Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Türkiyədə yaşayan, "Qərbi Ermənistan" ermənilərinin nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinə, Rusiyanın Trabzondakı baş konsulluğuna, Rusiyanın və Ermənistanın kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıblar. Həmin müraciətdə deyilir. Göytürk "Biz, hələ də türk işğalı altında qalan, əkinçilik ittifaqlarında birləşən Qərbi Ermənistan ermənilərinin nümayəndələri, Rusiya Federasiyasının Trabzondakı baş konsulluğunun internet səhifəsində icmal materiallarının birində ("Türkiyənin Şərqi Qara dəniz sahillərinin elmi potensialı haqqında") Türkiyədə erməni xalqına qarşı genosid törədilməsini faktına şübhə ilə yanaşılmasını biləndə həyacanlandıq. Həmin materialda genosid qurbanlarının nəsillərini təhqir edən bir tərzdə "erməni soyqırımı adlandırılan" ifadəsi seçilib. Nəzərə alaq ki, Rusiya Federasiyasının konsulluq missiyaları hər bir ölkədə XİN-in nümayəndəlikləri, deməli, Rusiya dövlətinin xarici siyasətinin ifadəçisi sayılır. Buna görə də Rusiyanın Trabzondakı konsulluğunun aksiyasını ən azı Ermənistan və Rusiya arasında münasibətlərə anlaşılmazlıq, ziddiyyət gətirmək olduğunu düşünürük... Biz Rusiya Federasiyasının Trabzondakı baş konsulluğunun təkcə "erməni soyqırımı" haqqında inkarolunmaz tarixi və obyektiv həqiqəti təkzib etməsini soruşmuruq. Bu Haaqa Məhkəməsinin, mötəbər beynəlxalq instansiyaların (məsələn, Avropa Parlamenti kimi), eyni zamanda Rusiya Dövlət Dumasının 14.04.95 tarixli "Erməni xalqının Osmanlı Türkiyəsində 1915-1922-ci illər soyqırımının pislənməsi" haqqında qətnaməsinin inkar olunmasıdır. Əgər bu gün Rusiya XİN-in mövqeyi də belədirsə, onda biz rəsmi üzrxahlıq və açıqlama tələb edirik. Əgər bizim yazdığımız, erməniləri qıcıqlandıran insident Rusiyanın Trabzondakı konsulluğunun rəhbərliyinin şəxsi təşəbbüsüdürsə, onda biz təcili olaraq sözü gedən materialdakı Türkiyədəki "erməni soyqırımına" birbaşa və ya dolayasıyla aid edilən formulirovkanı dəyişməyi, Rusiya Dövlət Dumasının bəyanatına uyğunlaşdırmağı tələb edirik". Sənədi imzalayan "Trabzon - Artvin - Batum" əkinçilik birliyinin sədri Samvel Tatulyana "Amşen" əkinçi xeyriyyə ittifaqının sədri İvan Qrabyan, əkinçi ittifaqları şurasının sədri Jozef Avetisyan, "Sebastiyan" əkinçilik ittifaqının sədri Qriqor Qumcyan, "Vaspurakan - yeni nəsil" əkinçilik ittifaqının sədri Marina Vaqratyan qoşulublar. Bu məlumat haqqında müxtəlif rəylər söyləmək mümkündür. Birincisi onu deyə ki, Haaqa Tribunalının qondarma soyqırım barədə hər hansı bir qərarı, hökmü yoxdur. İkincisi də odur ki, nəinki Ermənistanda və ya dünyanın hansısa başqa ölkəsində yaşayan ermənilər deyil, hətta Türkiyədə yaşayan ermənilər belə qondarma soyqırımla elə zəhərləniblər, bu yalan onların canından çıxan deyil. Məncə, ermənilərin haçansa qondarma soyqırım iddialarından əl çəkəcəyini güman edən Türkiyə və Azərbaycan siyasətçiləri bunu unutmamalıdırlar. Bilməlidirlər ki, məhz bu "soyqırım" yalanı erməni dövlətçiliyinin əsas ideoloji dayağıdır. Bu ideologiya maddiləşir, Ermənistanın dövlət büdcəsində belə əksini tapan diaspor yardımlarında da özünü göstərir. Onu da yaddan çıxarmamaq lazımdır ki, 1878-ci ildə Osmanlı İmperiyasının şərq ərazilərini tutan, burada "erməni dövləti" qurmaq istəyən, 1895-ci ildə erməni qiyamları təşkil edən məhz Rusiyadır. Məhz Rusiyanın təhrikiylə ermənilər 1915-ci ildə Çanaqqalada, Gelibolunda döyüşən, "Atlanta İttifaqı" ilə üz-üzə qalan Osmanlı İmperiyasına arxadan zərbə endirdilər. Türklər rusların silahlandırdığı, rusun fitnələdiyi, "Böyük Ermənistan" yaratmaq arzusu ilə alışıb yanan erməni terrorçuları, qatilləriylə üz-üzə qalmışdı. Bu tarixdəki həqiqətlər kiçik bir hissəsidir. Rus və erməninin türk düşmənçiliyi haqqında yüzlərlə fakt gətirmək mümkündür. Belə olan halda düşünürsünüz ki, ruslar, ermənilər ənənəvi siyasətlərindən imtina ediblər? Düşünürsünüz ki, sərhədlərini Rusiya əsgərlərinin qoruduğu Ermənistanla normal münasibətlər qurmaq mümkündür? Fikirləşirsiniz ki, "forpost"la iqtisadi-siyasi əlaqələr qurmaqla onu Rusiyanın cəngindən qurtarmaq mümkündür. Xeyr, mümkün deyil. Ermənistan dövlətçiliyinin əsasında duran "soyqırım" səfsəfəsidirsə, digəri isə Rusiyanın hərbi bazalarıdır. Tarix və indiki reallıq göstərir ki, ermənilər öz dövlətçiliklərinin əsası olan rus hərbi bazalarından heç zaman imtina etməyəcəklər. Türkiyə siyasətçiləri bu faktı unutmamalıdırlar. Mühüm bir məsələ isə budur ki, Rusiya ilə 20 milyard dollar və ya daha çox ticarət dövriyyəsinin olmasına baxmayaraq, Moskva Ermənistana Cənubi Qafqazda qalmaq forması, "forpost" kimi baxır. 1994-cü ildə Azərbaycanın Rusiyanın "Lukoyl" şirkətinə verdiyi neft yatağının gəliri Moskvanın bütün Ermənistandan bir ildə götürdüyü gəlirdən çox idi. Amma nə olsun? Rusiyanı gəlir bir elə maraqlandırmır. Hələ uzun illər Kremlin iqtisadi maraqları əsas tutaraq praqmatik siyasət yürüdəcəyini düşünmək sadəlöhvlükdür. Eləcə də hər hansı müqəddəs kitab oxumaqla erməni erməniliyindən dönən deyil. Bu iki gün əvvəl də göründü. Avqustun 20-də İrəvanda Türkiyə və Ermənistanın gənclərdən ibarət futbol yığma komandalarının arasında Avropa çempionatı çərçivəsində seçmə mərhələnin görüşü keçirilib. İlk hissədə qol vurulmasa da ikinci hissənin 66-cı dəqiqəsində Türkiyə yığmasının oyunçusu Abdulla erməniləri oyunu meydanın mərkəzindən başlamağa məcbur edib. Matçın 88-ci dəqiqəsində isə Karlen Mkrtçyan hesabı bərabərləşdirib. Cəmi bir dəqiqə sonra Karlen Mkrtchyan topu Türkiyə yığmasının qapısına vurub. Türkiyə yığmasının Ermənistan komandasına uduzması azərbaycanlı azarkeşlərə mənfi təsir göstərib. Ən acınacaqlısı isə ermənilərin Türkiyəni təhqir etməyə çalışmasıdır. Türk internet qəzetləri yazır ki, stadiona toplaşan erməni tərəfdarları Türkiyə Cümhuriyyətinin "İstiqlal Marşı"nı fitə basıblar. Erməni saytları isə bildirir ki, Ermənistan yığmasının oyunçıları oyundan dərhal sonra azarkeşlərə yaxınlaşıb, onlara verdikləri dəstəyə görə təşəkkürlərini bildiriblər, futbol köynəklərini hədiyyə ediblər. Həmin gecə İrəvanın mərkəzində bayram şənliyi keçirilib, erməni azarkeşləri oyundan dərhal sonra İrəvanın mərkəzindəki qondarma soyqırım abidəsini ziyarət ediblər. Bununla da guya Türkiyənin yığma komandasına qalib gəlməklə "soyqırım qurbanları" yaralarının üzərinə su səpiblər, erməni xalqının qisasını alıblar. Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə yığmalarının əsas heyətlərinin oyunu sentyabr ayının 6-da olacaq. "Razdan" stadionunda keçiriləcək oyuna Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə prezidenti Abdulla Gülü dəvət edib. Xocalı soyqırımını törədənlərdən biri olan Serj Sərkisyan "Wall Street Journal"da yazdığı məqaləsində bildirib ki, prezident Gülün İrəvana səfəri iki ölkə arasında münasibətlərin inkişafına simvolik start verəcək. İşğalçı Sərkisyanın fikrincə, Ermənistan və Türkiyə arasında normal etimadlı münasibətlərin yaranması üçün kompleks məsələləri müzakirə etmək lazımdır: "Yalnız bu halda biz effektiv dialoq yaradarıq və hətta ən mübahisəli tarixi mövzuları müzakirə edə bilərik". Erməni internet qəzetləri vurğulayırlar ki, Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfər edəcəyi məlum deyil. Avqustun 14-də Ermənistan hökuməti Türkiyə vətəndaşlarına sentyabrın 1-dən 6-dək ölkə ərazisinə keçməsi üçün vizasız gediş-gəliş haqqında qərar verib. Bununla türk azarkeşləri İrəvanda yığma komandalarının oyununu izləyə biləcəklər. ... Bir Azərbaycan vətəndaşı, bir türk kimi Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün "Razdan" stadionunda erməni dğalarının təhqirlərinə məruz qalmasını, ona hər hansı söz deyilməsini, oyuna baxmağa gedən hər hansı türkün əziyyət çəkməsini istəmirəm. Fitnəkar ermənilərin hər cür çirkin əmələ hazır olduğunu isə yaxşı bilirik. Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla bağlı hadisə, erməni jurnalisti Qrant Dinkin İstanbulda şübhəli qətli göstərdi ki, işğalçı və terrorçu ermənilər "məzlum" görünmək üçün hər cür təxribata hazırdırlar. Həm Türkiyə yığması İrəvana gedərkən, həm də Ermənistan yığması Ankaraya gələrkən çox ehtiyatlı olmaq lazımdır. ...Amma bütün hallarda ermənilərin Türkiyənin "İstiqlal Marşını" fitə basmasının cavabı yaxşıca verilməlidir... xalqcebhesi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi