Yaponiya uşaq istismarı ilə bağlı qaydaların tətbiqini gücləndirib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Yaxın günlərdə İrana hücum başlaya bilər - Media
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Həmədanda iş qəzası - İki nəfər həlak oldu
Tramp İrana ultimatum verib: “Ya hər şeyi bizə verin, ya da yox ediləcəksiniz”
Tramp İranın regionun böyük hissəsini məhv etməsinin qarşısını aldığını deyib
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Sepah BƏƏ yaxınlığında tankerə hücum edib
Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb
Urmu gölündə qutanların lələkləri duzla örtülür; ekosistemin xilasının əsas yolu gölün dayanıqlı bərpasıdır
Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb
İranın kənd təsərrüfatı məhsulları ixracı 60 faiz azalıb
Beş şəhərdə altı məhbus edam edildi
İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ SEPAH-a görə mükafat təyin etdi
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Kirmanda polis mayoru öldürüldü
Polis Təbrizdə əməliyyat keçirib- On altı nəfər həbs edilib
İran İraqın şimalında kürd bazalarını hədəf aldı
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Putin Pezeşkiana söz verdi- Əlimdən gələni edəcəyəm!
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib
Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycanda Traxtur matçında milli rəqs və musiqi şousu (VİDEO)
Xoyda Şəms Təbrizinin heykəli təqdim olunub
Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşüblər
Reuters: Almaniyada ABŞ bazaları İranın mümkün hədəfləri sırasındadır
Traxtur zirvədə qaldı
Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq
London Rusiyaya sanksiyaları genişləndirir
İranda hicab müdafiəçisi edam ediləcək
Metyu Brayza: "Beynəlxalq hüquqda ərazi bütövlüyü məsələsi birinci yerdə durur və bunu ermənilərin yanında ehtiyatla deyirəm" Separatçı Cənubi Osetiyada baş verənlər, Rusiyanın Gürcüstana hücumu Cənubi Qafqazdakı digər münaqişə ocaqlarına, daha dəqiq desək, Dağlıq Qarabağ münaqişəsinə təsiri gündəmə gəlib. Bəzi politoloqlar qeyd edirlər ki, Azərbaycan öz torpaqlarını zor gücünə geri qaytarmaq istəsə, Rusiyanın təcavüzüylə üzləşəcək. Onsuz da dünya enerji bazarında Azərbaycanı rəqib kimi görən Kreml Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti kimi layihələrin axırına çıxmağı arzulayır. Göytürk Bununla da Xəzərin və Orta Asiyanın enerji resurslarının dünya bazarına yolunu bağlamaq, "Nabucco"nu, "Trans- Xəzər"i yalnız layihə olaraq saxlamaq, bu layihələri küncə atdırmaq niyyətindədir. Bir qrup politoloq isə fikirləşir ki, Cənubi Osetiya olayları Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. Belə ki, Qərbin Cənubi Qafqaz uğrunda Rusiya ilə münaqişəsi "soyuq" mərhələdən "isti" mərhələyə keçib. Bu mübarizənin nəticəsində isə Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi üstünlüyü başa çatacaq və münaqişələrin sülh yolu ilə həlli üçün imkanlar yaranacaq. Bir sözlə, Rusiyanın Gürcüstana hücumu göstərdi ki, "dondurulmuş münaqişələr"in müəllifi olan Moskva həm də bu münaqişələrin həllinin qarşısında ən ciddi əngəldir. Aşağıda diqqətinizə çatdırdığımız faktlardan, mövqelərdə də aydın görünür ki, Qərb Cənubi Qafqazda münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini üçtün tutur və Kosova presedentinin GUAM ərazisindəki "dondurulmuş münaqişələr" üçün presedent saymır. Amma ermənilər Cənubi Osetiya hadisələrindən Dağlıq Qarabağdakı separatçı rejiminin beynəlxalq müstəvidə "tanınması" istiqamətində işləri sürətləndirmək niyyətindədirlər. Rusiyanın Kosova presedentinin əsas götürərək separatçı Abxaziyanı və separatçı Cənubi Osetiyanı tanımaq cəhdləri erməniləri ruhlandırıb. Bu günlərdə Rusiya Federasiya Şurasının sədri Sergey Mironov müraciət olunacağı təqdirdə Cənubi Osetiyanın "müstəqilliyinin" tanınacağını söyləyib. Dünən isə separatçı Cənubi Osetiyanın "prezidenti" Sergey Baqapş "müsləqilliyin" tanınması üçün Rusiyaya müraciət ünvanlayıb. Görünür ki, erməni rəsmiləri, siyasətçiləri eləcə də Minsk qrupunun amerikalı həmsədri Metye Brayza nəsə eşidiblər, Rusiyanın növbəti addımlarından xəbərdardırlar. Düşünürük ki, Kreml tezliklə Cənubi Osetiyanın və Abxaziyanın rəsmən tanınması istiqamətində addımlar atacaq və ya bu istiqamətdə cəhdlər göstərəcəklər. Rəsmi İrəvan da həm Rusiyanın "forpostu" olduğundan, həm də Dağlıq Qarabağ məsələsinə görə birbaşa və ya dolayısı ilə Gürcüstan razilərindəki separatçı rejimlərin "tanınmasını" arzulayırlar. Amma Rusiya qonşusuna "quyu qazanda bir az gen qazmalıdır". Başqa ölkəyə təcavüz edən, onun ərazi bütövlüyünü pozan, separatçı rejimləri rəsmən "tanıyan" Rusiya Federasiyasının tərkibində 20-dən çox nəhəng iqtisadi-siyasi potensiala malik federal subyekt var. Bu federal subyektlərin əksəriyyəti heç də Moskva ilə tam yola getmirlər. Bir sözlə, Gürcüstanın ərazi bütövlüyü məsələsində Kosova presedentini bəhanə gətirən Rusiya öz "fatihəsini" oxuyacaq. Maraqlıdır ki, ABŞ təmsilçiləri Kosova presedentini əsas gətirən rus rəsmilərini xəbərdar etməyə başlayıblar. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza bildirib ki, beynəlxalq hüquqda ölkələrin ərazi bütövlüyü prinsipi dominant rol oynayır. Vaşinqtonda erməni diaspor nümayəndələrinin qatıldığı, "Gürcüstandakı vəziyyət və onun Qafqaza təsiri" mövzusunda keçirilən tədbirdə çıxış edən Metyu Brayza söyləyib: "Beynəlxalq hüquqda ərazi bütövlüyü məsələsi birinci yerdə durur və bunu ermənilərin yanında ehtiyatla deyirəm. Nə vaxt ki, biz separatizmlə bağlı münaqişənin həlli prosesinin tənzimlənməsinə qoşuluruq, ərazi bütövlüyü məsələsi dominant rol oynayır. Ərazi bütövlüyü beynəlxalq hüquqi prinsipdir. Bu vəziyyətdə biz tərəflərin qarşılıqlı güzəştlərə getməsindən, beynəlxalq diplomatik praktikaya aid olan xalqların öz müqəddaratını təyin etmək məsələsində razılığa gəlməsindən danışırıq. Bunu Qarabağ münaqişəsi ilə bağlı da yerinə yetirmək istəyirik, yəni danışıqlar yolu ilə ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyin etmə prinsipini nəzərə alan qarşılıqlı güzəştləri əhatə edən mərhələyə çatmaq istəyirik". Brayza Kosova məsələsinə də toxunub. Onun sözlərinə görə, Rusiya hakimiyyətində bəzi şəxslər var ki, onlar Kosova məsələsinin Abxaziya və Cənubi Osetiya münaqişələrində də presedent olmasını istəyirlər. Hüquqi baxımdan bunun heç bir əsası yoxdur. Onun sözlərinə görə, Kosova məsələsində beynəlxalq hüquq və ya beynəlxalq hüquqi praktikanın başqa prinsipi tətbiq olunur: "Əgər ərazi bütövlüyü halında ciddi humanitar böhran varsa, onda beynəlxalq ictimaiyyət bu konfliktin tənzimlənməsi üçün mexanizm axtarır və ya təklif edir. Bu baxımdan bunlar beynəlxalq hüquqa əsaslanan tamam fərqli məsələlərdir. Biz hesab edirik ki, Kosova münaqişəsinin həlli presedent deyil, bu yeganə hadisədir". Yuxarıda qeyd etdiyimiz kimi erməni siyasətçiləri də Cənubi Osetiyada baş verən hadisələrdən yararlanmağa çalışırlar. Ermənistanın Demokrat Partiyasının sədri Aram Sərkisyan isə bildirib ki, Cənubi Osetiya münaqişəsi Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa imkan verir: "Biz gərrək yaranmış vəziyyətdən bacarıqla yararlanaq və Dağlıq Qarabağın statusunu beynəlxalq müstəvidə həllinə çalışaq, "DQR"-in tanınmasına nail olaq. Bu məsələdə fəaliyyətsizlik böyük səhv olar". Aram Sərkisyanın sözlərinə görə, Dağlıq Qarabağın statusuna dair Azərbaycanla danışıqlar aparmağa ehtiyac yoxdur, çünki separatçı ermənilər 1991-ci ildə "xalq referendumu" vasitəsiylə öz statuslarını müəyyənləşdiriblər: "Əgər biz Dağlıq Qarabağın müstəqilliyi haqqında danışırıqsa, bu Azərbaycan dövlətinin ərazi bütövlüyünün pozulması deyil. Rəsmi İrəvan rəsmi Bakı ilə Azərbaycanın elan etdiyi müharibənin nəticələrini aradan qaldırmaqdla danışıqlar aparmalıdır". İrəvanda MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin müdafiə nazirlərilə görüşündə Ermənistan prezidenti Serj Sərkisyan isə bildirib ki, Cənubi Osetiyada baş verən, çoxlu insan ölümünə gətirib çıxaran olaylardan narahat olublar: "Bölgədə humanitar böhran yaranıb, bu vəziyyətin tezliklə aradan qaldırılmasına ehtiyac var. Cənubi Osetiyada baş verənlər göstərdi ki, oxşar münaqişələr əhalinin azad iradəsiylə həll olunmalıdır. Əks halda, biz etnik separatizmin və beynəlxalq humanitar hüquq normalarının çeynənməsinin şahidi olacağıq. Biz dəfələrlə regionun bəzi ölkələrinin hərbi potensialının artırmasına, münaqişələri güc yolu ilə həll etmək cəhdlərinə diqqət ayırmağa çalışmışıq. Biz əminik ki, güc yolu ilə münaqişələri həll etmək cəhdlərinin perspektivi yoxdur. Cənubi Osetiya hadisələri bu yolu qəbul edənləri ayıldacaq". Göründüyü kimi Ermənistan prezidenti faktiki olaraq Azərbaycanı Rusiyanın işğalı ilə hədələyir. xalqcebhesi
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
Zahedan yaxınlığında silahlı hücum zamanı polis əməkdaşı öldürülüb
Qumda hicaba görə zal bağlandı
Türkmənistan İran komandası ilə oyuna qadağa qoyub
İran hər an bombalana bilər- Media
İran Livan müharibəsindən sonra “Hizbullah”a 200 milyon dollar göndərib — Reuters
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranda iki polis zabiti öldürüldü
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb