Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Hər dəfə bu rayonların işğal günü gələndə hamımız dəsmal götürüb hönkür-hönkür ağlayırıq. Guya hönkür-hönkür ağlamaqla yağı tərəfindən işğal olunan yurd yerlərimiz geri dönəcək. O yerdə ki torpaq var, o yerdə ki Vətən var və Vətənin torpağı üzərində yağılar gəzir, biz heç vaxt rahatlıq tapa bilməyəcəyik. Elə hamımız deyirik ki, "lazım gəlsə silaha sarılıb torpaqlarımızı azad eləyə-cəyik". Amma nə "lazım gəlir", nə də biz silaha sarılırıq. Başımız yeyib-içməyə və kef-damağa necə qarışıbsa, hər şeyi unutmuşuq. Bunu heç də hamı haqqında demək düzgün deyil. Ən azından ona görə ki, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə nə qədər oğullarımız şəhid olub və yüzlərlə insanlarımız itkin düşüb, güllə yarası alıb. Yəni torpaq uğrunda son nəfəsinə qədər vuruşan və döyüşən oğulları heç vaxt yaddan çıxarmaq olmaz. ... 1993-cü ilin 23-ü avqustunu xatırlayanda tüklərim biz-biz olur. Çünki o günü həm füzulilərin, həm də cəbrayıllıların ən ağır günüydü. Baş necə qarışmışdısa, hamının gözündə canını xilas eləmək dururdu. Tozun-torpağın və yayın istisində kimi müharibənin və torpağın işğal xofundan rəngi saralmış, kimi də bu çətin anda canını qurtarmaq üçün evini-eşiyini qoyub özünü xilas eləmək istəyirdi. İndiyə kimi yaxşı yadımdadır. Həmin ərəfədə bu xəbəri eşidən təki mən xəstəxanada müalicəmi yarımçıq qoyub Füzuliyə qayıtdım. İnsanların sifətindəki vahiməni, kədəri və dərdi görəndə çox balacalaşdım. O qədər balacalaşdım ki, bu adamlara heç bir köməklik göstərə bilmədiyimə görə özümü aciz bildim. Göz yaşları içində olan qohum-əqrəba, dost-tanış ev-eşiyə, mal-dövlətə məhəl qoymadan belə ayaqyalın-başıaçıq "dörd yol" tərəfə qaçırdılar. Beş-altı il görmədiyim müəllimim kədərli gözlərini mənə zillədi. Elə zillədi ki, guya bu bəladan mən camaatı qurtara bilərəm. Bir söz demədən mənə yaxınlaşıb salam vermədən qucaqlaşdıq. Sonra da hönkü-hönkür ağlamağa başladı. Birtəhər müəllimimi sakitləşdirdim. Toxtayandan sonra dedi ki, məni yandıran ev-eşiyimin, var-dövlətimin düşmənlərə qalması deyil, məni yandıran odur ki, Bəhmənlinin qəbiristanlığını yağılara qoyub gedirik. Həmin günlər ən ağır və ən çətin anlar idi. İnsanlar dəstə ilə üzü Bakıya sarı addımlayırdı. Maşını olan maşınla, maşını olmayan araba ilə, arabası olmayanlar isə elə payi-piyada üz tutub harasa gedirdilər. Heç çoxu da bilmirdi bu yol onları hara aparır. Amma onu yaxşı bilirdilər ki, bu yol onları Vətəndən uzaqlaşdırır, daha ağır və daha çətin günlərə qovuşduracaqdır. Müharibənin qızğın ça-ğında həmişə füzulilərin arasında olan və hər an döyüşə atılan polis rəisi Bünyad Məmmədovun gözləri dolsa da, ürəyi bu torpaqlarda qalırdı. Onda Nəbi Muxtarov Füzuliyə yenicə icra başçısı təyin edilmişdi. Camaatın gözü Nəbi müəllimə, Bünyad müəllimə tikilmişdi. Camaat gözləyirdi ki, bəlkə onlar deyəcək geri qayıdın. Amma heç cürə həmin anlarda camaata bu sözləri demək mümkün deyildi. Ona görə yox ki, Nəbi Muxtarov və Bünyad Məmmədov ermənilərdən qorxurdular. Ona görə ki, camaatın orada bir neçə saat ləngiməsi nə qədər insanın düşmən gülləsinə tuş gəlməsi və girov düşməsi demək idi. Camaatı isə heç vaxt güllənin qabağına vermək olmazdı. Amma camaatın da yurd yerindən ürəyi çıxmırdı. Çünki insanlar uzun illər min cür əzab-əziyyətlə tikib-qurduğu və qazandığı var-dövləti ermənilərə qoyub gedirdi. Elə el-obanı da ən çox yandıran bu idi. Camaat rayondan və kənddən çıxandan sonra göydən od yağmağa başladı. Düşmən və onun havadarları ağır texnikadan və "qrad" qurğularından istifadə edərək Füzulinin kəndlərini, qəsəbəsini atəşə tutdu. Heç bir müddət keçmədi ki, ermənilər rayonun əksər kəndlərini işğal elədi. Axırıncı işğal etdikləri kənd isə Füzulinin Böyük Bəhmənli kəndi oldu. Camaat ən ağır günlərini yaşamağa başladı. Qaçqınlıq və köçkünlük taleyi bu insanların da ömrünə yazıldı. Amma çox sağ olsun, digər rayonlarımızın camaatını. Onlar çətin anda füzulilərə arxa durdular və kömək etdilər. Ən çox İmişlidə sığınacaq tapan füzulilər burada el-obadan isti münasibət gördü. İmişlilər də deyirdi ki, Böyük Vətən Müharibəsində Füzulinin taxılı olmasaydı, bizim camaatın çoxu acından qırılardı. Onların o vaxt elədiyi yaxşılığı biz bu gün qaytarmalı olduq. Ağır və məşəqqətli günlər bu insanların hər birinin sifət cizgisində və ürəyində öz izini qoyub. Nə yaxşı ki, Böyük Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin yanvarında Füzulinin 22 kəndi və bir qəsəbəsi işğaldan azad edildi.Torpağın işğaldan azad edilməsi ilə ermənilərin yandırıb külə döndərdiyi yaşayış məntəqələri, kəndlər, xəstəxanalar və məktəblər yenidən əsaslı surətdə bərpa edilərək əhalinin istifadəsinə verildi. Horadiz qəsəbəsi isə şəhər elan edildi. Az bir vaxtda rayonda təsvvür edilməz dərəcədə tikinti, quruculuq və abadlıq işləri görüldü. "Qayıdış" qəsəbəsi tikilərək ora minlərlə qaçqın köçürüldü."Zobucuq"da isə hər cür şəraiti olan qəsəbə inşa edildi. Bura minlərlə qaçqın pənah gətirib onlara verilmiş ev-eşikdə özlərinə sığınacaq tapdılar. Horadiz qəsəbəsi şəhər statusu alandan sonra burda yerli istehsalat sahələri istifadəyə verildi, şəhərin infrastrukturu yeniləşdi. Böyük Bəhmənli kəndinin yaxınlığında üçmərtəbəli Diaqnostika Mərkəzinin tikintisinə başlanıldı. Eyni zamanda böyük su kanalı üzərində Su Elektrik Stansiyasının ilkin təməli qoyuldu. Bu mərasimlərdə ölkə prezidenti İlham Əliyev iştirak etdi və Füzuli camaatı ilə görüşdü. Prezidentin rayona gəlişi və ehtiyat fondundan iki milyon manat vəsaitin ayrılması Füzulidə quruculuq və abadlıq işlərini daha da sürətləndirdi. Bu gün Füzulinin bir hissəsinə 1994-cü ildə qayıdan insanlar çox böyük işlər görüblər. Yəni sanki rayonda həyat yenidən dirçəlib və öz axarını tapıb. Rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarovun, başçının birinci müavini Şakir Hacıyevin, pois şöbəsinin rəisi, polkovnik Bünyad Məmmədovun ümidləri bu gün çin olur. Ən azından ona görə ki, onlar bütün füzulilər kimi çox çətin anlar yaşayıblar və ümidlərini heç vaxt itirməyiblər. O ümid ki, Füzulidən çıxanda Nəbi müəllim də, Bünyad müəllim də camaata demişdi ki, biz tezliklə kəndlərimizə dönəcəyik. Bu arzunun yarısı çin olub. İndi qalıb o biri yarısı. Yəni Füzuli şəhəri və daha 70-ə yaxın kəndimiz işğal altındadır. O yerlərə dönməyimizi isə camaat hər an böyük ümidlə gözləyir. Yurd yeri çox müqəddəs sayılır. Ona görə ki, bu yerdə təkcə ev-eşiyimiz və bağ-bağatımız deyil, həm də ulularımızın yatdığı qəbiristanlıqlar var. Bu yerlərin isə həmişə öz doğmaları üçün həsrətdən "ürəyi" para-para olub. Bu para-para olmuş "ürəyə" tezliklə məlhəm qoymaq və yurd yerinə dönmək lazımdır. Biz o yerlərə yenidən dönəcəyik. Və o gün heç də uzaqda deyil. FAİQ QİSMƏTOÜLU adalet
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi