Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Rusiyanın Gürcüstanı işğal etməsi ilə tarix təkrarlandı. Rus birləşmələrinin Bakı-Tbilisi-Ceyhan neft və “Şahdəniz” qaz kəmərlərinin 80 km yaxınlığında yerləşən Qori şəhərini ələ keçirməsi və Gürcüstanın Qara dənizdə sıxışdırılması bir daha sübut etdi ki, qonşu ölkə işğal ərəfəsindədir. Hələ soyuq müharibə dövründə bir sovet diplomatı: “Biz sərhədlərimizdə ya düşmən, ya da kölə istəyirik”, - demişdi. Lakin 90-cı illərin əvvəllərində Sovet İttifaqının süquta uğraması ilə böyük dövlətlər artıq, sadəcə olaraq, iqtisadi inkişaf və demokratiya uğrunda mübarizə apardıqlarını iddia edirdilər. 2000-ci il də daxil olmaqla, 11 sentyabr hadisələrindən sonra bu idealist dəyərlər öz inamını yavaş-yavaş itirməyə başlayıb. Tarix sona çatmayıb, əksinə, dünyada meydana çıxan yeni güclər fərqli-fərqli dövrlərdə yeritdikləri xarici siyasət nostalgiyası ilə öz yollarına davam edirlər. Amerikalı siyasətşünas Robert Kaqan yeni kitabında: “XXI əsrin əvvəllərində tarix təkrarlanır”,- deyə ifadə edib. Bəli, XX əsrdən çox yaxşı xatırladığımız və öyrəşdiyimiz tarixin təkrarlanmasını Rusiyanın Gürcüstanı işğal etməsilə ilk dəfə daha qəti anladıq. Xeyli müddətdir ki, Rusiya Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xarici siyasət kursundan narazıdır. Rusiya Gürcüstanın NATO-ya daxil olmaq cəhdlərindən və Rusiyanı kəskin tənqid etməsindən çox narahatdır. Tbilisinin Moskva ilə münasibətləri 1991-ci ildən sonra gərginləşib. Şevardnadzenin həssaslıqla yanaşaraq qaydaya saldığı gürcü-rus münasibətlərində zaman-zaman problemlər yaşansa da, sabiq sovet liderinin diplomatik ustalığı ilə mümkün olduğu qədər sabit qalırdı. Ancaq Saakaşvilinin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Gürcüyə xas olan emosionallıq, kəskinlik və radikal millətçilik keyfiyyətlərinə malik olan Mixail Saakaşvilinin ölkəsində həyata keçirdiyi islahatlar - Avropaya inteqrasiya, NATO-ya daxil olmaq cəhdləri və Rusiyaya qarşı tutduğu mövqe Qərbdə alqışlansa da, Moskvada çox pis qarşılanırdı. Saakaşvili keçmiş sovet coğrafiyasında Rusiyaya qarşı kimsənin söyləməyə cəsarət etmədiyi sözləri dilə gətirməkdən belə çəkinmədi. Osetiya bəhanədir Gürcü lideri digər tərəfdən də ərazi bütövlüyünü və siyasi quruluşunu yenidən təmin etmək məqsədilə əvvəlcə Acarıstanı birləşdirdi.(!!!) Ardınca isə Cənubi Osetiya və Abxaziyanı yenidən Gürcüstanın tərkibinə qaytarmaq üçün lazım olarsa, hərbi gücdən də istifadə edəcəklərini bildirdi. Bu zaman Avropanın başqa bir hissəsində - Balkanlarda maraqlı bir hadisə baş verdi. Kosovalı albanlar müharibədən sonra müstəqillik üğrunda ardıcıl mübarizə aparırdılar. Qərb də mümkün qədər Kosovanın Serbiyadan ayrılmasına və beynəlxalq hüququn prinsipləri çərçivəsində hətta müstəqil olmasını belə dəstəklədi. Lakin Kosovanın çox qısa vaxt ərzində öz müstəqilliyini elan etməsi Serbiya, Rusiya və onun təsir dairəsində olan bəzi slavyan quruluşları tərəfindən etirazla qarşılandı. Rəsmi Ankara isə öz ərazi bütövlüyünə təhlükə yarada biləcək separatçı hərəkətlərə qarşı neçə illərdir ki, həssaslıqla yanaşdığı halda, Osmanlıdan miras qalan Kosovaya və alban qardaşlarına dəstək verməkdən və müstəqil Kosovanı tanımaqdan çəkinmədi. Çünki dünyanın əksəriyyəti Kosovanı dəstəkləyirdi. Ancaq böyük diplomatiyaya, hərbiyə və dövlətçilik ənənələrinə malik rəsmi Moskva baş verən hadisələrdən vaxtı çatanda öz xeyrinə istifadə etmək məqsədilə seyirçi mövqe tutmuşdu. Rusiyanın dəmir yumruğu Ərazi bütövlüyünü yenidən təmin etmək məqsədilə Cənubi Osetiyaya girən rəsmi Tbilisi Rusiyanın böyük hərbi reaksiyası ilə üzləşdi. Saakaşvili və gürcü xalqı rus rəhbərliyi tərəfindən amansız şəkildə cəzalandırıldı. 1991-ci ildən bəri ABŞ və Avropa İttifaqının Orta Asiya və xüsusilə də, Xəzər hövzəsinin enerji ehtiyatlarını-Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırılmasında öz seçimi ilə Qərbə meyil göstərən Gürcüstan XIX əsrə yaraşan bir hərbi və siyasi gücdən istifadə edən Moskvanın dəmir yumruğu ilə qarşılaşdı. Rus birləşmələrinin BTC və “Şahdəniz” boru kəmərlərinin 80 kilometrliyində yerləşən Qori şəhərini ələ keçirməsi və Gürcüstanın Qara dənizdə də sıxışdırılması Qərbin enerji təhlükəsizliyinə təhlükə yaradib. Rəsmi Moskva əlinə düşən şansı dəyərləndirərək Cənubi Osetiyaya daxil olan gürcülərin bu hərəkətini bəhanə gətirərək bütün gücü ilə hücuma keçib. Hegemonluq uğrunda müharibə Gürcüstanda baş verənlər Kosovanın müstəqilliyi, enerji təhlükəsizliyi, Tbilisinin NATO xəyalları nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cənubi Qafqazda Rusiyanın sonuncu qalası sayılan Cənubi Osetiya, Abxaziya və xüsusən də Ermənistanın Qərbə meyiletmə qorxusu Moskvanı bu addımı atmağa vadar edib. Regiondakı müharibə tam mənası ilə nüfuz müharibəsidir. 1991-ci ildən bəri centlmenlik qaydaları çərçivəsində gedən bu rəqabət Saakaşvilinin emosional və səbirsiz siyasəti nəticəsində isti müharibəyə və həqiqi bir cəbhəyə çevrilib. Atəşkəs əldə olunsa belə, rus birləşmələrinin bir həftə əvvəlki yerlərinə geri çəkilməsi Gürcüstanın atdığı addımlara bağlı olacaq. Moskva hər dəfə təhlükə hiss etdikcə yenidən Tbilisiyə təhlükə yaradacaq. Bundan sonra Gürcüstan Rusiyaya qarşı tutduğu mövqeyini yumşaltmayacaq. Lakin Gürcüstan yenə də eyni siyasətini davam etdirərsə, Rusiya bu dəfə, bəlkə də, Gürcüstanı işğal etməsə də, bütün Cənubi Qafqazı viran qoya bilər. Abxaziya, Cənubi Osetiya, Gürcüstanın daxilində 100 min erməninin yaşadığı Cavaxetiya bölgəsi, Ermənistan və işğal altında olan Qarabağ kimi bir çox həssas əraziləri barmaqları ilə oynada bilən Rusiyanın əli çox güclüdür. Qərbin ağıllı və səbirli siyasətlə 17 ildir ki, həyata keçirdiyi Şərq-Qərb enerji dəhlizinə də ziyan vurula bilər. Qərbə gözdağı Ancaq Rusiyanın BTC və “Şahdəniz” boru kəmərlərinə (eyni dəhlizdə inşa edilib) və ya Bakı-Supsa kəmərinə, həqiqətən də, zərər vermək kimi bir niyyəti olmasını gözləmək Moskvanın yeritdiyi “ağıllı” xarici siyasəti cılızlaşdırmış olar. Bir neçə gün əvvəl ingilis mətbuatında BTC-nin 51 raketlə hədəfə alındığı xəbəri yayılmışdı. Lakin bunu həm gürcü, həm də rus tərəfi inkar etdi. Ruslar istəsəydilər, boru xətlərini vura bilərdilər. Ancaq Gürcüstanın şərqi ilə qərbinin bir neçə gün ərzində sürətlə rus birləşmələri tərəfindən bir-birindən ayrılması və BTC ilə “Şahdəniz” boru xətlərinə çox da uzaq məsafədə olmayan Qorinin ələ keçirilməsi, ABŞ və Avropa İttifaqına verilmiş bir gözdağıdır. Baş verən hadisələr göstərdi ki, Cənubi Qafqazda heç bir ölkə asan şəkildə NATO-ya üzvlük məsələsində qəti addım atmayacaq. Moskvanın nəzarəti altında olan torpaqlar (Dağlıq Qarabağ kimi) Rusiyanın icazəsi olmadan geri qaytarılmayacaq. Dolayısı ilə Tbilisinin Cənubi Osetiya və Abxaziyanı gerialma planları hələ uzun müddət baş tutmayacaq. Çünki həm Rusiya, həm Cənubi Osetiya, həm də Abxaziya rəhbərliyi öz açıqlamalarında belə deyiblər: “Kosova müstəqil olubsa, biz nə üçün olmayaq?”. Bu cür açıqlama gələcəkdə Türkiyəni də maraqlandıra biləcək düşündürücü bir sual və problemdir. Boru kəmərlərinintəhlükəsizliyi Gün ərzində 1 milyon bareldən çox neft daşınan Bakı-Tbilisi-Ceyhan boru kəməri dünya neft ehtiyacının 1 faizini ödəməkdədir. BTC boru xəttində neft nəqli keçən həftə Türkiyənin Ərzincan vilayətindəki Refahiyyə qəsəbəsindən keçən hissəsində baş verən yanğın nəticəsində dayandırılmışdı. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra BTC yenidən fəaliyyətini bərpa edərək, Azərbaycan neftini Aralıq dənizinə daşıyacaq. Hazırda BTC-də baş verən problemin Gürcüstandakı hadisələrlə heç bir əlaqəsi yoxdur. Yəni Gürcüstandakı müharibə hələ ki BTC-yə və yaxud da “Şahdəniz” xəttinə təsir göstərməyib. Ancaq Gürcüstanın yaşadığı bu böyük şok nəticəsində daxili vəziyyət qarışır və ya Rusiyanın hərbi müdaxiləsi nəticəsində yaranan təhlükə BTC-ni öz fəaliyyətini dayandırmasına səbəb ola bilər. Belə bir vəziyyətin yaranması isə Türkiyə və əslində dünya bazarlarına öz mənfi təsirini göstərəcək və buna görə də nə ABŞ, nə də Avropa İttifaqı buna icazə verməyəcəklər. Digər tərəfdən də, Rusiya kimi ağıllı diplomatiyaya malik bir dövlətin uğurla həyata keçirilmiş bir enerji layihəsinə xətər yetirməsi inandırıcı görünmür. BTC və “Şahdəniz” boru kəmərləri Şərq-Qərb enerji dəhlizinin, sadəcə olaraq, ilk cücərtiləridir. Əsas məqsəd bundan sonra Qazaxıstan neftinin və Türkmənistan qazının Xəzər dənizini keçməklə bu xətlərə qoşulmasıdır. Əgər Gürcüstanın təhlükəsizliyi təmin olunmazsa, onda dünyanın böyük neft şirkətləri və Qərb dövlətlərinin bu bölgəyə qoyduqları sərmayələr böyük risk altında qalacaq. Gürcüstan bu gün həyata keçirilmiş və gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulan Şərq-Qərb enerji dəhlizinin ən önəmli halqasıdır. Bu nöqteyi-nəzərdən İraq müharibəsində soyuqlaşan Türkiyə-ABŞ münasibətləri qaydaya salındı, PKK problemi də hərbi yolla Türkiyənin xeyrinə həll olunmalıdır. Ankara Robert Kaqanın sözləri ilə desək, tarixin təkrarlandığı bu günlərdə soyuq müharibədən əvvəlki dövrün qayıdacağının fərqində olmalı, daxili siyasətdə qarışıqlığa çox imkan verməməli və xarici siyasətdə ağıllı və təmkinli davranmalıdır. Mehmet Binay, tədqiqatçı jurnalist. zaman
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
47 iranlı İsrailə köçdü
Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
İranlı qadın müğənniyə həbs cəzası verildi
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
AlArabiya: Yəməndə PUA hücumları və toqquşmalarda 200-dən çox Husinin öldürüldüyü bildirilir
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İki şəhərdə üç məhbus edam edildi