Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ənn E.Dersi Hər 4 ildən bir dünya ənənəvi olaraq, mübahisələrini kənara qoyaraq, olimpiya oyunlarında iştirak edən atletlərini salamlayır. Bu olimpiya ilində isə biz sevinmək əvəzinə Rusiyanın tankları, qoşunları və təyyarələrinin öz kiçik qonşularından birinin sərhədlərini keçməsi səhnələrinin şahidi olduq. Hərçənd qonşu Çexoslovakiya deyil, Gürcüstan olsa da, tanklar Sovet İttifaqının deyil, Rusiyanınkı olsa da, bu səhnə 1968-ci ili çox xatırladırdı. Bu hadisələrin nəticəsi də eyni dərəcədə həyəcanlı idi. Rusiya qoşunları hələ də torpaqları tərk etməkdən imtina edərək, nəinki mübahisəli Cənubi Osetiya və Abxaziya, hətta heç vaxt mübahisə obyekti olmayan Gürcüstan ərazilərinə irəliləyiblər ki, bu da Gürcüstanın ərazi bütövlüyünün pozulmasıdır. Rusiyanın əməlləri təkcə Gürcüstan deyil, bölgədəki bütün suveren dövlətlərin məramlarına təhlükə təşkil edir. Çərşənbə axşamı NATO-nun xarici işlər nazirləri Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, habelə demokratik yolla seçilən hökumətini dəstəkləyən birgə bəyanat verdilər. ABŞ-ın Dövlət Katibi Kondoliza Rays dedi ki, "bəyanat həmçinin Rusiyaya ismarıcdır ki, NATO Avropada transtalantika strukturlarının tərkibində olan və buna can atan ölkələr arasında yeni sərhədin yaradılmasına imkan verməyəcək." Dünyanın diqqəti təcili 2 məsələ üzərində cəmləşmişdir: Rusiyanın nəzarət etdiyi ərazilərdə "qeyri-legitim"lərin törətdikləri də daxil olmaqla, münaqişə zonasında bütün düşmənçilik və təhqirlərə son qoymaq və münaqişədən zərər çəkənlərə yardım etmək. Həm Gürcüstan, həm Rusiya atəşkəs barədə müqaviləyə imza atıblar, lakin dünya hələ də Rusiyanın bu müqaviləyə riayət etməsini gözləyir. Bu arada humanitar yardım işçilərini içəri buraxmaq kimi təcili ehtiyac vardır. Amerika Birləşmiş Ştatları və digər ölkələr tibbi yardım, qida, çadır və digər yardım təchizatını zərərçəkənlərə daşımağa başlayıblar. Ölən və yaralananların dəqiq sayı məlum olmasa da, bu aydındır ki, Gürcüstan xalqı dağıntıların kölgəsində humanitar böhran yaşamaqdadır. Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziya uzun bir gərginlik tarixçəsinə malikdir. Lakin son 1 il ərzində baş verən hadisələrə yaxından nəzər salan heç bir kəs son bir neçə həftənin hadisələrinə təəccüblənməz. Moskva tədricən Gürcüstan üzərində iqtisadi, siyasi və hətta hərbi təzyiqi gücləndirmiş, ticarət embarqoları, havadan və yerdən nəqliyyat əlaqələrini dondurmuşdur. Bu yaz Rusiya öz hökumətinə əmr vermişdir ki, Gürcüstan rəhbərliyinə məhəl qoymayaraq, separatçı Cənubi Osetiya və Abxaziya ilə rəsmi əlaqələrini gücləndirsin. Sonra Rusiyanın təhdidi daha da aqressivləşmişdir. Keçən ilin aprel ayında Rusiyanın qırıcı təyyarəsi Gürcüstanın hava məkanında pilotsuz təyyarəni vurub yerə salmışdır. Elə həmin ay Rusiyanın quru qoşunları və artilleriyası sülhümühafizə qüvvələrini artırmaq bəhanəsi altında, Gürcüstanla heç bir məsləhətləşmə aparmadan, Abxaziyaya irəliləməyə başlamışdır. Mayda Rusiya dəmir yolu inşası dəstələrini heç bir hüquqi mandat olmadan, "humanitar səbəblərdən" Rusiyanın cənubundan münaqişə zonasına yol açan dəmir yolunu təmir etmək üçün Abxaziyaya göndərmişdir. İyulda Cənubi Osetiyada zorakılıq halları yer alır, o cümlədən Gürcüstanın polis maşınlarına hücumlar edilir və Gürcüstanın tərəfdarı olan Cənubi Osetiyanın liderinin həyatına sui-qəsd cəhdi olur. Bütün bu dövr ərzində ABŞ məmurları rəsmən Rusiya və Gürcüstan hökumətlərini çağırmışlar ki, hərəklətlərini cilovlasınlar və aralarındakı fərqləri dinc yolla həll etsinlər. Avqustun 7-də Gürcüstan Cənubi Osetiyada Rusiyanın sülhü mühafizə qüvvələrinin nəzarət etdiyi ərazilərindən gələn atəşə cavab verəndən sonra miqyaslı Rusiya qüvvəsi Cənubi Osetiya, Abxaziya və heç vaxt mübahisə edilməmiş Gürcüstan ərazilərinə kütləvi şəkildə müdaxilə etmişdir. Rusiya indi Gürcüstanın ərazi bütövlüyünü sual altına alır və statusun diplomatik yolla həllinə xidmət edən BMT-nin Təhlükə Şurasının qətnamələrinə baxmayaraq, hədə-qorxu gəlir ki, hər iki mübahisəli ərazinin müstəqilliyini tanıya bilər. Rusiya təcavüzünün səhnələri - indi isə Polşa və Ukrayna kimi digər ölkələrə qarşı təhlükəsi, həm birbaşa, həm dolayısı ilə, keçmiş sovet məhbuslarının qorxunc xatirələrini yada salır. Bu dövlətlər indi müstəqillik və demokratiyaya dair Qərb modelini seçiblər. Lakin dünya Sovet İttifaqının Çexoslovakiyaya müdaxilə etdiyi 1968-ci ildən fərqli bir zəmanədə yaşayır. O vaxtdan bəri Avropa, transatlantika ölkələri və dünya irəli gedib. Belə düşünülürdü ki, Rusiya 21-ci əsrin diplomatik, siyasi, iqtisadi və təhlükəsizlik strukturlarına inteqrasiya etmişdir və Amerika Birləşmiş Ştatları bu səyləri güclü dəstəkləmişdir. Rusiya öz əməlləri ilə indi öz beynəlxalq reputasiyası və amallarını risk altına almış olur. Bu əməllərin təsiri Rusiyanın Dünya Ticarət Təşkilatına üzv qəbul olunması və 7-lər İqtisadi Forumunda 8-ci oturacağın mümkünlüyünə dair sualların qalxması ilə artıq indi hiss olunmaqdadır. Bəzi tənqidçilər hətta Rusiyanın növbəti olimpiya oyunlarının Abxaziyadan marafon qaçışı məsafəsində olan Soçidə keçirilməsini sual altına alırlar. Rusiya xalqı öyrənə bilər ki, keçən həftənin təcavüzü onların liderlərinin heç vaxt ağlına gətirmədiyi ölçülərlə ölçülə bilər. Əgər Rusiya öz reputasiyası və dünyanın qalan hissəsi ilə olan hissələrinə dəyən zərəri bərpa etmək istəyirsə, ilk atdığı addım prezidentin imzaladığı müqaviləyə riayət edərək, bütün düşmənçiliyə son qoymalı və bütün ərazilərdə törədilən zorakılığı dayandırmalıdır. Avqustun 6-ı əldə olunan atəşkəsin şərtlərinə əsasən, Rusiya dərhal öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmalı, beynəlxalq müşahidəçilərə icazə verməli, Cənubi Osetiyada daha möhkəm beynəlxalq iştirakı təmin etməli, humanitar yardımın çatdırılmasına imkan yaratmalı, Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmək kimi əvvəlki siyasətinə riayət etməlidir. Bu addımları atmazsa, Rusiya özü-özünü daha da təcrid etmiş olacaq. Dövlət Katibi Raysın NATO-nun görüşündən sonra dediyi kimi, "bu cür fəaliyyətin davam etdiyi qədərincə, Rusiya ilə əvvəlki kimi əlaqələr mümkün deyildir". Ənn E.Dersi, ABŞ-ın Azərbaycandakı səfiri 525
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Urmuya gələn xarici diplomatlar Azərbaycan milli geyimində qarşılanıb (Video)
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Güney Koreya: Trampın Hörmüz boğazı ilə bağlı müraciəti rədd edilməyib
İranda daha iki məhbus edam edildi
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq