Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
"Avropa Birliyinin enerji təhlükəsizliyi maraqları Qafqazdan, Azərbaycandan çox asılıdır" İki gün əvvəldən başlayaraq Rumıniya prezidenti Trayan Besesku Azərbaycana və digər yaxın ölkələrə səfər edib. O bildirib ki, Cənubi Qafqazdakı bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Trayan Besesku Azərbaycanın bölgədə mühüm ölkə olduğunu və regional məsələlərdə çox güclü rol oynadığını vurğulayıb. Eyni zamanda deyib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: "Bu, reallıqdır və ölkələrimizin ikitərəfli münasibətləri çox yüksək səviyyədədir". Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və Rumıniya prezidentləri birgə bəyanatlarla çıxış ediblər. Dövlət başçıları xüsusi vurğulayıblar ki, Azərbaycan və Rumıniya təhlükəsizlik, enerji sahəsində eyni mövqedən çıxış edir və bu, hər iki ölkənin əməkdaşlığını daha da gücləndirir. Pərvin Abbasov Prezident Trayan Besesku bölgədə baş verən hadisələrə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, Rumıniya bütün qarşıdurmaların, münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Maraqlıdır, Avropa Birliyinin (AB) üzvü olan Rumıniyanın, o cümlədən AB-nin Cənubi Qafqazda enerji təhlükəsizliyi maraqlarını nəzərə alaraq gələcəkdə bu nəhəng təşkilatın (AB-nin) açıq şəkildə Rusiyaya qarşı çıxaraq, bölgə dövltlərinin, o cümlədən Azərbaycanın yanında olacağını gözləmək olarmı? Enerji məsələləri üzrə ekspert Sabit Bağırovun məsələyə münasibəti qısa oldu: "Hər şey Azərbaycanın özündən asılıdır. Gərək Azərbaycan özü bu məsələdə təşəbbüskar olsun". Siyasi şərhçi Aydın Quliyev deyir ki, Rumıniya həm Avropa Birliyinin, həm NATO-nun, həm də digər regional, beynəlxalq nüfuzlu qurumların bir üzvü kimi Cənubi Qafqazda baş verən hadisələrdə təsadüfən fəallığını artırmayıb: "Məsələ burasındadır ki, Rumıniyanın təmsil olunduğu Avropa Birliyi ilə ümumi olan enerji təhlükəsizliyi maraqları Qafqazdan, Azərbaycandan çox asılıdır. Başqa sözlə, təkcə Avropa Birliyinin deyil, AB-nin ayrılmaz bir hissəsi kimi Rumıniyanın özünün də xüsusən Azərbaycan və Orta Asiyanın enerji daşıyıcılarında böyük marağı var. Gürcüstan hadisələrilə bağlı Avropada da narahatlıq baş verib. Bu narahatlıq ondan ibarətdir ki, burada əslində söhbət Gürcüstandan yox, Gürcüstanda sabitliyi pozmaq, siyasi hakimiyyət üçün ciddi problemlər yaratmaqla əslində bir ucu Mərkəzi Asiyadan başlayıb, o biri ucu Avropada qurtaran ən mühüm enerji, kommunikasiya xətlərini iflic vəziyyətinə salmaqdan gedir. Bunu Qərb də, Avropa da, Rusiya da gözəl anlayır. Bu səbəbdən də Qafqazda gedən son proseslərlə bağlı Avropa Birliyinin həm Fransa və Böyük Britaniya kimi stajlı üzvləri, həm də sosializm sistemi dağılandan sonra AB-yə və NATO-ya qoşulmuş olan dövlətlər də aktivləşiblər. Misal olaraq Rumıniyanı göstərmək olar. Bu da ondan irəli gəlir ki, onlar vaxtilə eyni bir sistemin tərkibində olduqlarına görə Rumıniya və Bolqarıstan kimi dövlətlərin AB-nin və NATO-nun siyasətini bu regionda həyata keçrmək imkanlarının bir qədər geniş olduğunu düşünürlər. Bu nöqteyi-nəzərdən rəsmi Buxarest aktivləşib. Əslində bu gün Rumıniyanın və digər Avropa dövlətlərinin Azərbaycan və Gürcüstanla bağlı məsələlərdə belə aktivlik göstərməsi məhz gələcəkdə Avropa Birliyinin açıq şəkildə Rusiyanın əleyhinə çıxaraq və adıçəkilən dövlətlərin yanında olmasının ilkin addımı kimi qəbul oluna bilər. Faktdır ki, Avropa Birliyi də Rusiyanın xüsusilə də enerji məsələsində təhlükə mənbəyi, yaxud qeyri-stabil qarışdırıcı mənbə rolunu oynaya biləcəyini başa düşürlər. Bu baxımdan mümkün qədər Avropanın enerji məsələsində Rusiya asılığından çıxarılması əsas bir vəzifəyə çevrilib. İndi də Azərbaycanla, Qafqazla bağlı Avropa dövlətlərinin, o cümlədən Rumıniyanın fəallaşaraq addımlar atması məhz elə gələcəkdə Rusiyaya qarşı daha sərt addımlar atıla biləcəyinin bir bazasıdır. Artıq bazanı bu formada hazırlayırlar. Yəni, əgər Rusiyanın qazından, neftindən asılılıq müəyyən qədər azalarsa, üstəlik bizim regionun enerji daşıyıcılarının maneəsiz şəkildə Avropa bazarlarına çıxarılmasına nail olarlarsa, bu, gələcəkdə Rusiyaya qarşı çox sərt addımların atılması üçün əlverişli bir şərait yaradacaq. Sözün açığı, indi Avropa Rusiya ilə çox sərt danışmaqda tərəddüd edir. Çünki Avropanın neftə və qaza olan tələbatının 35 faizə qədərini Rusiya ödəyir. Belə bir şəraitdə Kremllə çox kəskin şəkildə ritorikaya keçmək əslində Avropa üçün çox çətindi. Buna görə də əvvəlcə sözügedən asılılığı zəiflətmək, ondan sonra isə Rusiya ilə lazım olan tərzdə ritorik münasibətlərə başlamaq yəqin ki, onların planlarından biridir. Bu mənada hesab etmək olar ki, bu gün Rumıniyanın və digər dövlətlərin Azərbaycanla bağlı apardıqları siyasət AB-nin gələcəkdə Rusiya ilə daha sərt davrana biləcəyinin ilkin əlamətliridir". İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədr müavini Vüsal Qasımlı isə xatırlatdı ki, Azərbaycanla ABŞ arasında enerji sahəsində Anlaşma Memarandumu imzalanıb. Sənəddə Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsi və ya Azərbaycanın enerji resurslarının Avropa ölkələrinə ixracı nəzərdə tutulub. Sənəddə xüsusi olaraq vurğulanır ki, Xəzər dənizindən enerji resurslarının ixracı Rumıniyanın nəql infrastrukturu vasitəsilə həyata keçiriləcək: "Bu baxımdan Rumıniya bizim üçün strateji baxımdan əhəmiyyətli bir ölkədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu ölkənin "Panavropa" neft kəməri və "Nabucco" qaz kəmərinə alternativ bir variant kimi nəzərdən keçirilir. Əslində hər iki kəmərin Avropanın enerji təhlükəsizliyinə xidmət etməsində öz rolu var və rəsmi Buxarest bu kəmərlərin işləməsində maraqlıdır. Hər iki kəmər birbaşa Azərbaycanın da iradəsindən əsaslı dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanla Rumıniyanın qeyd olunan istiqamətdə əməkdaşlağı mümkündür. Digər tərəfdən, Azərbaycanın Rumıniya ilə neft-kimya sahəsində yaxşı tərəfdaşlıq etmək imkanları var. Çünki Rumıniya bu sahə üzrə tanınmış bir ölkədir. Bundan başqa, Ruminıya ilə mebel, kənd təsərrüfatı, maşınqayırma üzrə əməkdaşlıq imkanları var". Vüsal Qasımlı da deyir ki, Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmağı düşünür: "AB-nin bir nömrəli problemi budur və bunun üçün də alternativ yollar axtarılır. Həmin yollardan biri isə Azərbaycanın resurslarıdır". Onun sözlərinə görə, AB-Rusiya münasibətlərindən Azərbaycan daha çox özünün dövlət marağına uyğun şəkildə istifadə etməlidir: "Əslində Azərbaycan məhz belə də edir. Biz AB-nin Rusiyadan enerji asılığını aradan qaldırmaq üçün müxtəlif siyasi, diplomatik vasitələrdən istifadə edirik. Amma rəsmi Moskvanın əlində kifayət qədər enerji resursları var ki, AB-yə təzyiq göstərsin. Rusiyanın həm də hərbi qüdrəti var. Yəni bütün bunlar AB-Rusiya münasibətlərinə aiddir. Bizim üçün isə əsas olan Azərbaycanın bu münasibətlərdən az zərər çəkməsidir. Məsələn, Gürcüstanın timsalında gördük ki, birmənalı Qərb siyasəti yeridəndə hansı nəticələrə gətrib çıxarır. İndi faktiki olaraq Gürcüstanın 1/3 hissəsi rusların işğalı altındadır, ölkənin ərazi bütövlüyü və suverenliyi təhlükə altındadır. Ermənistanın timsalında isə gördük ki, Rusiyanın forpostu olmaq bu ölkənin demək olar ki, kommunikasiya blokadasına düşmək təhlükəsilə üz-üzə qoyub. Bu mənada Azərbaycan həm Gürcüstandan, həm də Ermənistandan daha üstün mövqedədir. İndi rəsmi Bakı çalışmalıdır ki, Rusiya və AB-yə münasibətdə bir tərəfin yanında olub o biri tərəfə təzyiq vasitəsi olmasın. Mən düşünürəm ki, Azərbaycan hökuməti məhz bu istiqamətdə də siyasət aparır. Hökumətin bu siyasətini təqdirəlayiq saymaq olar". xalqcebhesi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi