Yaponiya uşaq istismarı ilə bağlı qaydaların tətbiqini gücləndirib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Yaxın günlərdə İrana hücum başlaya bilər - Media
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Həmədanda iş qəzası - İki nəfər həlak oldu
Tramp İrana ultimatum verib: “Ya hər şeyi bizə verin, ya da yox ediləcəksiniz”
Tramp İranın regionun böyük hissəsini məhv etməsinin qarşısını aldığını deyib
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Sepah BƏƏ yaxınlığında tankerə hücum edib
Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb
Urmu gölündə qutanların lələkləri duzla örtülür; ekosistemin xilasının əsas yolu gölün dayanıqlı bərpasıdır
Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb
İranın kənd təsərrüfatı məhsulları ixracı 60 faiz azalıb
Beş şəhərdə altı məhbus edam edildi
İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ SEPAH-a görə mükafat təyin etdi
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Kirmanda polis mayoru öldürüldü
Polis Təbrizdə əməliyyat keçirib- On altı nəfər həbs edilib
İran İraqın şimalında kürd bazalarını hədəf aldı
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Putin Pezeşkiana söz verdi- Əlimdən gələni edəcəyəm!
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib
Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycanda Traxtur matçında milli rəqs və musiqi şousu (VİDEO)
Xoyda Şəms Təbrizinin heykəli təqdim olunub
Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşüblər
Reuters: Almaniyada ABŞ bazaları İranın mümkün hədəfləri sırasındadır
Traxtur zirvədə qaldı
Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq
London Rusiyaya sanksiyaları genişləndirir
İranda hicab müdafiəçisi edam ediləcək
Azərbaycanın Dağlıq Qarabağdakı separatçı rejimi hakimiyyətdən kənarlaşdırmaq və işğal altında olan torpaqlarını azad etmək uğrunda hərbi əməliyyatlara başlamaq ehtimalının qarşısını almaq üçün İrəvan müdafiə qabiliyyətini sürətlə artırır. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Sipər-2008" hərbi təlimlərinin Ermənistanda keçirilən dördüncü mərhələsi də məhz bu məqsədə xidmət edir. Marşal Baqramyan adına poliqondakı təlimlərdə Rusiya, Tacikistan və Ermənistanın 2167 hərbçisi iştirak edib. Təlimlərə zirehli texnika, artilleriya, zenit-raket qurğuları, hava hücumundan müdafiə sistemləri, "MiQ-29" və "Su-25" qırıcıları, "Mi-24" və "Mi-8" hərbi təyyarələri cəlb olunub. Təlimləri Ermənistan prezidenti Serj Sərkisyan, xarici işlər naziri Edvard Nalbandyan, KTMT-nin baş katibi Nikolay Bordyuja, habelə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistanın müdafiə nazirləri izləyiblər. KTMT baş katibliyinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, "Sipər-2008" birgə komanda-qərargah təlimləri dörd mərhələdən ibarətdir və təşkilatın tarixində ilk dəfə olaraq üç səviyyədə keçirilir. "Bu strateji, operativ və taktiki səviyyələr olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bütün regionları əhatə edir. İyulun 22-də Ermənistanda başlanan təlimlərin ikinci mərhələsi iyulun 30-31-də Moskvada keçirilib. Ermənistanda təşkil edilən üçüncü mərhələ zamanı bu ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasının birgə təşkili ilə bağlı məsələlər nəzərdən keçirilib. Dördüncü, "fəal faza"da isə potensial aqressora qarşı bilavasitə hərbi əməliyyatlar zamanı qoşunların idarəolunması ilə bağlı məsələlər həll olunub", - KTMT-nin mətbuat xidmətindən əməkdaşımıza bildirdilər. Moskvanın təşəbbüsü ilə 1992-ci ilin mayında yaradılmış KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Dünən Ermənistandakı "Sipər-2008"-lə bağlı əldə etdiyimiz məlumatlara görə, "birgə komanda-qərargah manevrləri" kimi gurultulu ada malik bu təlimlərdə erməni ordusunun II və IV korpuslarının birləşmələri, Gümrüdəki 102-ci hərbi bazadakı rus hərbçiləri və Tacikistandan gətirilmiş desant manqası iştirak ediblər. Rusiyanın tanınmış hərbi ekspertlərindən biri, Rusiya Müharibə və Müdafiə Problemləri İnstitutunun analitiki Aleksandr Qoltsun dediyinə görə, Ermənistan "Sipər-2008" təlimləri vasitəsilə Azərbaycanla mümkün müharibəyə hazırlaşır. "Gürcüstandakı hadisələrdən sonra Ermənistanda qəribə əminlik yaranıb ki, Dağlıq Qarabağ problemini həll etmək üçün Azərbaycan hərbi əməliyyatlara başlamayacaq. Lakin bununla belə, ermənilər müdafiə imkanlarını artırmaq, ən başlıcası isə Azərbaycanla hərbi əməliyyatların başlayacağı təqdirdə döyüşlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək niyyətindədir. Bir qədər də konkret desək, Ermənistan ən pis halda Rusiyanın hərbi yardımına və qoşunlarımızın Azərbaycana qarşı vuruşacağına ümid edir. Rusiya üçünsə vəziyyət çox çətin, mürəkkəbdir. Belə ki, Azərbaycan KTMT üzvü olmasa da, MDB-yə daxildir və Rusiya ilə də çox yaxşı münasibətlərdədir. Azərbaycanın Dağlıq Qarabağdakı rejimə qarşı müharibəyə başlayacağı təqdirdə, əməliyyatlara mütləq şəkildə Ermənistan da cəlb olunacaq. Ermənistan rəhbərliyi nə qədər inkar etsə də, bütün dünya bilir ki, Azərbaycanın işğal olunmuş torpaqlarına qarabağlı ermənilər yox, onların "böyük qardaş"ları, yəni Ermənistan nəzarət edir. Ona görə də Azərbaycanla Ermənistan arasında müharibə olarsa Rusiya və KTMT-nin digər üzvlərinin nə edəcəklərini bilmirəm", - A.Qolts söyləyib. Onun dediyinə görə, hərbi əməliyyatların başlayacağı zamanı KTMT üzvlərinin yekdilliklə Ermənistanın müdafiə qalxması çox şübhəli məsələdir. Rəsmi İrəvanın dərin narahatlıq içində olmasına Ermənistan prezidenti Serj Sərkisyanın dünənki bəyanatı da dəlalət edir. KTMT ölkələrinin müdafiə nazirləri ilə görüşündə o, deyib: "Cənubi Osetiyadakı faciəli hadisələr göstərdi ki, Cənubi Qafqazda xalqların öz müqəddaratlarını təyin etmələri uğrunda səylərinin silah yolu ilə alınması cəhdləri çox ciddi hərbi və geosiyasi nəticələr verə bilər. Düşünürük ki, bütün region dövlətləri bunu artıq anlayır. Dağlıq Qarabağa gəldikdə isə, orada yenidən hərbi əməliyyatların başlayacağına inanmaq istəməzdim. Amma Ermənistan hadisələrin istənilən inkişaf variantına hazır olmalıdır". "Arminfo" agentliyinin dünən yaydığı xəbərdə bildirilir ki, Ermənistanın Azərbaycan ilə sərhədində müdafiə tədbirləri gücləndirilməyə başlayıb. Bununla yanaşı, Ermənistan "potensial düşmənin hava və raket hücumlarını dəf etmək üçün" hava hücumundan müdafiə sistemini inkişaf etdirmək məqsədilə Rusiya ilə Belarusdan yaxın vaxtlarda iki radiolokasiya modulu, 16 zenit-raket qurğusu və "yer-hava" tipli qısa uçuş məsafəli 82 raket almaq niyyətindədir. Bununla bağlı olaraq Moskva və Minsklə danışıqların gələn həftənin ortalarında başlanması gözlənilir. Dağlıq Qarabağdakı separatçı rejim də "mümkün hücumun dəf olunması" məqsədilə döyüş hazırlığı və təminatını artırmaqdadır. Sentyabrın ilk ongünlüyündə Ağdam, Fizuli və Ağdərə rayonlarında "Müdafiə Qalxanı" adlı operativ-taktiki təlimlərin təlimlərin başlanması nəzərdə tutulub. Təlimlərdə Dağlıq Qarabağdakı separatçı rejim ilk dəfə olaraq mərkəzləşdirilmiş hava hücumundan müdafiə sistemini sınaqdan çıxaracaq. Həsən AĞACAN express
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
Zahedan yaxınlığında silahlı hücum zamanı polis əməkdaşı öldürülüb
Qumda hicaba görə zal bağlandı
Türkmənistan İran komandası ilə oyuna qadağa qoyub
İran hər an bombalana bilər- Media
İran Livan müharibəsindən sonra “Hizbullah”a 200 milyon dollar göndərib — Reuters
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranda iki polis zabiti öldürüldü
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb