Yaponiya uşaq istismarı ilə bağlı qaydaların tətbiqini gücləndirib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Yaxın günlərdə İrana hücum başlaya bilər - Media
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Həmədanda iş qəzası - İki nəfər həlak oldu
Tramp İrana ultimatum verib: “Ya hər şeyi bizə verin, ya da yox ediləcəksiniz”
Tramp İranın regionun böyük hissəsini məhv etməsinin qarşısını aldığını deyib
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Sepah BƏƏ yaxınlığında tankerə hücum edib
Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb
Urmu gölündə qutanların lələkləri duzla örtülür; ekosistemin xilasının əsas yolu gölün dayanıqlı bərpasıdır
Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb
İranın kənd təsərrüfatı məhsulları ixracı 60 faiz azalıb
Beş şəhərdə altı məhbus edam edildi
İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ SEPAH-a görə mükafat təyin etdi
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Kirmanda polis mayoru öldürüldü
Polis Təbrizdə əməliyyat keçirib- On altı nəfər həbs edilib
İran İraqın şimalında kürd bazalarını hədəf aldı
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Putin Pezeşkiana söz verdi- Əlimdən gələni edəcəyəm!
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib
Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycanda Traxtur matçında milli rəqs və musiqi şousu (VİDEO)
Xoyda Şəms Təbrizinin heykəli təqdim olunub
Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşüblər
Reuters: Almaniyada ABŞ bazaları İranın mümkün hədəfləri sırasındadır
Traxtur zirvədə qaldı
Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq
London Rusiyaya sanksiyaları genişləndirir
İranda hicab müdafiəçisi edam ediləcək
"Gürcüstana qarşı təcavüzə əl atan rus hökuməti öz iqtisadiyyatına olan inamı itirdi" "Bu ölkəni elə hala salacaqlar ki, könlündən təcavüz niyyəti keçsə də belə, bunu həyata keçirməyə imkanı olmayacaq" Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin 15-ci günündə təcavüzkar ölkənin iqtisadiyyatına dəyən ziyanın təxmini məbləği müəyyənləşib. Rəsmi mənbələr bu məbləğin 10-13 milyard dollar civarında olduğunu bildiriblər. Bununla yanaşı, müharibə nəticəsində Rusiyanın qızıl və valyuta ehtiyatlarının 16,6 milyard rubl azaldığı vurğulanır. Belə ki, iki gün əvvəl Rusiya Mərkəzi Bankı qızıl və valyuta ehtiyatlarının rekord həddə azalmasıyla bağlı məlumat yayıb. Ümumiyyətlə isə, yay mövsümündə Rusiyanın iki əsas iqtisadi sektoru - maliyyə və fond bazarı ciddi zərbə alıb. Bir çox səhmdarlar öz vəsaitlərini ölkədən çıxarmağa başlayıblar. Bu vəsaitlərin miqdarı isə milyardlarla dollarla ölçülür. Pərvin Abbasov Bununla yanaşı rus rublunun məzənnəsində dəyişlik baş verməyib və iqtisadi şərhçilər bu faktı Rusiyanın valyuta və qızıl ehtiyatlarının kəskin şəkildə azalmasıyla əlaqələndirirlər. Onların qənaətinə görə, Rusiya Mərkəzi Bankı rublun məzənnəsinin indiki səviyyədə saxlanılması üçün təxminən 6,5 milyard dollar vəsait sərf edib. İqtisad elmləri namizədi Vüqar Bayramov deyir ki, əslində qeyd olunan 18 milyard dollar məbləğ heç də real olaraq dəymiş ziyan deyil. Yəni həmin məbləğ heç də hərbi xərclərə sərf olunmuş vəsait deyil: "Bura münaqişə nəticəsində Rusiya banklarına, bütövlükdə rus iqtisadiyyatına inamın itməsi nəticəsində bu ölkədən gedən kapitallar, eyni zamanda ölkə ərazisində reallaşması nəzərdə tutulan layihələrlə əlaqədar tərəddüdlər, nəticədə onların reallaşmaması ilə bağlı verilən qərarlar daxildir. Bura Rusiya səhmlərinin birjalarda qiymətdən düşməsi də daxildir. Praktik olaraq münaqişədən sonra Rusiyanın "Qazprom" da daxil olmaqla iri şirkətlərinin səhmlərinin Nyu-York və digər birjalarda qiymətinin kəskin azalması müşahidə olunur". Onun sözlərinə görə, 18 milyard dolar bütövlükdə Rusiya iqtisadiyyatına dəymiş ziyan və çox yaxın müddətdə dəyəcək ziyanın dəyərlə ifadəsidir: "Bu rəqəmi hesablama nəticəsində ortaya çıxaran ekspertlər nəzərə alırlar ki, münaqişə Rusiyaya gələn birbaşa xarici investisiyaların qarşısını alır, eyni zamanda Rusiya iqtiadiyyatına inamın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır. Sözsüz ki, münaqişənin Rusiya üçün çox ciddi yekunları var. Ən böyük iqtisadi yekun ondan ibarətdir ki, münaqişə nəticəsində Rusiya iqtisadiyyatına həm Qərbin, həm Avropa Birliyinin, həm də ABŞ-ın inamının itməsi; o cümlədən həm siyasi, həm iqtisadi səbəbdən məhz Qərb şirkətlərinin yaxın gələcəkdə Rusiya ilə əməkdaşlıq etmək istəməməsi, hətta bununla bağlı bəzi şirkətlərin bəyanatlar verməsi, iri beynəlxalq qurumların münaqişə başa çatıncaya, Rusiya-Gürcüstan münasibətləri tənzimlənənə qədər Moskvayla münasibətlərin soyuq olmasıyla bağlı verdiyi açıqlamalar şimal qonşumuzun iqtisadiyyatına kifayət qədər ciddi zərbə hesab olunur". Bu gün Rusiya şirkətlərinin Avropada, xüsusən Mərkəzi Şərqi Avropa ölkələrində kifayət qədər ciddi layihələrdə iştirak etdiyini xatırladan ekspert dedi ki, həmin kampaniyalar çox böyük rəqəmlərlə ifadə olunan investsiyalar həyata keçirirlər. Münaqişə isə Rusiya kapitalını siyasiləşdirib: "Bu səbəbdən gələcəkdə Rusiya şirkətlərinin, hətta Mərkəzi Şərqi Avropa ölkələrində keçirilən tenderlərdə də belə, qalib gəlmək ehtimalları olduqca aşağıdır. Praktik olaraq Rusiya hökuməti münaqişə nəticəsində öz iqtisadiyyatına olan inamı itirdi. Son 5-6 ildə Rusiya iqtisadiyyatına münasibət tamamilə dəyişmişdi. Güman olunurdu ki, ölkə iqtisadiyyatı liberallaşmağa doğru gedir. Nəticədə bu ölkəyə kifayət qədər çox məbləğdə investisiyalar qoyulmuşdu. Ancaq son münaqişə belə bir yanaşmanın mif olduğunu ortaya çıxardı. Məlum oldu ki, Rusiyanın iqtisadiyyatı kifayət qədər siyasiləşib və dövlətin müdaxilə etdiyi iqtisadiyyatdır". Bütün bunları nəzərə alan ekspert belə qənaətə gəlir ki, əslində Rusiyaya dəyən ziyan heç 18 milyard dollar da deyil, daha böyükdür. Amma Vüqar Bayramov Rusiyanın bundan dərs götürəcəyinə inanmır: "Rusiya-Gürcüstan münaqişəsi göstərir ki, əslində dəymiş ziyan rəsmi Moskvanın xarici siyasətində korrektələrə gətirib çıxarmayacaq. Baxmayaraq ki, Rusiya-Gürcüstan münaqişəsi iqtisadi baxımdan ruslar üçün ziyanlı idi, ancaq siyasi nəticələr şimal qonşumuz üçün arzuolunan olmadı. Çünki Moskva NATO-nun, ABŞ-ın çox sərt və kəskin reaksiyaları ilə üzləşdi. Bütün bunların müqabilində Rusiya tərəfi, hökumət məhz Gürcüstan münaqişəsi ilə bağlı atdıqları addımın düzgün olduğunu rəsmi şəkildə dəfələrlə bəyanlayıb. Hətta atəşkəsin imzalanması barədə razılıqdan sonra da rus ordusunun Gürcüstanı tərk etməməsi, həmçinin əmlakın dağıdılması və s. hallar göstərir ki, Moskva siyasətinə dəyişiklik etmək niyyətində deyil. Əvvəla, ona görə ki, son münaqişə bu ölkənin liberal iqtisadiyyata deyil, daha çox hərbi gücə malik olan dövlət kimi formalaşmaqda olduğunu üzə çıxardı. Bu baxımdan güman edirəm ki, son ziyanlar, itkilər də Rusiyanın xarici siyasətinə təsir göstərməyəcək. Bu ölkə əvvəlki siyasətini davam etdirəcək. Ölkə rəsmilərinin açıqlamaları da bunu deməyə əsas verir. Rusiya öz hərbi gücünü göstərməklə proseslərə diqtə etməyə, eyni zamanda regionda öz gücünü qoruyub saxlamağa çalışacaq". Politoloq Qabil Hüseynli isə deyir ki, bu, hələ kinonun jurnal hissəsidir: "Yəni bu, ilk başlanğıcdır. Özü də hələ xarici faktorlar kifayət qədər təsir etməyib. Gələcəkdə bu göstəricilərə inflyasiya - rublun məzənnəsinin sürətlə düşməsi, daxili bazarda mal qıtlığı, eləcə də ölkənin ixracat qabiliyyətinin mənfi mənada dəyişməsi, idxalatın kəskin surətdə aşağı düşməsi əlavə ola bilər. Bir sözlə, təcavüz Rusiyanın maliyyə və əmtəə bazarında kəskin böhranın yaranması ilə müşayiət olunacaq. Çünki dünya artıq özünün Rusiyaya qarşı tədbirlərini hazırlayıb və həyata keçirməkdədir. Rusiya nəinki bundan ibrət dərsi almalı olacaq, hətta bu ölkə başını dizlərinin arasına qoyacaq. Çünki Rusiya elə bir səhvə yol verib ki, bu səhvin nəticəsində dünya qarşısında tamamilə etibarını itirib və dünya ona qarşı sanksiyalar, embarqolar qoyaraq beynəlxalq ictimiyyətdən təcrid edilməsi və s. bu kimi artan mərhələlər üzrə tədbirlər həyata keçirəcək. Rusiyanın qara günləri hələ qabaqdadır. Bu ölkəni elə hala salacaqlar ki, könlündən təcavüz niyyəti keçsə də belə, bunu həyata keçirməyə imkanı olmayacaq. Doğrudan da Gürcüstana təcavüzün nəticələri Rusiya üçün ağır olacaq. Hətta siyasi elitanın üzvlərindən bəzilərini Haaqa Tribunalı gözləyir. Bütövlükdə bütün bunlar Rusiyada təkcə iqtisadi deyil, dərin siyasi böhrana gətirib çıxaracaq. Mən əminəm ki, Rusiyanın indiki siyasətini alqışlayan rus xalqı və rus ziyalalıları vaxt gələcək bu siyasətin nə qədər zərərli və xalqının gələcəyi üçün ziyanlı olduğunu başa düşəcək, bunanla da mövcud rejimə qarşı gedəcəklər". Qabil Hüseynliyə görə, artıq Rusiya təcavüzkar siyasətini dayandırıb. Politoloq bildirdi ki, ayrı-ayrı olaylar baş verir, bu da orduda nizam-intizamın olmamasından irəli gəlir: "Ordu ki, talançılığa başladı, həmin orduda nizam-intizam olmur. Gürcüstandakı rus ordusu indi bu vəziyyətdədir. Sonrakı mərhələyə gəlincə, əlbəttə ki, Rusiya ordusunu Gürcüstandan çıxaracaq. Artıq bu gündən (dünəndən - P.A.) rus ordusu çıxmağa başlayıb. Özləri də başa düşüblər ki, çox fəlakətli nəticələri ola bilər". xalqcebhesi
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
Zahedan yaxınlığında silahlı hücum zamanı polis əməkdaşı öldürülüb
Qumda hicaba görə zal bağlandı
Türkmənistan İran komandası ilə oyuna qadağa qoyub
İran hər an bombalana bilər- Media
İran Livan müharibəsindən sonra “Hizbullah”a 200 milyon dollar göndərib — Reuters
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranda iki polis zabiti öldürüldü
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb