Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Biraylıq fasilədən sonra yenidən dəyərli oxucularımla görüşüb, hal-əhval tutmağın sevincini yaşayıram. Amma bu bir ay ərzində yaxın ətrafımızda o qədər dəhşətli hadisələr baş verdi ki, adam sevinməyə belə qorxur. Hər səhər oyananda bir dəhşətli xəbər eşitmək qorxusu adamın bütün ruhunu sarır. Elə bil ki, Qafqazın tikişi söküldü, tarixin hər dövründə gərgin münasibətlər içində olan Qafqaz bu günlərdə benzin çəninə dönüb. Doğrudur, bu benzin çəlləyi bir anda alovlandı, amma dünya hansı təhlükə ilə üz-üzə qalacağını yaxşı anladığı üçün bir andaca işə müdaxilə edib, alovu söndürdü. Amma əslində alov tam sönməyib, üstdə bir şey görünməsə də, altda qığılcımlar sıçraşır, havaya dumanlar yüksəlir. İlk baxışdan bu münaqişə Gürcüstan-Rusiya qarşıdurması kimi görünsə də, geniş ölçüdə məsələni müzakirə etsək, problemin daha böyükmiqyaslı olduğunu aydınca görmək olar. Elə bilirəm ki, baş verən son hadisələrdən sonra Qafqazdakı problemlərin həlli məsələsi bir az da çətinləşdi. Xüsusilə də, Qarabağ, Çeçenistan və digər problemlər çox çətinləşdi. Çünki dünyanın super gücü olan ABŞ və Rusiya bəlkə, heç soyuq müharibə illərində də bir-birinə qarşı bu qədər sərt diplomatik dildə mesajlar göndərməmiş, bir-birini ittiham etməmişlər. Məsəli bizlərdən çox-çox uzaq olsun, bir söz var, deyərlər ki, atlar təpikləşəndə arada spalar əzilər. Heç şübhəsiz, supergüclərin Qafqazdakı nüfuz savaşı mütləq bu regiondakı xalqların iqtisadi həyatına, rifahına öz acı təsirini göstərəcək. Gürcüstan iqtisadiyyatı ən azı bir neçə il geri düşdü. Qafqazdakı hər cür qarşıdurmaya, problemlərə baxmayaraq, sağlam siyasi və iqtisadi bir kurs götürən Azərbaycan da, heç şübhəsiz, o hadisələrdən ciddi mənada zərər gördü. Özünüz təsəvvür edin: bir tərəfdən, Azərbaycan Rusiya ilə sıx iqtisadi-siyasi, mədəni əlaqələrlə bağlıdır, milyondan yuxarı Azərbaycan vətəndaşı Rusiyada yaşayır, buradakı ailəsinin dolanışığını qazanır. Digər tərəfdən isə, Gürcüstan Azərbaycan üçün dünyaya açılmış yeni bir qapıdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi məhz Gürcüstan üzərindən keçərək reallaşıb və reallaşacaq. Təbii ki, bu iki qütb arasında seçim etmək Azərbaycan üçün çox çətin olacaq. Əslinə qalanda mənə elə gəldi ki, Gürcüstan bu son addımı atmaqla Azərbaycanın Qarabağ mövzusunda atacağı addımların da önünü kəsmiş oldu. Həqiqətən də, bu gün bu coğrafiyanı idarə etmək çox çətindir. Çünki istər siyasi nüfuz, istərsə də enerji mənfəəti məqsədilə dünyanın böyük ölkələrinin bu region üzərində düşündükləri layihələr, nüfuz qarşıdurmaları və meydana çıxan gərginlik çox yüksək səviyyədədir. Son illərə qədər ABŞ istər Balkanlarda, istərsə də Şərqdə Rusiya üzərində üstünlüyünü gen-bol nümayiş etdirirdi. Gürcüstan-Rusiya müharibəsində isə Moskva sanki bu məğlubiyyətlərinin revanşını alaraq, Amerikanın regiondakı ən yaxın müttəfiqi Gürcüstanı əzərək, rəsmi Vaşinqtona Mahsun Kırmızıgülün bir mahnısında deyildiyi kimi, “yıxılmadım, ayaqdayam” mesajını göndərmiş oldu. Bu müharibədə ən azı Gürcüstan qədər zərər görən başqa bir ölkə də Azərbaycandır. Çünki Azərbaycanın illərdən bəri uzanıb gələn Qarabağ probleminin guya həlli ilə məşğul olan Minsk Qrupunun üç həmsədrindən biri Rusiyadır. Digər yandan isə Ermənistanın arxasında dayanan silahlı güc də Rusiyadır. Üstəlik də, bir qədər öncə dediyimiz kimi, Azərbaycanın Rusiyada milyondan yuxarı vətəndaşının yaşayıb işlədiyini nəzərə alsaq, bu ölkənin rəsmi Moskvaya qarşı sərt addımlar atmasının nə qədər acı nəticələr doğuracağını təsəvvür etmək də çətin deyil. Demək, qarşıdakı illərdə Azərbaycan mütləq balanslaşdırılmış siyasət yeritməli olacaq. Üstəlik, onu da vurğulayaq ki, ABŞ-ın Qafqaz məsələsində bundan sonra atacağı addımlar da münasibətlərin formalaşmasında mühüm rol oynayacaq. Bu gün Gürcüstanın əsas maliyyə qaynağının okeanın o üzündə olduğu kimsəyə sirr deyil. Yaxşı, bəs Türkiyə bu başgicəlləndirən karuselin hansı mövqeyində yer tutmalıdır? Mənə elə gəlir ki, bir çox dövlətlər və güclər Qarabağ probleminin həllini və Qafqaza sülhün, əmin-amanlığın gəlməsini istəmirlər. Çünki bu gün Ermənistanın özü də Türkiyənin vasitəçiliyi ilə regionda sülhün əldə olunması üçün hansısa addımların atılmasına ümid bəsləyirdi. Üzdə nə qədər düşmən kimi görünsə də, ermənilərin Türkiyəyə olan marağı və iştahası həmişə yüksək olub. Bu gün statistik göstəricilər 70 mindən çox erməninin qaçaq yolla Türkiyədə işləyib ailəsinin dolanışığını təmin etdiyini xəbər verir. Son günlər Suriya ilə İsrail arasında münasibətlərin nizamlanmasında da Türkiyə vasitəçilik missiyasını boynuna götürmüşdü. Ermənilər də məhz buna bənzər addımları rəsmi Ankaradan gözləyirdilər. Əgər məndən soruşsanız, deyərdim ki, Qarabağın açarı Türkiyədədir. Ermənistan özü də bunu çox yaxşı başa düşür. Xüsusilə də, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin təməlatma mərasimində bu regionda kimin gücləndiyi, kimin zəiflədiyi özünü açıq göstərdi. Ermənistan prezidenti sentyabrın 6-da Abdullah Gülü Yerevana dəvət edir. Türkiyə regionda hazırki şəraitdə bütün münaqişələrin aradan qaldırılması istiqamətində vasitəçilik missiyasını boynuna götürüb. Prezident Gülün Qarabağa gedib-getməyəcəyi haqqında isə indidən bir şey söyləmək çox çətindir. Amma rəsmi Ankaranın regionda barışın, sülhün əldə edilməsi üçün ortaya atdığı Qafqazda əmin-amanlıq və əməkdaşlıq platforması məsələsi reallaşmağa başlayarsa, bölgə ölkələri arasında get-gəllərin yeni vüsət qazanacağı da qaçılmaz kimi görünür. Şəxsən mən Türkiyənin mövcud durumda öz üzərinə götürdüyü vəzifələrin gözəl nəticələr verəcəyini düşünürəm. Amma, təbii ki, bütün bunlar heç də asan başa gəlməyəcək. Önümüzdəki həftə Türkiyənin Baş naziri Ərdoğan Bakıya gələcək. Mənə elə gəlir ki, bu səfər zamanı regionda əməkdaşlıq və əmin-amanlıq məsələləri müzakirə olunacaq, Abdullah Gülün Ermənistana gedib-getməməsi məsələsi gündəmə gətiriləcək. Əgər razılıq əldə olunarsa, bunun formatı müəyyən ediləcək. Həqiqətən də, etiraf etməliyik ki, Türkiyə Qafqazda əmin-amanlığı bərpa etməyə çalışırsa, ölkələrdən birini siyahıdan kənarda qoyub, başqaları ilə müzakirə apararaq məqsədə nail ola bilməz. Yəni bu layihə istər-istəməz Ermənistanı da öz əhatəsinə almalıdır. Amma iki qardaş ölkə liderləri gələn həftə Bakıda keçirəcəkləri görüşdə Ermənistanla münasibətin hansı formatda müəyyənləşdirilməsini müzakirə edəcəklər. Elə düşünürəm ki, Gülün Ermənistana səfəri məsələsində Azərbaycan və Türkiyə ortaq bir qərara gələ biləcəklər. zaman
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi