İran Türkiyədən elektrik enerjisi almağa çalışır
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Yaxın günlərdə İrana hücum başlaya bilər - Media
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Həmədanda iş qəzası - İki nəfər həlak oldu
Tramp İrana ultimatum verib: “Ya hər şeyi bizə verin, ya da yox ediləcəksiniz”
Tramp İranın regionun böyük hissəsini məhv etməsinin qarşısını aldığını deyib
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Sepah BƏƏ yaxınlığında tankerə hücum edib
Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb
Urmu gölündə qutanların lələkləri duzla örtülür; ekosistemin xilasının əsas yolu gölün dayanıqlı bərpasıdır
Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb
İranın kənd təsərrüfatı məhsulları ixracı 60 faiz azalıb
Beş şəhərdə altı məhbus edam edildi
İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ SEPAH-a görə mükafat təyin etdi
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Kirmanda polis mayoru öldürüldü
Polis Təbrizdə əməliyyat keçirib- On altı nəfər həbs edilib
İran İraqın şimalında kürd bazalarını hədəf aldı
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Putin Pezeşkiana söz verdi- Əlimdən gələni edəcəyəm!
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib
Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycanda Traxtur matçında milli rəqs və musiqi şousu (VİDEO)
Xoyda Şəms Təbrizinin heykəli təqdim olunub
Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşüblər
Reuters: Almaniyada ABŞ bazaları İranın mümkün hədəfləri sırasındadır
Traxtur zirvədə qaldı
Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq
London Rusiyaya sanksiyaları genişləndirir
İranda hicab müdafiəçisi edam ediləcək
Əli Vasiqi müvəqqəti sərbəst buraxıldı
Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri İki həftə öncə Gürcüstan ordusu hərbi əməliyyata başlayaraq bir neçə saatlığına separatçı Cənubi Osetiyanın mərkəzi Sxinvalini götürəndə Azərbaycandakı fərqli siyasi çevrələr və ictimaiyyət belə bir sualla əlləşməyə bilməzdi: “Bəlkə biz də məqamdan istifadə edərək Dağlıq Qarabağda əməliyyata başlamalıydıq”. Ancaq elə ki, Rusiya ordusu əks-hücumla Cənubi Osetiya, ardından da Gürcüstanın başqa torpaqlarının az qala üçdə birini işğal etdi, hər halda dərin bir ah çəkdik: “Nə yaxşı ki, səbrli olub tələsik qərar vermədik”. Azərbaycanın səbrini rəsmi İrəvan da lazımınca qiymətləndirdi. Gürcüstan-Rusiya savaşının ən qızğın anlarında rəsmi İrəvanın anti-Azərbaycan təbliğatı bir qədər səngidi, qonşu ölkənin prezidenti Serj Sərkisyan isə Pekində azərbaycanlı idmançının qələbəsi bəhanəsiylə İlham Əliyevə əl uzatdı. Az qala hər açıqlaması Azərbaycanın ünvanına hədə-qorxu ilə yüklənən Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu dəfə “Cənubi Osetiya olaylarıyla bağlı Azərbaycanın revanşist əhval-ruhiyyəsini hiss etmirik” dedi. Bu açıqlamanı rəsmi Bakının ünvanına xoş ismarıc kimi belə də oxumaq olar: “Çox sağ olun ki, Gürcüstanın Cənubi Osetiya problemini hərb yoluyla həllinə girişməsi məqamından sui-istifadə etmədiniz”. Xoş məram və diplomatik jestlər öz yerində, bəs görəsən, bölgədəki son proseslər Dağlıq Qarabağ probleminin həllini tezləşdirirmi? Gürcüstanla Rusiya arasında Cənubi Osetiya uğrunda başlanan savaş Qərb dünyasını sanki silkələdi. Buna kimi düşünürdülər ki, “əşi, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ kimi münaqişələr heç kimə mane olmur, başımızı niyə ağrıdaq, durublar da dondurulmuş halda, əsas odur neft və qazımızı daşıyırıq”. Demək, olmur. Anladılar ki, Cənubi Qafqazdakı dondurulmuş münaqişələr barıt çəlləyinə bənzəyir və hər hansı birinin azca közərməsi kifayətdir ki, nüvə dövlətlərini müharibənin astanasına sürükləsinlər. Qərb Afrikadakı müxtəlif dövlətlərin müharibəsinə və oradakı kütləvi qətliamlara seyrçi qala bilər, Cənubi Qafqazı isə elə öz əlləriylə - neft və qaz yataqlarının istismarı və şaxələnmiş boru xətləriylə sözün həqiqi mənasında böyük yanacaqdoldurma məntəqəsinə çeviriblər. Bunu ilk başa düşən Fransanın prezidenti Nikola Sarkozi oldu. Cənubi Osetiya olayları dolayısıyla Qafqazdakı dondurulmuş münaqişələrin özündə böyük təhlükə daşıdığını ilk dilə gətirən məhz o oldu. Ardınca Ankara Qafqaz İttifaqı təklfini gündəmə gətirdi, baş nazir Rəcəb Teyyub Ərdoğan bölgə ölkələrinə səfərə çıxdı və sonda ilk baxışdan Cənubi Qafqaza az dəxli olan Rumıniya prezidenti Troyan Besesku eyni marşrutla hərəkətə keçdi. Besesku da Sarkozi kimi düşünür. Rumıniya prezidenti Cənubi Qafqazdakı dondurulmuş münaqişələrdən narahat olduqlarını, Avropanın bu münaqişələrin həlliylə bağlı konkret mexanizm hazırlaması gərəkiliyini vurğuladı. Göründüyü kimi, Cənubi Qafqazdakı münaqişələrin həllinə maraq artıb. İş o yerə çatıb ki, Ankara rəsmiləri Minsk qrupunun fəaliyyətsizliyindən narahatlıqlarını açıq dilə gətirirlər, halbuki illər boyu bu haqda danışmazdılar. Ankara qollarını çırmayıb. Çünki Qərbdə olduğu kimi, Ankarada da anladılar ki, Cənubi Qafqazdakı istənilən münaşiqənin ilk böyük zərəri məhz Türkiyəyə dəyəcək. Bu sırada Türkiyə üçün vacıb enerji resurslarının daşınmasına ara verilməsindən və köçkün axınıyla üzləşməsindən tutmuş savaşan dövlətlər arasında çətin seçim etməsinə qədər problemlər durur. Ankaranın Qafqaz İttifaqı istəyi Cənubi Qafqaz üçün ən ideal variantdır. Ancaq bundan öncə yazdığımız kimi, bu, reallaşması həddən artıq çətin ideyadır. Cənubi Qafqazda ABŞ-la Rusiya və İranın, NATO-yla Rusiyanın və bunun nəticəsi kimi Azərbaycanla Ermənistanın, Gürcüstanla Rusiyanın maraqları kəsişdiyindən liderlər sözdə Ankaranın ideyasını dəstəkləsələr də, əməldə fərqli addım atacaqlar. Bununla da, təsis olunsa belə, Qafqaz İttifaqı Müstəqil Dövlətlər Birliyi kimi amorf bir quruma çevriləcək. Hər halda Cənubi Qafqaz dünyanın aktual mövzularından birinə çevrilib və bu, Azərbaycanın da maraqlarına cavab verir. Qoy Ankara öz ideyasını hərəkətə gətirsin, müzakirələrini davam etdirsin, Buxarest də dondurulmuş münaqişələrlə bağlı Avropa Birliyində təşəbbüs qaldırmağa çalışsın. Ankaranın təşəbbüsünə müsbət yanaşan Kremlin satelliti Ermənistanı yola gətirməsi bölgə üçün ideal variantlardan biridir. Bununla Abdülla Gülün 6 sentyabrda erməni həmkarı Serk Sərkisyanla İrəvanda futbol matçını birgə seyr etməsinə də yolu açılardı. mediaforum
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
Zahedan yaxınlığında silahlı hücum zamanı polis əməkdaşı öldürülüb
Qumda hicaba görə zal bağlandı
Türkmənistan İran komandası ilə oyuna qadağa qoyub
İran hər an bombalana bilər- Media
İran Livan müharibəsindən sonra “Hizbullah”a 200 milyon dollar göndərib — Reuters
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranda iki polis zabiti öldürüldü
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb