbmı? - 11 sentyabr hadisələri göstərdi ki, dünyanın heç bir ölkəsi, hətta supergüclüsü belə, terrordan sığortalanmayıb. Terror dünyanın hər bir inkişaf etmiş dövlətini istənilən an vura bilər. Bu baxımdan Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı artırılmalıdır. Digər tərəfdən bayaq dediyim kimi bu sahədə təcrübəsi olan dövlətlərlə ciddi əməkdaşlıq etmək lazımdır. terrorla mübarizədə böyük təcrübəyə malik ABŞ, Israil, Böyük Britaniya, qardaş Türkiyə kimi dövlətlərlə əməkdaşlığa ciddi ehtiyac var. - Bir neçə gün öncə “Rustavi-2" telekanalı Rusiyanın Bakı-Ceyhan boru kəmərini minalaması haqqında məlumat yaydı. Doğrudur bu xəbər sonradan təkzib edildi. Amma hər halda, boru kəmərləri ilə bağlı bu tipli təhlükələrin sovuşduğunu söyləmək olmaz. Siz necə düşünürsünüz? - Kommunikasiyaların, boru kəmərlərinin partladılması ilə bağlı çox müxtəlif üsullar var. Düşünürəm ki, doğrudan da Bakı-Ceyhana qarşı hər hansı bir təxribat nəzərdə tutulursa, daha incə üsullara baş vurula bilər. Minalanma demonstrativ, nümayişkəranə bir hərəkətdir və bunun siyasi mesaj əhəmiyyəti daha böyükdür, nəinki birbaşa təxribat məqsədilə edilməsi. Bu gün Bakı-Ceyhana qarşı çox incə metodlardan istifadə edilməklə təxribatların baş verməsi tamamilə mümkündür. Onu da deyim ki, Bakı-Ceyhana qarşı əvvəllər müəyyən təxribatlar olub, sadəcə olaraq informasiyalar gizlədilib, ictimaiyyətdən gizli saxlanılıb. - Regionda gərginlik səngiməyəcəyi təqdirdə bu Azərbaycan iqtisadiyyatına öldürücü zərbə vura bilərmi? - Bu konflikt geopolitik, geostrateji, ekonomik bir konfliktdir. Təbii ki, bunun alt nəticələri də olacaq. Həm siyasi, həm də iqtisadi baxımdan. Konfliktin Azərbaycan büdcəsinə də böyük təsiri olacaq. Təəssüf ki, Azərbaycan hakimiyyəti istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə səslənən narahatlıq doğuran fikirləri qulaqardına vurur. Azərbaycan iqtisadiyyatının neftdən, enerji daşıyıcılarından böyük asılılığına, qeyri-neft sektorunun inkişafına diqqət yetirmir. Regionda baş verənlər onu göstərdi ki, hakimiyyətin gözləmədiyi anda elə hadisələr baş verə bilər ki, büdcəyə gələn gəlirlər birdən-birə dayana, bu isə öz növbəsində iqtisadiyyat, büdcə üçün böyük problemlər yarada bilər. Belə olduğu halda isə əsas ağırlığı cəmiyyət, əhali çəkəcək. Bu baxımdan konfliktin qısa zamanda başa çatması arzuolunandır. Amma mən istəyərdim ki, Azərbaycan hökuməti bu konfliktdən həm siyasi, həm iqtisadi, həm də hərbi nəticələr çıxarsın. Ağa Cəfərli azadliq
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı