Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
Rusiya öz qoşunlarını Gürcüstandan çıxardığını bəyan edib, buna baxmayaraq ölkənin bir sıra strateji yaşayış məntəqələri və kommunikasiya xətləri hələ də rusların nəzarətində qalır. Moskva bəyan edir ki, atəşkəs haqda əldə edilmiş razılaşma onlara Gürcüstan ərazilərinin içərilərində patrul xidməti həyata keçirmək səlahiyyəti verib, həmçinin Cənubi Osetiya və Abxaziyada minlərlə rus əsgəri qalmaqda davam edir. Xəbər verildiyi kimi, Rusiya beynəlxalq birliyin güclü təzyiqlərindən sonra avqustun 22-də bütün qoşunlarını Gürcüstandan çıxaracağını bəyan edib. Həmin gün səhərdən başlayaraq Rusiya qüvvələri Qori şəhərindən, Tiflisin 35 kilometrliyindəki İqoeti qəsəbəsindən və digər yaşayış məntəqələrindən çıxıb. Həmçinin Cənubi Osetiyadan yüzlərlə zirehli texnika və hərbi maşın Rusiya istiqamətində geri çəkilib. RF müdafiə naziri Anatoli Serdyukov bəyan edib ki, qoşunların çıxarılması avqustun 22-də, Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq ciddi insident olmadan Moskva vaxtı ilə axşam saat 21.30-da tam başa çatıb. Bununla da Fransa prezidenti Nikolya Sarkozinin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının bütün şərtləri yerinə yetirilib. Lakin Rusiyanın qoşunların çıxarılması dedikdə nəyi nəzərdə tutduğu aydın deyil. Çünki Moskva elan edib ki, Cənubi Osetiya ətrafında bufer zonası yaradır və orada daimi blok-postlar yerləşdirir. Abxaziya və Cənubi Osetiyada sülhməramlılar adı altında minlərlə əsgərdən ibarət kontingent də yerləşdirilir. Üstəlik, Rusiya Cənubi Osetiya və Abxaziya münaqişələrindən uzaqda olan Gürcüstan ərazilərini də tam tərk etməyib. Dünən bildirilib ki, ruslar Sameqrelini tam tərk etməyib. Zuqdudi şəhərində ruslar inzibati binaları boşaltsa da şəhərdə qalmaqda davam edirlər. Potidən isə qüvvələr ümumiyyətlə çıxarılmayıb və buna hazırlıq getmir. Gürcüstanın Qara dəniz sahilindəki liman şəhəri Senakidə də Rusiya qüvvələri qalır. *** Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Aleksandr Noqovitsın bildirib ki, onların neft tranzitinin keçdiyi Potidən çıxmaq niyyəti yoxdur və şəhərdə rus patrulu qalacaq: “Rusiya Silahlı Qüvvələri Potidə və digər yaşayış məntəqələrində situasiyaya nəzarət etməkdə davam edəcək. Bu, atəşkəs razılaşmasına zidd deyil, çünki bu razılaşmaya görə, Rusiya qüvvələrinin Gürcüstanda yaradılan təhlükəsizlik zolağında patrul xidməti aparmaq səlahiyyəti var. Doğrudur, Poti bu zolağa daxil deyil, lakin bu o demək deyil ki, biz hasarın o tayında oturub onların ”Hammer"lərdə necə şütüdüklərinə tamaşa edəcəyik". Noqovitsın bir neçə gün əvvəl Potidə gürcü əsgərlərinin Amerikaya məxsus “Hammer” hərbi maşınlarında hərəkət edərəkən saxlanıldığına işarə edib. Poti limanından Azərbaycan nefti nəql olunur, Bakı-Supsa kəməri ilə nəql edilən sutkada 90 min barrel neft bu limanda tankerlərə yüklənirdi. Qatarla daşınan neft də Potidən nəql olunurdu. Bildirilir ki, rus əsgərləri Poti ətrafında səngərlər qazaraq möhkəmlənib. Dünən onların şəhərdən çıxması tələbi ilə Potinin girəcəyində minlərlə adam etiraz aksiyası keçirib. Rusların Potidə möhkəmlənməsi bir tərəfdən bu mühüm neft tranziti limanını nəzarət altına almaqla bağlıdırsa, digər tərəfdən ora ABŞ hərbi gəmilərinin yan almasına imkan verməmək məqsədi daşıyır. Məlumatlara görə, liman minalanıb. Gözlənilirdi ki, Gürcüstana humanitar yardım gətirən Amerika hərbi gəmiləri tezliklə limana daxil olacaq. Amerika hərbi dəniz qüvvələrinin “McFaul” esminetsi artıq Qara dənizə daxil olub və tezliklə Potiyə çatacaq. Onun arxasınca “Dallas” keşikçi kateri və “Maunt Uitni” komanda gəmisi Gürcüstana yan alacaq. NATO-ya üzv olan digər ölkələr də Qara dənizə öz gəmilərini göndərməyə hazırlaşır. Rusiya xəbərdarlıq edib ki, Qara dənizə nəzarət edir və NATO bu addımdan çəkinməlidir. *** Rusiyanın qoşunları çıxardığı haqda bəyanatına ABŞ, Fransa və Böyük Britaniya da inanmır. ABŞ prezidenti Corc Buş fransalı həmkarı N.Sarkozi ilə telefon danışığında bu məsələni müzakirə edib. Bildirilib ki, Rusiya öz öhdəliklərini yerinə yetirməyib və qoşunların bir hissəsi hələ də Gürcüstanda qalır. Prezidentlər bəyan edib ki, Cənubi Osetiya və Abxaziya ətrafında bufer zonaların yaradılması atəşkəs müqaviləsində göstərilməyib və rusların bu zonalarda qalması öhdəliklərin pozulmasıdır. Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend də qoşunların çıxarılmasının başa çatdığı haqda bəyanatın doğru olmadığını deyib. Fransa Xarici İşlər Nazirliyi isə bəyan edib ki, razəlaşmaya görə, ruslar müvəqqəti olaraq Cənubi Osetiyanın inzibati sərhədlərində qala bilər, lakin bu, müvəqqətidir və bölgədə sülhməramlı əməliyyatların aparılmasının yeni mexanizminin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilməsinə qədər davam edə bilər. Pentaqonda da təsdiq ediblər ki, Rusiya qüvvələrinin Gürcüstandan çıxarıldığını təsdiq edən aydın əlamət yoxdur. Bu qurumum təmsilçisi Brayan Uaytman deyib ki, situasiya əvvəlki kimi qalır və ruslar Gürcüstanda tutduqları mövqelərdən çıxmayıb. *** Gürcüstan prezidenti Mixail Saakaşvili isə Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, Rusiya əsas qüvvələrini ölkədən çıxarıb, lakin Cənubi Osetiya və Abxaziya da daxil olmaqla bir sıra yaşayış məntəqələrində hələ də qalır. Onun sözlərinə görə, Gürcüstan misli görünməmiş təcavüzə məruz qalıb, bu təcavüzün məqsədi ölkə rəhbərliyini məhv etmək və hərbi-mülki infrastrukturu dağıtmaq olub. Saakaşvili bu təcavüz nəticəsində ölkəsinin ağır zərbə aldığını deyib və bildirib ki, işğalın nəticələrini aradan qaldırmaq üçün çox iş görmək lazım gələcək. O, deyib ki, Cənubi Osetiya və Abxaziyadakı Rusiya qüvvələri beynəlxalq sülhməramlı qüvvələrlə əvəz edilməyincə Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək mümkün olmayacaq. Onun sözlərinə görə, Rusiyanın artıq bölgədə sülhməramlı qüvvələr saxlamağa ixtiyarı yoxdur. Bu arada Dünya Bankı elan edib ki, Tiflisin dəvəti ilə Gürcüstana göndərilən qrup son hadisələrin ölkəyə iqtisadi təsirini müəyyən edəcək. Bankın bildirdiyinə görə, elə araşdırma olmadan da demək olar ki, Gürcüstanın iqtisadi artımı son hadisələrin nəticəsi olaraq çox güman, müvəqqəti dayanıb. Bank ölkə iqtisadiyyatının xarici investisiyalardan asılı olduğunu deyir. Lakin bu da investorların “gözlə və bax” ifadəsi ilə tanınan münasibətindən asılı olacaq. Bank bildirir ki, Gürcüstana maliyyə yardımı bank borcları və donor ölkələrin köməyi şəklində gələ bilər. Beynəlxalq Valyuta Fondu da Gürcüstana lazımi borcları verməyə hazır olduğunu deyib. Belə görünür ki, Rusiyanın Gürcüstanla bağlı daha uzağagedən planları var. Məlumata görə, Gürcüstan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, dövlət çevrilişi cəhdinə görə axtarışda olan və Moskvadan himayə edilən İqor Georqadze Abxaziya və Cənubi Osetiyada görünüb. Onun adamları Rusiya qüvvələrini Gürcüstan şəhərlərində müşayiət də edib. Daxili işlər naziri Vano Merabaşvili deyib ki, Georqadze hazırda Gürcüstanın nəzarət etdiyi ərazilərdə deyil, lakin onun son vaxtlar fəallaşdığı haqda məlumatlar alınıb. Ehtimal olunur ki, Rusiya Georqadzeni Gürcüstanda hakimiyyət başına gətirmək planları qurur. Həmçinin belə təhlükə var ki, Rusiya hər an atəşkəs razılaşmasının Gürcüstan tərəfindən pozulması haqda bəhanələr tapıb öz qoşunlarını yenidən ölkəyə yeridəcək. Məsələn, Rusiya SQ Baş Qərargahından general Noqovitsın iddia edir ki, gürcü ordusunun hissələri ölkənin mərkəzi hissəsində cəmləşdirilir və Cənubi Osetiya üzərinə yeni hücum təhlükəsi var. *** Gürcüstanın qonşusu Azərbaycan da təhlükədən uzaq deyil. “Business New Europe” nəşri yazıb ki, Gürcüstana müdaxilədən sonra Qərb mühüm enerji mənbəyi kimi Azərbaycanın təhlükəsizliyi ilə bağı narahatlıqlar keçirir. Bildirilir ki, bəzi ekspertlərə görə, ABŞ Azərbaycanda hərbi iştirakını təmin etmək üçün səylər göstərəcək, lakin Azərbaycan hökluməti bu məsələdə ehtiyatlı davranır və Rusiyanı qəzəbləndirmək istəmir: “Bakı üçün hazırda əsas prioritet Dağlıq Qarabağın qaytarılmasıdır. Bunun üçün Azərbaycan Rusiya ilə münasibətlərini saxlamalıdır, çünki Rusiyanın Dağlıq Qarabağın müstəqilliyinə dəstəyi ərazilərin qaytarılmasını qeyri-mümkün edərdi”. F.MƏMMƏDOV musavat
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı