Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
Dünən Gürcüstanın qərbində, Rusiya qüvvələrinin boşaltdığı Qori şəhəri yaxınlığında güclü partlayış baş verib. “Röyter” agentliyinin hadisə yerinin yaxınlığında olan əməkdaşı xəbər verib ki, Qoridən 5 kilometr məsafədə Skra kəndi yaxınlığında neft məhsulları daşıyan qatar partladılıb. Nəticədə güclü yanğın başlayıb, alov və qara tüstü buludu Qori şəhərinin üzərini bürüyüb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Tota Utiaşvili bildirib ki, ilkin məlumatlara görə, qatar mina qoyulmuş yoldan keçərkən partlayıb. “İlkin məlumata görə, qatar yoldan keçərkən mina işə düşüb, bu minanın Rusiya qüvvələri tərəfindən yola yerləşdirildiyi şübhə doğurmur.” Bildirilir ki, partlayış Tiflisdən Qori şəhərindən keçməklə Poti və Batumi limanlarına aparan dəmir yol xətti üzərində baş verib. Bu yolla Azərbaycanda Gürcüstan limanlarına neft və neft məhsulları daşınırdı. Məlumatlara görə, hadisə yerinə heç kim buraxılmır, xəsarət alanlar və ölənlər haqda məlumat yoxdur. Bildirilir ki, qatarda Azərbaycanın “Azpetrol” şirkətinə məxsus benzin sisternləri olub. Yanğının qatarın 13 vaqonunu əhatə etdiyi barədə məlumatlar var idi. Qatarın Azərbaycana məxsus olmasını Dövlət Dəmiryolu İdarəsində də təsdiqləyirlər. İdarəninÿ Yükdaşıma İstehsalat Birliyi yol rəisinin müavini İsfəndiyar Kərimovun ANS-ə verdiyi məlumata görə, qatarÿ Kaspi rayonunda dəmiryolu körpüsünün partladılmasından sonraÿ müvvəqqəti olaraq Qoridə qalmalı olub. Onun dediyinə görə, Dövlət Dəmiryolu İdarəsinin Gürcüstan bölməsinin əməkdaşları hadisə yerinə ezam olunub. Qatardakı yanğının söndürülməsi üçün əraziyəÿ xeyli sayda yanğınsöndürən cəlb edilib. Digər məlumata görə, partlayış Gürcüstan ordusunun Qori şəhərindəki dağıdılmış hərbi bazasının yaxınlığında baş verib. Gürcüstan Dəmir yol İdarəsinin ekstremal xidmətinin hadisə yerinə gələn işçiləri vaqonlardan 19-nu partlayış zonasından uzaqlaşdıra biliblər. Xəbər verildiyi kimi, avqustun 16-da Gürcüstanın Kaspi rayonundan keçən dəmir yol xətti üzərindəki körpü partladılıb. Nəticədə Azərbaycan neftinin qatarlarla Gürcüstan limanlarına daşınması dayanıb. Körpünün bərpasının bir neçə günə başa çatacağı gözlənilirdi. Son məlumatlara görə, hadisə yerinə göndərilən yanğınsöndürənlər güclü alovu söndürə bilməyiblər. Günün sonunda yanğın hələ davam edildi. Qeyd edək ki, partlayan vaqonların hər birində təqribən 60 ton neft məhsulları olub. Rusiya qoşunlarını çəkməkdən imtina edir Neft daşıyan qatarın partladılması Rusiyanın artıq Gürcüstanda diversiya əməliyyatlarına başladığını təsdiq edir. Beynəlxalq birliyin güclü diplomatik təzyiqlərindən sonra Rusiya avqustun 8-də Gürcüstana yeritdiyi qoşunlarının əsas hissəsini geri çəkib, lakin ruslar hələ də Gürcüstanın strateji əhəmiyyətli neft limanı Potini, Zuqdudi və Senaki şəhərlərində qalır. Dünən NATO bir daha Rusiyanı öz qoşunlarını Gürcüstandan bütünlüklə çıxarmağa çağırıb. Alyansın nümayəndəsi Karmen Romero bildirib ki, ruslar avqustun 6-na olan mövqelərinə geri çəkilməlidir. “Bizim mövqeyimizə görə qoşunları böhrandan əvvəlki mövqelərdə dayanmalıdır, Rusiya qoşunlarının Gürcüstandan tam çıxarılması baş verməyincə situasiyanın normallaşdığı haqda danışmaq olmaz.” Xatırladaq ki, Rusiyanın müdafiə naziri Anatoli Serdyukov qoşunların çıxarılmasının tam başa çatdığı haqda prezident Dmitri Medvedevə raport verib. Onun bildirdiyinə görə, qoşunların çıxarılması avqustun 22-də axşam başa çatıb. Lakin Rusiya bəyan edir ki, Cənubi Osetiya ətrafındakı təhlükəsizlik zonasında stasionar blok-postlar yerləşdirir, həmçinin Poti şəhərini tərk etmək niyyətində deyil.
Poti limanında NATO-Rusiya qarşıdurması yarana bilər Gürcüstan tərəfinin məlumatlarında isə deyilir ki, Rusiya hərbçiləri yenidən ölkənin mərkəzi hissəsində postlar qururlar. Belə ki, dünən Qori-Saçxere avtomobil yolu üzərində postlar qurulub. Potinin girişində isə hələ də Rusiya tankları qalır. Məlumatlara görə, ruslar Potinin həndəvərindən Senaki hərbi-hava bazasına gedən yolu hələ də bağlayıblar. Onlar həmçinin cənuba, Batumiyə gedən yolu da kəsiblər. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-polkovnik Anatoli Noqovitsin bəyan edib ki, ruslar Fransa prezidentinin təklif etdiyi plana uyğun hərəkət edirlər. O, Poti limanına nəzarət edilməsinin səbəbini belə açıqlayıb: “Qara dənizdəki vəziyyət göstəriir ki, şərait pisləşir. NATO ölkələri humanitar yardım gətirmək adı ilə dənizdə qüvvələrini cəmləşdirmək istəyirlər. Avqustun 21-də Qara dənizə daxil olmuş ispan və alman freqatlarına əlavə olaraq, dünən Polşaya məxsus freqat və Amerika donanmasına məxsus döyüş gəmisi Bosfor körfəzinə daxil olub. Düşünmürəm ki, bütün bunlar regionda vəziyyətin sabitləşməsinə xidmət edir.”
Dünən Potidə ruslar “Assoşeyted press” agentliyinin çəkiliş qrupunu atəşə tutublar. Bildirilir ki, jurnalistlər şəhərin girişindəki Rusiya hərbi postlarını çəkərkən xəbərdarlıq edilmədən onlara atəş açılıb. Daha sonra Rusiya hərbçiləri jurnalistləri saxlayıblar və polis idarəsinə aparıblar. Bir neçə saat sonra onlar azad edilib. Ancaq ruslar Amerikanın xəbər agentliyinin əməkdaşlarının kameralarını alaraq sındırıblar. Bildirilir ki, ruslar Poti səngərlər qazaraq möhkəmlənir, limana daxil olan bütün humanitar yardımlara nəzarət etməyə çalışır. Rusiya qüvvələri iki gün əvvəl Qori şəhərini tərk etsələr də dünən yenidən şəhərin yaxınlığındakı kəndlərdə mövqe tutublar. Onlar Qoridən Tiflisin 35 kilometrliyindəki İqoeti qəsəbəsinə gedən yolun üzərində postlar qurublar. İlk Amerika hərbi gəmisi Gürcüstan sahillərinə yan aldı Gözlənilir ki, Amerikanın Gürcüstana humanitar yardım gətirən ilk hərbi gəmisi-"McFaul" dünən Poti limanına yan alacaqdı. Lakin liman rusların nəzarətində olduğuna görə gəmi Batumi limanına istiqmətlənib. Gəmidə 16 milyon dollarlıq humanitar yardım, o cümlədən uşaq qidası, gigiyenik vasitələr, odeyal və ərzaq olduğu bildirilir. NATO-ya aid daha iki hərbi gəmi Gürcüstana yardım üçün Türkiyənin Bosfor boğazından keçib. Onların da Batumiyə yan alacağı gözlənilirdi. Dünən həmçinin Bosfor boğazından Amerika hərbi dəniz qüvvələrinə aid “Dallas” keşikçi kateri Qara dəniz sularına daxil olub. O, Gürcüstana humanitar yardım daşıyan gəmilərin mühafizəni təşkil etməlidir. Poti limanının direktor müavini Vaxtanq Lemoncava deyib ki, mövcud təhlükə ilə bağlı NATO gəmiləri Batumiyə yan alacaqlar. Amerika gəmilərinin keçidi Türkiyədə ajiotaj doğurub Bu arada, Türkiyədə Gürcüstana humanitar yardım aparan Amerika və Polşaya məxsus hərbi gəmilərin İstanbul boğazından keçməsi ciddi əks-səda doğurub. Müxalifət hökuməti gəmilərin Qara dənizə hərəkətini tənzimləyən Montre sazişinə dəqiqliklə riayət etməyə çağırıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə gəmilərin Türkiyə boğazlarından sazişə uyğun olaraq keçdiyini bildirib. Hərbi gəmilərin İstanbul boğazından keçməsi prosesi dünən Türkiyənin bəzi televiziya kanalları tərəfindən canlı yayınlanıb. Amerika və Polşaya məxsus hərbi gəmilər artıq Türkiyənin ərazi sularını tərk etsə də, bu məsələnin ortaya çıxdığı gündən başlayan müzakirələr hələ də səngiməyib. Məsələ ondan ibarətdir ki, Türkiyənin də qoşulduğu Montre sazişi Qara dəniz sahilində olmayan ölkələrin hərbi gəmilərinin bu hövzəyə daxil olması ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutur. Ana müxalifət lideri Dəniz Baykal iqtidara müraciət edərək, Montre sazişinin şərtlərinə riayət edilməsi ilə bağlı son dərəcə diqqətli olmağa çağırıb. Ərdoğan isə bildirib ki, sazişin nəzərdə tutduğu müddəalara tam riayət edilib. Vaşinqton Gürcüstana ağırlığı 69 min tona çatan və xəstəxana funksiyası yerinə yetirən gəmi göndərməyi planlaşdırırdı. Ərdoğan deyib ki, Ankara Montre sazişinə zidd olduğu üçün bu gəminin Türkiyə boğazlarından keçməsinə icazə verməyəcəyini bildirib. Daha sonra başqa gəmilərin Gürcüstanın Qara dəniz sahillərinə keçməsi məsələsi isə saziş çərçivəsində həll edilib.Türkiyə coğrafi mövqeyi etibarilə bu məsələdə bir növ əsas tərəflərdən birinə çevrilib. Eyni zamanda, Ankara Gürcüstandakı hadisələrdən sonra regionda gərginliyin səngiməsi üçün müəyyən səylər göstərir. “Türkiyədə qışqırsaq, Gürcüstanda eşidilər. Bu qədər yaxın olduğumuz üçün səylər göstəririk” deyə Ərdoğan bildirib. Gürcüstan Ərdoğanın Qafqaz platformasında yer almayacaq Xəbər verildiyi kimi, Türkiyə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Qafqazda sülh və təhlükəsizlik platforması yaradılması ilə bağlı ideya irəli sürüb. Təcili Moskvaya, Tiflisə və Bakıya səfərlər edən Ərdoğan bu ideya ilə bağlı danışıqlar aparıb. Lakin Gürcüstan Rusiya ilə bir sırada həmin platformada yer almayacağını elan edib. Gürcüstanın Ankaradakı səfiri Qrigol Mqaloblişvili NTV kanalına müsahibəsində bildirib ki, son rus əsgəri Gürcüstan ərazisini tərk etməyənə qədər Rusiya ilə eyni platformda iştirakdan söhbət gedə bilməz. Səfir Abxaziya və Cənubi Osetiyadakı Rusiya sülməramlılarını da nəzərdə tutur. Bu bəyanatdan sonra Ankaranın səylərinin taleyi də qaranlıq görünür. Türkiyədəki müşahidəçilər Ərdoğanın təşəbbüsünə əvvəldən çox pessimist yanaşırdılar. İndi aparıcı icmalçılar, xarici siyasət üzrə ekspertlər bildirirlər ki, bölgədə sülh və təhlükəsizlik üçün səy göstərmək xeyirli bir təşəbbüs olsa da, regionda vəziyyət getdikcə qarışır, Rusiya, NATO və digər tərəflər arasında münasibətlər gərginləşir və Ankara belə ağır yükün altına girməklə özünü çıxılmaz vəziyyətə sala bilər. Rusiya diversiya əməliyyatlarına başlayır Gürcüstan KİV-ləri isə xəbər verir ki, Rusiyanın ölkə ərazisində bir sıra təxribatlar həyata keçirmək planları ilə bağlı məlumatlar var. Məlumatlara görə, Rusiya diversantları Gürcüstan ordusunun anbarlarından ələ keçirdikləri hərbi formaları geyərək Cənubi Osetiyanın bəzi kəndlərində yerli əhaliyə hücumlar edəcəklər. Bununla da Gürcüstanın atəşkəs razılaşmasını pozması haqda təbliğat başlayacaq. Digər məlumatlara görə, Rusiya diversantları Gürcüstan ərazisində mühüm kommunikasiya xətlərini də partlada bilər. Artıq dünən Cənubi Osetiya separatçıları bildiriblər ki, Gürcüstan bölgənin sərhədlərinə hərbi texnika və qüvvə cəmləşdirir. Gecə saatlarında isə Cənubi Osetiyanın kəndləri atəşə tutulur. Rusiyanın planlaşdırdığı diversiya əməliyyatlarının məqsədi Gürcüstanda vəziyyətin stabilləşməsinə yol verməmək və bu ölkəni daimi təhdid altında saxlamaq məqsədi daşıyır. F.MƏMMƏDOV musavat
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı