Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
“GÜRCÜSTAN OLAYLARININ AZƏRBAYCAN ÜÇÜN MÜSBƏT DƏRSLƏRİ DƏ OLDU” Qabil Hüseynliyə görə, bundan sonra rəsmi Bakı özünün strateji seçimini etmək məsələsində ciddi düşünməli olacaq Rusiyanın Gürcüstan ərazilərini işğalda saxlaması dünyanın gündəmini dəyişib. Bu gün bütün beynəlxalq təşkilatların, böyük dövlətlərin əsas müzakirə mövzusuna çevrilən Kremlin işğalçılıq siyasətinin Azərbaycana vurduğu zərərdən də çox danışılır. İmperiya varisinin Gürcüstandakı strateji əhəmiyyətli mövqeləri tutması və ya sıradan çıxarması nəticəsində ölkəmizə yüz milyonlarla dollar ziyan dəyib. Ancaq nə qədər qəribə səslənməsinə baxmayaraq, son olayların Azərbaycan üçün faydalı nəticələr verdiyindən də danışılır. Təbii ki, söhbət ölkəmizin on minlərlə insana fəlakət gətirən Rusiyanın işğalçılıq siyasətindən çıxarmalı olduğumuz ibrətamiz dərsdən gedir. Artıq deyildiyi kimi, Rusiya son davranışları ilə beynəlxalq aləm qarşısında özünü tam ifşa etmiş oldu. Bu ölkə sübut etdi ki, imperiya varisi olaraq postsovet ölkələrinin müstəqilliyini həzm edə bilmədiyi üçün hər an onlara qarşı təcavüzkar addımlar ata bilər. Eyni zamanda Qərbə inteqrasiyanın əleyhinə çıxıb Rusiyaya sığınmağın vacibliyi barədə indiyədək danışılan nağıllara da bundan sonra ən azı Azərbaycanda çoxlarını inandırmaq mümkün olmayacaq. Gürcüstan hadisələri torpaqlarını müharibə yolu ilə azad etməyə qadir olduğunu daim bəyan edən Azərbaycan hakimiyyətinə də ciddi xəbərdarlıqdır. Ən azı ona görə ki, hakimiyyət erməni təcavüzünə qarşı müharibəyə başlamazdan öncə təcavüzkarın arxasında Rusiyanın dayanacağını unutmamalı və silahlı qüvvələrin gücünü qat-qat artırmaq barədə ciddi addım atmalı, bu istiqamətdə NATO dövlətlərinin, həmçinin qardaş Türkiyənin hərbi yardımından istifadə etməlidir. Politoloq Qabil Hüseynli də hesab edir ki, hər bir hadisənin, xüsusən də bu xarakterli hadisənin tarixi ibrət dərsləri, özü də adi olmayan və uzaqlara gedən nəticələr çıxarılması lazım gələn dərsləri olur: “Əvvəla, bu hadisələr göstərdi ki, Rusiya özü və qonşularına münasibəti dəyişməyib. Belə olan təqdirdə Rusiya ilə daim ehtiyatlı olmağa, necə deyərlər, qılıncı qında saxlamağa böyük ehtiyac var. İkincisi, bu onu göstərdi ki, regiondakı münaqişəli ocaqların arxasında Rusiya dayanır. Ən azı bizim ziyalılarımız çox gözəl bilir ki, Qarabağ olayları məhz Rusiyanın təhriki və bilavasitə iştirakı ilə baş verib. Bu gün də bu hadisələr məhz onların ”himayəsi" nəticəsində belə bir vəziyyətdə qalır". Politoloqa görə, digər bir tərəfdən, belə bir həqiqət ortaya çıxdı ki, xalqların öz ərazi bütövlüyü uğrunda mübarizəsinə ruslar istənilən vaxt müdaxilə edə bilər və bu müdaxilə zamanı müxtəlif əsassız bəhanələr əsas götürülər: “Yəni ya xristian həmrəyliyi, ya hər hansı bir ölkə il strateji, tarixi ilişkilər və yaxud həmin ölkədə olan hərbi bazalar və sair. Yəni rus üçün boş bir şeydən bəhanə tapıb müharibəni qızışdırmaq və son zaman dirçəlməkdə olan qüdrətini nümayiş etdirmək üçün bəhanə tapmaq çox asandır”. Q.Hüseynlinin fikrincə, digər mühüm bir nəticə ondan ibarətdir ki, Azərbaycan özünün strateji seçimini etmək məsələsində ciddi düşünməli olacaq: “Rusiya qonşu dövlət olsa da, onunla bərabərhüquqlu qonşuluq münasibətlərinin saxlanılması zəruri olsa da, Azərbaycan öz xarici siyasətində prioritet istiqamət kimi Qərbə yönəlik, Qərb strukturlarına inteqrasiya siyasətini birmənalı və tərəddüd etmədən həyata keçirməsi zərurəti özünü göstərdi. Çünki hazırkı şəraitdə həm Qarabağ probleminin həlli, həm də ümumiyyətlə, ölkənin, eləcə də Azərbaycanın təbii ehtiyatlarını təhlükəsiz surətdə dünya bazarına çıxarmağın yolu məhz burdan keçir”. Ekspert Gürcüstan-Rusiya müharibəsinin gedişində daha mühüm bir ibrət dərsini götürdüyümüzü vurğuladı: “Nəhayət, əhalimiz də başa düşdü ki, sosializmdən, keçmiş sovetlərdən qalma keçmişə yönəlik nostalgiya hissi, sovetlər dövrü hər şeyin yaxşı olması barədə fikirlər hamısı əsassız imiş. Deməli, geriyə yox, irəliyə baxmaq lazımdır. Çünki dünya inkişafının əsas meyllərinin haradan keçdiyini, hansı istiqamətə getdiyini müəyyənləşdirib, o istiqamətə qulluq etmək lazımdır”. Q.Hüseynli Rusiyanı qıcıqlandıra biləcək hansısa mövqe sərgiləməyin təhlükəli olduğunu, ehtiyatlı davranmağımızın zəruriliyini bildirən şərhçilərlə razı deyil: “Qaradan artıq rəng yoxdur. Azərbaycan hər gün 100 milyon dollara yaxın itirirsə, heç bir hacət olmadan Azərbaycanın strateji məhsullarının daşındığı boru kəmərləri, dəmiryol xətləri, terminallar, hətta yükdaşıyıcı gəmilər batırılır, məhv edilir, yağmalanırsa, belə olan tərzdə məncə, nəticə çıxarmaq üçün ortada kifayət qədər faktın olduğunu görürsən və fikrimcə, tərəddüdlərə yer qalmır. Məsələn, Kondoliza Rays deyirsə ki, Rusiya artıq dünya sivilizasiyasının üzvü deyil, o haqqı itirib, başqa bir siyasətçi Rusiyanın hər gün bir az da öz simasını itirdiyini bildirirsə, belə olan tərzdə başqalaşan bu dövlət haqqında ehtiyatla danışmağa lüzum görmürəm. Çünki dünya artıq bu dövlət haqqında danışmaq istəyirsə, sən də öz səsini dünyanın səsinə qatmalısan”. Elşad PAŞASOY musavat
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi