Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Gürcüstan ətrafında yaranmış vəziyyət və digər regional məsələləri müzakirə etmək üçün Bakıya gəlib. Səfərə yola düşərkən Ərdoğan jurnalistlərə bildirib ki, onun əsas məqsədi Qafqazda sülh və təhlükəsizlik platformasının yaradılması ideyasını müzakirə etməkdir. Xəbər verildiyi kimi, bu ideyanı Ərdoğan Qafqazda sülhdən və təhlükəsizlikdən əsər-əlamət qalmadığı bir vaxtda, Rusiyanın Gürcüstan ərazilərini işğal etdiyi və şəhərlərini bombardman etdiyi günlərdə gözlənilmədən irəli sürüb. İlk dəfə o, təklifini Moskvaya ötən həftə etdiyi səfər zamanı Rusiya rəhbərliyinə çatdırıb, daha sonra Ərdoğan Tiflisdə bu haqda söhbət aparıb. Ərdoğan deyib ki, Qafqazda sülh və təhlükəsizlik platforması ideyası regionda problemlərin həlli üçün çıxış yolu ola bilər. Onun sözlərinə görə, Türkiyənin regionda davamlı sülhün olmasında maraqları var. Bu baxımdan sözügedən ideya bölgədə stabilliyin təmin edilməsi üçün ortaq mexanizm ola bilər. Ərdoğana görə, istər Gürcüstan, istərsə də Rusiya bu platformada yer ala bilər. Həmçinin bir-biri ilə münaqişə vəziyyətində olan Ermənistan və Azərbaycanın da platformada birgə yer alması nəzərdə tutulur. Ərdoğan deyib ki, Türkiyənin xarici işlər naziri Əli Babacan bu ideya ilə bağlı yaxın günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovla, daha sonra Ermənistan xarici işlər naziri David Nalbəndyanla görüşüb danışıqlar aparacaq: “Bundan sonra Ermənistanla danışıqların hansı formatda aparılması barədə razılıq əldə ediləcək”. Qeyd edək ki, Türkiyənin Qafqaza təhlükəsizlik platforması haqda təklifi Azərbaycanda əksər ekspertlər tərəfindən qeyri-ciddi qarşılanır. Ekspertlər hesab edirlər ki, bu təklif hətta reallaşsa belə, uğursuzluğa məhkumdur. Çünki Qafqazda bir-biri ilə müharibə aparan ölkələrin hansısa yeni təşkilatda birləşməsi problemləri həll edə bilməz. Çünki Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya onsuz da bir sıra beynəlxalq təşkilatlarda birgə təmsil olunur, həmin təşkilatların əsasnamələrində dövlətlərin ərazi bütövlüyü, suverenliyi, təhlükəsizlik, sülh, stabillik kimi çoxlu ifadələr var. Söhbət isə ondan gedir ki, bu prinsiplərə riayət edən yoxdur. Rusiya Gürcüstan ərazilərinin bir hissəsini işğal edir, Ermənistan isə illərdir Azərbaycan ərazilərinin bir hissəsində işğalı davam etdirir. Belə görünür ki, Türkiyə diplomatiyası bu təklifi indiki vaxtda məhz ona görə irəli sürüb ki, Ankaranın regiondakı rolunu qabartsın. Xüsusən Rusiyanın regionda güc balansını dəyişdirdiyi bir vaxtda. Digər tərəfdən, Türkiyənin təklifindən məmnun qalan tərəf varsa, o da Ermənistandır. Çünki Türkiyə bu ölkə ilə ikitərəfli rəsmi danışıqlara başlayır, söhbət hansısa regional təşkilat formalaşdırmaq ideyasından getsə belə, ermənilər bu danışıqlarda sözsüz ki, ilk növbədə sərhədlərin açılması məsələsini qaldıracaqlar. Axı bir halda ki, Türkiyə üç Cənubi Qafqaz ölkəsi və Rusiya ilə birlikdə eyni təhlükəsizlik platformasında birləşmək istəyir, o zaman nədən bu platformada yer alan ölkələrin biri ilə sərhədlərini bağlı saxlasın? Türkiyə müxalifətinin lideri Dəniz Baykal deyib ki, AKP Ermənistanla əlaqə qurmaq üçün Azərbaycanın könlünü almaq istəyir. Ərdoğanla prezident İlham Əliyevin görüşünə gəlincə, mətbuata bu barədə geniş açıqlama verilməyib. Görünür, Azərbaycan-Türkiyə münasibətləri, regional məsələlər müzakirə edilib. Günün sonunda iki ölkə prezidenti birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, Azərbaycan prezidenti bildirib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir. Türkiyə-Azərbaycan faktoru bölgədə sülhü və əmin-amanlığı təmin edir: “Türkiyə-Azərbaycan dostluğu iki ölkə arasında əlaqələrin inkişafına təkan verir. Bizim iradəmiz irimiqyaslı enerji və nəqliyyat layihələrinin reallaşmasına yol açıb”. Rəcəb Tayyib Ərdoğan deyib ki, Cənubi Qafqazda sülhün təmin olunması baxımından Azərbaycan və Türkiyənin mövqeyi eynidir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Minsk Qrupunun fəaliyyəti 16 ildir nəticə vermir və bu, bizi düşündürür. Qafqaz Sülh və Əməkdaşlıq Platforması bölgədə sülh və təhlükəsizliyə töhfə verə bilər”. F.MƏMMƏDOV musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı