İran Türkiyədən elektrik enerjisi almağa çalışır
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Yaxın günlərdə İrana hücum başlaya bilər - Media
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Həmədanda iş qəzası - İki nəfər həlak oldu
Tramp İrana ultimatum verib: “Ya hər şeyi bizə verin, ya da yox ediləcəksiniz”
Tramp İranın regionun böyük hissəsini məhv etməsinin qarşısını aldığını deyib
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Sepah BƏƏ yaxınlığında tankerə hücum edib
Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb
Urmu gölündə qutanların lələkləri duzla örtülür; ekosistemin xilasının əsas yolu gölün dayanıqlı bərpasıdır
Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb
İranın kənd təsərrüfatı məhsulları ixracı 60 faiz azalıb
Beş şəhərdə altı məhbus edam edildi
İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ SEPAH-a görə mükafat təyin etdi
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Kirmanda polis mayoru öldürüldü
Polis Təbrizdə əməliyyat keçirib- On altı nəfər həbs edilib
İran İraqın şimalında kürd bazalarını hədəf aldı
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Putin Pezeşkiana söz verdi- Əlimdən gələni edəcəyəm!
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib
Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycanda Traxtur matçında milli rəqs və musiqi şousu (VİDEO)
Xoyda Şəms Təbrizinin heykəli təqdim olunub
Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşüblər
Reuters: Almaniyada ABŞ bazaları İranın mümkün hədəfləri sırasındadır
Traxtur zirvədə qaldı
Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq
London Rusiyaya sanksiyaları genişləndirir
İranda hicab müdafiəçisi edam ediləcək
Əli Vasiqi müvəqqəti sərbəst buraxıldı
Aydın Mirzəzadə: "Azərbaycan torpaqları işğal altında qala-qala Ermənistanla əlaqələr qurmaq istəyən siyasətçi Türkiyə siyasətində dayanıqlı ola bilməz" Qabil Hüseynli: "Ərdoğan yaxşı başa düşür ki, nə Moskva, nə də İrəvan bu birliyə yaxın gələn deyil, amma Azərbaycan, Gürcüstan və Türkiyə arasında çox geniş birliyin yaradılması müsbət olardı" Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı birgə bəyanat səsləndirilib. Dağlıq Qarabağ münaqişəsi və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyilə bağlı fikirlər prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatlarında əsas yeri tutub. Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmiryolu kimi layihələrin icrası üçün regionda sabitliyin zəruri olduğu da vurğulanıb. Baş nazirin Azərbaycana səfərində ən çox diqqət çəkən məsələ isə onun son təşəbbüsüylə bağlı idi. Ramiz Mikayıloğlu Xatırladaq ki, Gürcüstana Rusiyanın təcavüzündən sonra Moskva və Tiflisə gedən Rəcəb Tayyib Ərdoğan "Qafqaz İttifaqı" ideyasını müzakirə etmiş, məsələyə ruslarla gürcülərin müsbət yanaşdığını söyləmişdi. İttifaqda üç Cənubi Qafqaz ölkəsi, Türkiyə və Rusiyanın yer alması nəzərdə tutulub. O, Bakıya da bu ideyaya dəstək almaq üçün gəlirdi. Ancaq o da diqqət çəkdi ki, Azərbaycanda ideya bir az fərqli təqdim olundu və söhbət platformadan getdi. Hətta platformanın özünün də adlandırılmasında qəribə bir müxtəliflik nəzərə çarpdı. Türk mediası Rəcəb Tayyib Ərdoğanın "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması", Azərbaycanın rəsmi qəzetləri "Qafqaz Sülh və Əməkdaşlıq Platforması" barədə Azərbaycan prezidenti İlham Əliyevlə müzakirələr apardığını yazıb. "Sabitlik" və "sülh" anlayışları əslində məzmunca fərqlidir. Sabitlik mövcud vəziyyətin qorunub saxlanmasına çalışmaq, "sülh" isə problemləri yoluna qoymaq yönündə səy göstərmək anlamını verir. Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə iki saat çəkən görüşündən sonra bildirib ki, artıq Azərbaycan da bu ideyaya dəstək verir. Türkiyənin "Cihan" xəbər agentliyi yazır ki, baş nazirin gündəmə gətirdiyi "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması"na Rusiya və Gürcüstanın ardından Azərbaycan da dəstək verib. Baş nazir Bakının da "Qafqaz İttifaqı" təklifinə müsbət yanaşdığını və Xarici İşlər Nazirliyinin məsələ üzərində çalışmağa başladığını bildirib. Rəcəb Tayyib Ərdoğan digər ölkələrin də xarici işlər nazirləriylə müştərək fəaliyyət göstərilə biləcəyini dilə gətirib. Türkiyənin ana müxalifət partiyası CHP-nin lideri Dəniz Baykal da məsələyə münasibət bildirib. O deyib ki, baş nazirin bütün oyunları Ermənistanla sərhədləri açmaq, diplomatik əlaqələr qurmaqla bağlıdır. Prezident Abdulla Gül də İrəvana futbol oyununa baxmaq bəhanəsiylə gedəcək və ilk addımı atacaq. Sadəcə, Rəcəb Tayyib Ərdoğan Azərbaycanın könlünü almağa çalışır. Qeyd edək ki, avqustun 20-də, Azərbaycana səfərdən öncə baş nazir bəyanlayıb ki, xarici işlər naziri Əli Babacan Qafqazda yeni təhlükəsizlik platformasının yaradılmasını müzakirə etmək məqsədiylə Rusiyanın xarici işlər naziriylə Moskvada görüşəcək, sonra Ermənistan xarici işlər naziriylə müzakirə aparacaq. Elə həmin gün Ermənistan xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan da danışıb. O, xüsusilə regionda əməkdaşlıq və təhlükəsizliklə bağlı dialoqu və Rəcəb Tayyib Ərdoğanın Ankarayla İrəvan arasında bu məsələylə ilgili danışıqlara başlamaq niyyətini alqışladıqlarını bildirib. Ermənistan Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Artak Şəkəryan hesab edir ki, Rəcəb Tayyib Ərdoğanın təşəbbüsüylə belə bir platformanın yaradılması regionda Ankaranın təsirini gücləndirər. Ekspertə görə, bu halda Ermənistanın yeganə qazancı "dünyaya çıxması" olardı. Nəzərə çatdıraq ki, Türkiyəyə qarşı ərazi iddiaları, "soyqırım" kampaniyası və Azərbaycan ərazilərinin işğalı səbəbindən 14 ildir ki, rəsmi Ankara Ermənistanla quru sərhədlərini bağlayıb, diplomatik əlaqələri kəsib. Ermənistanı dünyaya çıxaran ən əlverişli yollar qardaş ölkədən və Azərbaycandan keçir. Bu səbəbdən sərhədlərin bağlı olması rəsmi Bakının işğalçı dövlətə təzyiq imkanlarını artırır və ili-ildən erməni cəmiyyətində sosial-iqtisadi çətinliklərdən doğan ümidsizlik aqressiv əhval-ruhiyyənin azalmasına təsirsiz ötüşmürdü. Düzdür ki, türk özəl şirkətləri Gürcüstan və İran üzərindən Ermənistanla ticari alış-verişdədirlər. Ancaq hər iki yol uzaq, başqa ölkələrin ərazisindən və dağlıq ərazilərdən keçdiyi üçün iqtisadi baxımdan elə də sərfəli sayılmırdı. Bəs bundan sonra necə olacaq? Azərbaycanda Rəcəb Tayyib Ərdoğanın Bakı səfərini necə qiymətləndirirlər? Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyir ki, Türkiyənin baş nazirinin təşəbbüsü çox maraqlı və prespektivlidir. Məqsəd regionda sabitlik və beynəlxalq hüquq normaları, prinsipləri əsasında sülh yaratmaqdır: "İlkin rəylər müsbətdir. Digər dövlətlər də münasibətlərini açıqladıqdan sonra məsələ konkret müstəviyə keçəcək. Başqa sözlə, yaxşı niyyətdir, ancaq onun reallaşması üçün bir çox ziddiyyətləri bir araya gətirmək lazımdır". Dəniz Baykalın qiymətləndirməsinə gəlincə, Aydın Mirzəzadəyə görə, bu, müxalif mövqedir və müxalifətin də Türkiyənin baş nazirinin təşəbbüsünü təqdir etməməsi normaldır. AŞ PA-dakı nümayəndə heyətimizin üzvü inanmır ki, AKP-nin lideri, Türkiyənin baş naziri Ermənistanla münasibətləri düzəltmək üçün yollar axtarsın: "Azərbaycan torpaqları işğal altında qala-qala Ermənistanla əlaqələr qurmaq istəyən siyasətçi Türkiyə siyasətində dayanıqlı ola bilməz". Politoloq Qabil Hüseynli baş nazirin səfəri və verilən bəyanatlardan belə qənaətə gəlib ki, Türkiyə Qafqaza, enerji kommunikasiyalarına Rusiyanın təsirindən çox rahatsız olub. Çünki Qafqazın rusların əlinə keçməsi türklər üçün çox ciddi təhlükə mənbəyinin yaranması, düşmən dövlətlərin və PKK kimi terrorçu qruplaşmaların fəallaşması deməkdir. Bu baxımdan Ankara bölgədə mövqelərini möhkəmləndirmək, ona yaxın dövlətləri bir qurumda birləşdirməyə çalışır. Onun sözlərinə görə, indiyə qədər Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional birliklər olub. Bu dəfə daha ciddi, hətta GUAM tipli bir təşkilatın yaradılmasına cəhd göstərilir. Politoloq həmin təşkilatın daha çox hərbi pakta bənzəyəcəyini düşünür. Təşkilata Rusiyanın və Ermənistanın dəvət edilməsi sadəcə, onların Qafqaz ölkələri olmasıyla əlaqədardır. Rəcəb Tayyib Ərdoğan yaxşı başa düşür ki, nə Moskva, nə də İrəvan bu birliyə yaxın gələn deyil: "Azərbaycanın, Gürcüstanın və Türkiyə arasında çox geniş platformada birliyin yaradılması müsbət bir hadisə olardı. Ən azından sabah Rusiyanın bölgəyə təsiri zamanı qüvvələri birləşdirmək və həmin təsiri dəf etmək üçün ciddi şərait yaradardı". Baş nazirin əsas məqsədinin Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmaq olduğu yönündə qiymətləndirmələrə gəlincə, politoloq belə düşünmür. Qabil Hüseynliyə görə, əslində Türkiyə-Ermənistan sərhədləri açılmış kimi bir şeydir. Türk tacirləri Gürcüstan vasitəsiylə Ermənistana keçir. Yaxud gürcü işbazları türk mallarını işğalçı ölkəyə gətirirlər. Cənubdan da İran işbazları türk mallarını Ermənistana daşıyırlar: "Ermənistanın Türkiyə tərəfdən blokadası öz əhəmiyyətini xeyli itirib. Amma tutaq ki, sərhədlər açılsa, Türkiyə birbaşa Ermənistanı öz təsiri altına salmaq imkanı qazanar və onu Rusiyanın ağuşundan çıxarmağa cəhd göstərər. Çünki iqtisadi əlaqələr, əhalinin gediş-gəlişinin təmin edilməsi zəmnində ermənilər Qərb iqtisadiyyatının, xüsusən onun Türkiyə modelinin Rusiya modelindən nə qədər üstün olduğunu görə bilərlər. Türkiyə vasitəsiylə də Qərbi Avropaya açıla bilərlər. Bütün bunlar da əhalinin şüurunda, dünya baxışında, problemlərə yanaşmasında bir dəyişiklik yaradar, nəticə etibarilə siyasi elitaya təsir göstərər". xalqcebhesi
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
Zahedan yaxınlığında silahlı hücum zamanı polis əməkdaşı öldürülüb
Qumda hicaba görə zal bağlandı
Türkmənistan İran komandası ilə oyuna qadağa qoyub
İran hər an bombalana bilər- Media
İran Livan müharibəsindən sonra “Hizbullah”a 200 milyon dollar göndərib — Reuters
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranda iki polis zabiti öldürüldü
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb