Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Yazı oxucuların xahişilə təkrar dərc olunur. Tale mənə bir neçə dəfə Əbülfəz Elçibəyin portretini yaratmaq üçün qələm çalmaq şansı verib. Və bu şansların heç birindən yararlanmamışam. Hətta ölümündən bir neçə gün sonra haqqında çəkiləcək filmin ssenarisini yazmağa da qol qoymadım. Bəlkə də yanlış qərar olub, bəlkə də yox. Hər halda səbəbini indi də tam təfərrüatı ilə izah edə bilmirəm. Ancaq özüm üçün aydınlaşdırdığım bir neçə məqam var və təbii ki, açıqlamaq fikrində deyiləm. ...Ölümündən 8 il keçir. Görünür bu müddət Elçibəy ucalığını onun yoxluğunda tam mükəmməliyi ilə dərk etmək üçün yetərli deyil. Elçin Mirzəbəyli Çünki hələ də onun kölgəsində gizlənib siyasi səhnədə öz varlıqları qoruyub saxlamağa çalışanların, sağlığında özünə, ölümündən sonra isə ruhuna qarşı mübarizə aparanların sırası seyrəlməyib. Bu gün, Əbülfəz bəyin haqq dünyasında olduğu bir zamanda belə onun dolğun portretinin cizgilərindən öz yarımçıq obrazlarına yamaq vurmaq istəyənlərin sayı yetərincədir. Lakin tarix amansız olduğu qədər də ədalətlidir. Hər kəsi öz yerində və öz məqamında dəyərləndirir. Mən onu yaxından tanımamışam. Nə siyasi müttəfiqi olmuşam, nə də rəqibi... Bu gün, onun ətrafında müxtəlif məqsədli insanların yaratdığı şayiələr dumanı çəkildiyi bir zamanda Elçibəyin obrazını daha aydın görürəm. Necə deyərlər, boyasız, mübaliğəsiz, mifik və bayağı çalarlar qatılmadan. Kimdir Əbülfəz Elçibəy? Zənnimcə, hətta onun ardıcılı olan insanların bir çoxu hələ də bu suala cavab tapa bilməyib. Kim bilir, bəlkə də heç bu sualın cavabını tapmaq ağıllarına da gəlməyib. Onlar üçün sadəcə, ən çətin anlarda məsuliyyəti öz üzərinə götürüb üzərinə atılan çamur yağmuruna bulaşmadan irəliləyən bir Əbülfəz Elçibəy olub. Arxasınca gediblər, kölgəsində böyüyüblər, fikirlərini, mülahizələrini dinləyiblər və yenə böyüyüblər... Günlərin bir günündə isə çox böyüdüklərini zənn edərək, ona arxa çevirib, dönük çıxıblar. Maraqlıdır, Əbülfəz Elçibəyin məktəbində yetişib onu qəbul etməyən, ondan daha praqmatik, daha ağıllı olduqlarını düşünən insanların heç biri Əbülfəz Elçibəyin yetişdiyi nəinki mənəvi, hətta siyasi uğurların ətəyinə belə ayaq basman şərəfinə nail olmayıb. Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının lideri adını əbədilik olaraq özününküləşdirib. Bundan sonra kimin neçə əsər yazmasından, müxtəlif kütləvi informasiya vasitələrində öz xidmətlərini şişirtməsindən, Elçibəyin haqq dünyasında olan ruhuna kölgə salmaq cəhdlərindən asılı olmayaraq, bu vəziyyət dəyişməyəcək. Elçibəy Azərbaycan Respublikasının ümumxalq səsverməsi yoluyla seçilmiş ilk prezidenti oldu. Onun dönük varislərinin heç biri bunu hətta yuxusunda da görməyəcək. Elçibəy dövlətçiliyin qorunması naminə Azərbaycanın ən ucqar kəndinə çəkilərək "mən Azərbaycanın prezidentiyəm" - dedi və yüz minlərlə insanı öz həqiqətinə inandırmağı bacardı. Onun "varisləri" yaratdığı nəhəng milliyyətçilər və yurdsevərlər ordusunu pərən-pərən saldılar, hətta yüzcə nəfər qafa sahibini belə öz praqmatik həqiqətlərinə inandıra bilmədilər. Elçibəy beş illik sürgün həyatından sonra yenidən siyasi səhnənin ön cərgəsinə keçdi və onun burda olmadığı müddətdə sahib olduqları milyonların hesabına "meydan sulayan" bütün opponentlərini üstələdi. Sadəcə, yalın əllə... Siyasi ritorikanı özlərinin yüksək bacarıqları kimi qələmə verən bir çoxlarına rabitəsiz görünən nitqilə yenidən yüz minlərin sevgisini qazandı. Onun haqqında hətta ən qatı düşmənləri də uydurduqları uğursuz siyasi epitetlərdən başqa heç bir sərt fikir söyləyə bilmədilər. ...Əbülfəz Elçibəy bir ovuc nur parçasıydı - onu yalnız qaranlıqda çıraqla işıq axtaran mürşidlər görə bilərdi. Əbülfəz Elçibəy Vətəninə, torpağına, Millətinə, Türk Dünyasına və bütün bəşəriyyətə sevgi gözüylə baxan mükəmməl bir insan idi. Əbülfəz Elçibəy ilk baxışda ziddiyyətli görünən ən barışmaz məqamları belə öz xarakterində, təfəkküründə bir araya gətirməyi bacaran bütöv bir şəxsiyyət idi. Əbülfəz Elçibəy sadəcə, İNSAN idi! Ruhu şad olsun... P.S. Dağılıb pərən-pərən... illər sıraya gəlmir, Ömrümüz karvan yükü - əbədiyyət taxtı yox. Sən gedəli on ilmi, yüz ilmi... saya gəlmir, Ayrılığın ölçüsü, zamanı yox, vaxtı yox. Sən gedəli dünyada bir az mərdlik azalıb, Bir az kişi xisləti, bir az sərtlik azalıb. Azalıbdı kəsəri doğru sözün, düz sözün, Dolaşıbdı kələfi gecə ilə gündüzün. Sən gedəli dünyada bir zərrə işıq azdı, Bir nəfər haqq məcnunu, bir nəfər aşiq azdı. Azalıb qəm badəsin birnəfəsə içənlər, Azalıb bu dünyadan kişi kimi köçənlər. Zülmətin şırnağından sönməyənlər azalıb, Zülmə, şərə, böhtana yenməyənlər azalıb. Çoxalıb öz ruhuna min yol asi düşənlər Əzrayıl qarşısında sınmayanlar azalıb... xalqcebhesi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi