Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
Türkiyə uzun müddət diplomatik münasibətlər yaratmaqdan imtina etdiyi və sərhədlərini bağlı saxladığı Ermənistanla barışıq əldə etməyə hazırlaşır. Xəbər verildiyi kimi, Ankara artıq İrəvanla rəsmi danışıqlara başlamağa qərar verib. Bu danışıqların mövzusu olaraq Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Gürcüstana hərbi müdaxilə etdiyi günlərdə gözlənilmədən ortaya atdığı Qafqazda sülh və təhlükəsizlik platforması ideyası göstərilir. Belə ki, Ankara həmin platformada Ermənistanı da görmək istəyir. Bu məqsədlə gələn həftə iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri görüşərək Qafqaz ittifaqı ideyasını müzakirə etmək üçün nazirlərin danışıqlarının gündəliyini hazırlayacaqlar. Daha sonra xarici işlər naziri Əli Babacanla onun ermənistanlı həmkarı Edvard Nalbəndyan arasında görüş olacaq. Bu görüşün yeri hələ müəyyən edilməyib, lakin istisna deyil ki, danışıqlar İrəvanda, yaxud Ankarada olsun. Belə ki, əgər prezident Abdullah Gül Ermənistan prezidenti Serj Sərkisyanın dəvətini qəbul edərək sentyabrın 6-da iki ölkənin milli futbol komandalarının oyununa baxmaq üçün İrəvana getsə, xarici işlər naziri Əli Babacanın da onun müşayiət edəcəyi istisna deyil. Xəbər verildiyi kimi, son vaxtlar Türkiyə Ermənistanla barışıq üçün bir-birinin ardınca jestlər edir. Sonuncu dəfə Gürcüstan ətrafında yaranmış böhrandan istifadə edərək Türkiyə Ermənistana öz hava məkanını faktiki olaraq açıb. Ərdoğan hökumətinin qərarına görə, Gürcüstana humanitar yardımların daşınmasını asanlaşdırmaq üçün Ermənistana uçan və oradan qalxan təyyarələr Türkiyə hava məkanından istifadə edə bilərlər. İndiyədək ancaq Türkiyədən Ermənistana çarter reysləri həyata keçirilirdi. İndi isə Türkiyənin hava məkanı Ermənistana uçan bütün sərnişin və yük təyyarələrinə açıqdır. Gözlənilir ki, bu qaydalar qısamüddətli olmayacaq və daha da asanlaşacaq. Məsələn, Ermənistana uçan təyyarələrin təkcə Türkiyə hava məkanından deyil, aeroportlarından da istifadəsinə icazə verilə bilər. Türkiyənin Ermənistana barışıq jestlərinin davamı olaraq prezident Gül İrəvana getsə, bu, artıq bəzi xarici müşahidəçilərin qeyd etdiyi kimi, Qafqazda yeni eranın başlanması demək olardı. Türkiyə prezidenti bu dəvəti qəbul edib-etməyəcəyi haqda heç nə demir, yalnız onu bildirir ki, dəvət dəyərləndirilir. Lakin bir gün əvvəl Britaniyanın “The Economist” həftəliyi yazıb ki, İrəvanda artıq Gülün səfərinə hazırlıq gedir. Belə ki, iki ölkə milli komandalarının futbol matçının keçiriləcəyi Razdan stadioununda fəhlələrə yüksək rütbəli qonağın gəlişi münasibətilə hazırlıq işləri aparmaq tapşırılıb. Bu isə o deməkdir ki, Ermənistanda Abdullah Gülün İrəvana gələcəyini artıq bilirlər. “The Economist” onu da yazıb ki, Türkiyə Ermənistanla münasibətlər qurmaq və sərhədləri açmaq üçün Azərbaycan ərazilərinin azad edilməsi şərtindən geri çəkilmiş kimi görünür. Bildirilirdi ki, Türkiyə rəhbərliyi Ermənistanın təcrid olunmasının Dağlıq Qarabağın ətrafındakı rayonların azad edilməsinə kömək etmədiyini görüb, bu üzdən siyasətini dəyişməyi qərara alıb və indi 1915-ci il hadisələrinin soyqırım kimi tanınması yönündə fəaliyyətlərin dayandırılması müqabilində ikitərəfli münasibətlər yarada biləcəyinə işarə edir. Lakin “The Economist” onu da qeyd edib ki, Türkiyə Azərbaycanla razılaşmadan Ermənistanla münasibətlər qurmağa risk etmir. Çünki Türkiyə silahlı qüvvələrində Azərbaycanın maraqlarını müdafiə edən güclü şəxsiyyətlər var. Xəbər verildiyi kimi, baş nazir Ərdoğan artıq Qafqazda sülh və təhlükəsizlik platforması ideyasını müzakirə etmək üçün Azərbaycanda olub. Türkiyənin hökumət dairələrində hesab edirlər ki, Azərbaycanın bu ideyaya razılıq verməsi və Ermənistanla sülh əldə etməsi neft-qaz ehtiyatlarının nəqli üçün yeni imkanlar aça bilər. Azərbaycan rəhbərliyinin Türkiyənin bu ideyasına və Ermənistanla barışığa meyl etməsinə necə münasibət bildirdiyi haqda yetərli məlumat yoxdur. Lakin Türkiyə mətbuatı yazır ki, Ərdoğan və Babacanın apardığı siyasət Azərbaycanı razı sala bilməz. “Milliyet”, “Yeni Çag” və digər qəzetlər bu məsələ ilə bağlı yazılarında qeyd ediblər ki, Ərdoğanın Qafqaz platforması ideyası Azərbaycanda ciddi narazılıq doğurub. Çünki ideyanın reallaşması halında Türkiyə Ermənistanla sərhədlərini açıb Qarabağda erməni işğalına son verilmədən bu ölkə ilə münasibətlər qurmuş olacaq. Türkiyə iqtidarının ideyası Vaşinqtonu da təəccübləndirib və narazılığa səbəb olub. Çünki NATO üzvü olan Türkiyə Qafqazda sülh və təhlükəsizliyi bu platforma çərçivəsində təmin etmək ideyasını ortaya atmaqla ABŞ-ın regiondan sıxışdırılması səylərinə dolayısı dəstək vermiş olur. Ötən həftə dövlət katibinin köməkçisi Metyu Brayza bildirmişdi ki, Ankara həmin ideya ilə bağlı onları məlumatlandırmayıb və indiki situasiyada bu cür təkliflə çıxış edilməsi gözlənilməz olub. ABŞ-ı narahat edən odur ki, son vaxtlar Rusiyaya doğru ciddi ölçülərdə meyl edən Türkiyə artıq Qafqaz kimi strateji bölgədə onunla yox, Moskva ilə işbirliyi qurmaq istəyinə düşüb. Son məlumatlara görə, Türkiyənin xarici işlər naziri Əli Babacan sentyabrın əvvəllərində rusiyalı həmkarı Sergey Lavrovla görüşərək Qafqaz platforması ideyası ilə bağlı danışıqlar aparacaq. Gələn həftə isə iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri görüşərək nazirlərin görüşünü hazırlamalıdır. F.MƏMMƏDOV musavat
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı