İran Türkiyədən elektrik enerjisi almağa çalışır
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Yaxın günlərdə İrana hücum başlaya bilər - Media
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Həmədanda iş qəzası - İki nəfər həlak oldu
Tramp İrana ultimatum verib: “Ya hər şeyi bizə verin, ya da yox ediləcəksiniz”
Tramp İranın regionun böyük hissəsini məhv etməsinin qarşısını aldığını deyib
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Sepah BƏƏ yaxınlığında tankerə hücum edib
Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb
Urmu gölündə qutanların lələkləri duzla örtülür; ekosistemin xilasının əsas yolu gölün dayanıqlı bərpasıdır
Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb
İranın kənd təsərrüfatı məhsulları ixracı 60 faiz azalıb
Beş şəhərdə altı məhbus edam edildi
İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ SEPAH-a görə mükafat təyin etdi
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Kirmanda polis mayoru öldürüldü
Polis Təbrizdə əməliyyat keçirib- On altı nəfər həbs edilib
İran İraqın şimalında kürd bazalarını hədəf aldı
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Putin Pezeşkiana söz verdi- Əlimdən gələni edəcəyəm!
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib
Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycanda Traxtur matçında milli rəqs və musiqi şousu (VİDEO)
Xoyda Şəms Təbrizinin heykəli təqdim olunub
Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşüblər
Reuters: Almaniyada ABŞ bazaları İranın mümkün hədəfləri sırasındadır
Traxtur zirvədə qaldı
Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq
London Rusiyaya sanksiyaları genişləndirir
İranda hicab müdafiəçisi edam ediləcək
Əli Vasiqi müvəqqəti sərbəst buraxıldı
Rusiya Gürcüstana təcavüz edəndən, ərazi bütövlüyü prinsipinə tüpürüb Abxaziya və Cənubi Osetiyanın qondarma qurumlarını tanıyacağı ilə bütün dünyanı hədələyəndən bəri Qarabağ danışıqları arxa planda qalıb. Hərçənd ki, regionda vəziyyət gərginləşənədək də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar "ölü nöqtə" ətrafında fırlanmadan başqa bir şey deyildi. Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan avqustun 1-də Moskvada görüşmüşdülər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşdən sonra bildirilmişdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkisinədək baş tuta bilər. O vaxt Moskva görüşü daha çox Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Rusiyanın "İnterfaks" agentliyinə qalmaqallı müsahibəsi ilə yadda qalmışdı. Amerikalı diplomat "İnterfaks"a bildirmişdi ki, Ermənistanla Azərbaycan arasındakı danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi məsələləri müzakirə olunur: "Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalacağı və ya müstəqillik qazanacağı referendum yolu ilə həll oluna bilər". Brayza sonradan "İnterfaks"ın fikirlərini təhrif etdiyini bildirərək, "mən referendum deməmişəm",-deyə bildirmişdi. Daha sonra Rusiyanın Gürcüstana girməsi və bütünlükdə Cənubi Qafqaz ölkələrinin müstəqilliyini təhdid etməsi ilə Qarabağ mövzusu gündəmdən demək olar ki, düşdü. Ta ki, yenə həmin o Brayza avqustun 19-da Vaşinqtondakı Xarici Mətbuat Mərkəzindəki çıxışında mövzunu xatırladana kimi. "Amerikanın səsi" radiosunun məlumatına görə, amerikalı həmsədr bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar "ərazi bütövlüyü və müqəddəratın təyini prinsiplərini nəzərdə tutan kompromislər"ə əsaslanır. Onun sözlərinə görə, ərazi bütövlüyü prinsipi birinci növbədə gəlir: "Amma əgər hər iki tərəf beynəlxalq prinsiplərin başqa elementlərini də əhatə edən kompromislərə getsələr, bu, əla olardı. Biz elə Qarabağda bunu etmək istəyirik". Brayzanın fikrincə, danışıqlar nəticəsində elə bir həll tapılmalıdır ki, hər iki prinsipi nəzərdə tutsun: "Ancaq Kosovo ilə Qafqazdakı münaqişələr arasında paralellər aparmaq əsassızdır". Lakin fakt budur ki, Moskva belə paralellər aparır və artıq RF prezidenti Dmitri Medvedyev bildirib ki, Abxaziya və Cənubi Osetiyanın statuslarını təyin etmələri bağlı keçirəcəkləri referendumun nəticələrini tanıyacaq. Brayzanın həyat yoldaşı, ABŞ-ın Hudson İnstitunun proqram direktoru Zeyno Baran da "1news.az"a müsahibəsində Rusiyanın Kososvo presedentindən yararlana biləcəyini istisna etmir. Politoloqun fikrincə, Rusiya Cənubi Osetiyada "referendum planı"nı işə keçirə bilsə, "ermənilərin Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün referendum keçirməklə bağlı mövqeyi böyük dəstək almış olacaq". Baran, eyni zamanda, ABŞ və Avropa Birliyinin Cənubi Osetiyadakı mümkün referendumun nəticələrini qəbul edəcəyinə şübhə etdiyini bildirib. Əslində, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacağı şübhə doğurur. Bu, Moskvaya yeni sövdələşmələrdə yalnız və yalnız təhdid üçün lazımdır. Əgər Kreml bu işdə uzağa getsə, Qərbin sanksiyaları ilə üzləşməsi qaçılmaz olacaq. Gürcüstan dərhal NATO sıralarına qəbul ediləcək. Bunu ilk baxışdan pozitiv məqam kimi dəyərləndirmək olar: Qərb Kosovo presedentinin Cənubi Osetiyada təkrarına imkan vermir və referendum təhlükəsi bizdən də yan ötür. Lakin ABŞ və Qərbin Cənubi Qafqazdakı münaqişələrə ikili standartlarla yanaşdığı sirr deyil. Dünya üçün beynəlxalq normaları bu ölkələr qoyur, ona sponsorluq edir, daha sonra isə asanlıqla öz qoyduqları normalara tüpürə bilirlər. Elə Brayzanın avqustun 19-da bəyan etdiyi "Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar ərazi bütövlüyü və müqəddəratın təyini prinsiplərini nəzərdə tutan kompromislərə əsaslanır" fikri də bizim dalağımızı sancdırmaya bilməz... *** Rusiyanın Gürcüstana təcavüzü, regionu təsir dairəsinə almaq uğrunda Vaşinqton-Moskva qarşıdurmasının güclənməsi Dağlıq Qarabağ münaqişəsinin vasitəçiləri məsələsini - daha dəqiqi Minsk qrupunun həmsədrlik institutunun dağılacağı ehtimalını da gündəmə çıxarıb. Rusiya regionda təhlükəli oyunlara başlayandan "Ekspress" diqqəti buna cəlb etməyə çalışır ki, ABŞ və Rusiyanın Cənubi Qafqazdakı nüfuz mübarizəsi yeni, daha sərt mərhələyə qədəm qoymaqdadır və bu qarşıdurmanın regionu hara aparıb çıxaracağı qaranlıqdır. Minsk qrupu həmsədrlərinin (üçüncü həmsədrin - Fransanın simasında Avropa da regionda geosiyasi aktyor kimi çıxış edir) bir-biriləri ilə konfliktləri Dağlıq Qarabağ münaqişəsinin həllində bizə yalnız fəlakətlər vəd edə bilər. Zeyno Baran hesab edir ki, Moskva artıq münaqişələrin həllində neytral vasitəçi kimi qəbul edilə bilməz və Gürcüstandakı iki separatçı regionunun gələcəyi ilə bağlı qərarların qəbulunda Rusiyanın iştirakı Amerikanın iştirakı ilə eyni olmayacaq:"Bu, ATƏT-in Minsk prosesinə necə təsir göstərəcək? Hələlik heç nə deyə bilmərəm, amma əminəm ki, bu öz təsirini göstərəcək. Mən təsəvvür edə bilmirəm ki, mövqeləri tamamilə əks olan rusiyalı və amerikalı həmsədrlər regional münaqişənin həllində necə əməkdaşlıq edəcəklər". Zeyno Baran hesab edir ki, ABŞ artıq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qrup (həmsədrlik) halında deyil, birbaşa hərəkət edəcək:"Biz xüsusilə Gürcüstan hadisələri ilə bağlı Fransanın Rusiyaya yaxınlaşdığını gördük. Ymumiyyətlə, ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdəki mövqeyində hər hansı dəyişiklik Amerikada keçiriləcək seçkilərdən sonra baş verəcək". Beləliklə, türk-kürd kökənli amerikalı politoloq Minsk qrupunun dağılacağını istisna etmir. Politoloq Vəfa Quluzadə isə "Ekspress"ə açıqlamasında Minsk qrupunun heç bir fəaliyyətinin olmadığını və yaranmış gərginliyin həmsədrlərin işinə təsir etməyəcəyini bildirib: "Onların bütün fəaliyyətləri imitasiya xarakteri daşıyıb. Əgər Rusiya Azərbaycana qarşı yeni təcavüzə qərar versə, onda imitasiya dayanacaq və yenidən bizə hücum olacaq". Onun sözlərinə görə, həmsədrlər "günahsız adamdırlar" və onlara tapşırıblar ki, "regionda ora-bura şütüsünlər, müzakirələr aparıb görüntü yaratsınlar. Onlar da bunu edirlər":"Hər şeyi güc həll edir. Hələlik bizim regionda güc Rusiyanın əlindədir. Gürcüstanı işğal edib, Azərbaycanın iyirmi faizini işğal altında saxlayır. Rusiya Ermənistana tapşırıq verib ki, heç bir razılığa getməsin. Hansı erməni rəhbəri bunu etməyə cəhd göstəribsə, cəzalandırılıb. Levon Ter-Petrosyan işdən çıxarıldı, parlamentdə güllələnmə oldu. Bunların hamısı sülh prosesinə zərbə vurub. Nə vaxt regionda geostrateji vəziyyət dəyişəcək, o zaman bütün məsələlər öz həllini tapacaq." Politoloq Hikmət Hacızadə isə Gürcüstandakı gərginliyin Minsk qrupuna təsirsiz ötüşməyəcəyini söyləyir: "Gürcüstanda işğal davam etsə, Minsk qrupu dağıla bilər". Ancaq istənilən halda tərəflər dəyişməyəcək. "Bundan sonra yeni bir format yaranacaq və orda bir tərəfdə Qərb, bir tərəfdə Rusiya olacaq. Danışıqlar həmin plan və format üzrə davam edəcək",-deyə Hacızadə bildirib. Gizli deyil ki, Minsk qrupu münaqişəni nizamlama institutundan daha çox regionda maraqları olan dövlətlərin problemi öz istəklərinə uyğun həll etmək və ya bu mümkün deyilsə, dondurmaq alətidir. Hazırda Minsk qrupunun dağılması real kimi görünür, o sadə səbəbdən ki, Amerika və Rusiyanın birgə işləməsi sual altındadır. Xatırladaq ki, Rusiya Gürcüstana girdikdən sonra yalnız Fransanın vasitəçiliyini qəbul etdi, Vaşinqtonla heç bir təmasa girmədi. ABŞ dövlət katibi Kondoliza Rays isə məsələ ilə bağlı Parisdə olduqdan sonra birbaşa Tiflisə uçmuşdu, Moskvanı ziyarət etməyə ehtiyac hiss etməmişdi. Fakt isə budur ki, Gürcüstanda toqquşan Moskva ilə Vaşinqtondur. ABŞ və Rusiya "küsülü" qala və Minsk prosesinə əngəl yarada bilərlər (onsuz da yaradırlar), lakin problem bundadır ki, Azərbaycan superdövlətdən və regional "derjava"dan yaxasını qurtara və ya buna cəsarət edə bilərmi? Rəsmi Bakının məsələ ilə bağlı mövqeyi bəllidir. Bir qədər əvvəl Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim gürcü-osetin münaqişəsində Rusiyanın tutduğu mövqeyə görə, Azərbaycanın Moskvanın Minsk qrupunda həmsədrliyi məsələsinə yenidən baxılması təklifi ilə çıxış etmək niyyətində olmadığını demişdi: "Rusiya Minsk qrupunun həmsədr ölkələrindən biridir, biz bu formatı dəyişmək fikrində deyilik". ABŞ-la da bağlı eyni sözlərin deyiləcəyi şübhə doğurmur. Ymumiyyətlə, regiondakı gərgin situasiyanın ABŞ-dakı prezident seçkisinədək davam edəcəyini gözləmək olar. Əgər Ağ Evə Moskva ilə sərt davranış tərəfdarı olan Con Makkeyn sahiblənərsə, Minsk qrupunun dağıla biləcəyi ehtimalı güclənəcək. Çünki o, heç "G-8"də ABŞ-ın Rusiya ilə bir yerdə olmasına dözmür. Rusiya regional oyunçu, ABŞ isə qlobal superdövlətdir və planlarını tədricən olsa da, gerçəkliyə çevirir. Kosovo presedenti ilə dünya xəritəsini qayçılamağa başlayan Sem dayı çətin ki, Gürcüstanda Rusiya əngəlinə ilişib qalsın. Gec-tez Moskva Vaşinqtonun təzyiqləri qarşısında geri çəkilməyə məcbur olacaq. Politoloq Zərdüş Əlizadə demişkən, "$600 milyardlıq havayı neft dolları və nüvə arsenalı Rusiyanın başını gicəlləndirib":" Rusiyanın dünya istehsalında payı 1,5%, ABŞ-ın payı isə - 25%-dir. Rusiyanın yüksək texnologiyalı məhsullarda - 0,6%, Sinqapurun payı -6%, Amerikanınkı isə 30%-dən artıqdır. Autsayder ölkə olan Rusiya öz imkanlarına uyğun adekvat addım atmır". Rusiyanın özündə də belə fikirləşənlər az deyil. "Yabloko" partiyasının lideri Sergey Mitroxin hesab edir ki, Rusiya dəqiq və ardıcıl şəkildə SSRİ-nin taleyini təkrar edir. Və bu, Rusiyanın dağılmasına aparır... Xaqani Rüstəm Bəkir Nərimanoğlu express
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
Zahedan yaxınlığında silahlı hücum zamanı polis əməkdaşı öldürülüb
Qumda hicaba görə zal bağlandı
Türkmənistan İran komandası ilə oyuna qadağa qoyub
İran hər an bombalana bilər- Media
İran Livan müharibəsindən sonra “Hizbullah”a 200 milyon dollar göndərib — Reuters
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranda iki polis zabiti öldürüldü
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb