Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Ərəstun Oruclu: «BTC-nin Azərbaycan hissəsisinin mühafizəsinin NATO-ya verilməsi zərurəti yaranıb» Əbu-Bəkr»ə qumbara atmaqla Azərbaycanda dini qarşıdurma şəraiti yaratmaq istəyirlər» «Əbu-Bəkr» məscidində törədilən terror aktına daha çox regionda davam edən hərbi qarşıdurma konteksindən yanaşılır. Yəni əksər ekspertlər müəyyən xarici qüvvələrin Azərbaycanda dini zəmində qarşıdurma yartmaqda maraqlı olduğunu bildiriblər. Rusiya-Gürcüstan müharibəsinin gedişində belə bir konfliktin kimə lazım ola biləcəyi maraq doğurub. Hadisələrlə bağlı suallarımızı «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu cavablandırır. - Ərəstun bəy, Sizcə, Əbu-Bəkr» məscidindəki terror hadisəsi hansı səbəblərdən törədilib? - Bu hadisəyə ölkədə və regiondakı proseslər kontekstində baxmağın tərəfdarıyam. Ona görə də törədilən terror aktını təxribat hesab edirəm. Məqsəd isə Azərbaycanda dini qarşıdurma şəraiti yaratmaqdır. Bilirsiniz ki, Azərbaycanda müxtəlif təriqətlərin icmaları var və bunlar arasında münasibətlər hər yerdə olduğu kimi ən azı qısqanclıq zəminində inkişaf edir. Bu qarşıdurmanı yaratmaqla regiondakı bir sıra pozucu qüvvələrin fəaliyyətini həyata keçirmək istəyirlər. - Konkret hansı siyasi çevrələrin maraqları ola bilər? - Ümumiyyətlə, düşünürəm ki, bu hadisədə daha çox regionda marağı olan və qüvvələrini itirən Rusiyanın, həm də təsir imkanlarını genişləndirmək istəyən ekstremist qüvvələrin rolu ola bilər. Təkrar edirəm, bunlar ehtimaldır. Amma hər halda hadisədə xarici qüvvələrin iştirakı açıq-aşkar görünür. Diqqət yetirdinizsə, «Əbu-Bəkr» məscidində baş vermiş terror aktı ilə bağlı Qərb dövlətləri reaksiya verərək hadisəni pislədi. Amma regionda marağı olan digər dövlətlər susdu. - Ancaq informasiyanı ilk dəfə Rusiya yaydı... - Təbii ki, Rusiya bir çox məsələlərlə bu məsələyə diqqətlə yanaşa bilər. Birincisi, Rusiyanın daxilində müxtəlif dini icmaların kifayət qədər fəal olması və siyasiləşməsi məlumdur. Təkcə Çeçenistan və Dağıstanı götürsək, bu bölgələr dini və təriqət baxımından parçalanıb. Bu, Rusiyanın özü üçün də problemdir. Ona görə də rəsmi Moskva bu cür prosesləri izləməkdə və müdaxilə etməkdə maraqlıdır. - Yəni prosesləri Azərbaycana yönəltmək istəyir? - Ola bilər. Amma güman ki, bu, tək Rusiyanın daxili marağından yox, həm də bölgədəki geosiyasi marağından irəli gəlir. Təkrar edirəm, bunlar ehtimaldır. Hələki hadisə tam araşdırılmayıb, ortada ciddi faktlar, dəlil və sübutlar yoxdur. Ona görə də bu barədə yalnız ehtimalla danışmaq olar. Amma istənilən halda demək istəyirəm ki, terror aksiyasının arxasında regiondakı sabitliyi pozmaq və ənənəvi dini tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycan cəmiyyətində dini qarşıdurma meylləri yaratmaqdır. - Baş verən olayın arxasınca etnik-dini zəmində konfliktlərin yaranması ehtimalı nə səviyyədədir? - Etnik-dini zəmində münaqişələrin texnologiyası var. Məsələn, əsrlər boyu bir yerdə yaşamış gürcülərlə osetinlərin arasında münasibətlərə baxın, bu xalqlar biri-birinə çox inteqrasiya olunmuş icmalar idi. Amma hansı facəvi münaqişələr yarandı. Deməli, bu münaqişələrin yaradanlar bütün konflikt yaradan texnologiyalardan sona qədər istifadə etdilər. Təəssüf ki, son nəticədə uğura nail oldular. Eyni şeyi Azərbaycanda da törətmək olar. Ümumiyyətlə, regiondakı etno siyasi münaqişələrə baxsaq, onların hər birinin yaranmasında və bu günə qədər qorunub saxlanmasında, hətta lazım olduqda kəskinləşməsində maraqlı dövlət açıq-aşkar Rusiyadır. - Bəs Azərbaycanın xüsusi xidmət orqanlarının durumu təminat verirmi ki, strateji obyektlər normal müdafiə olunsun? - Gəlin, daha dəqiq olsun deyə strateji maraqlardan danışaq. Azərbaycanın strateji marağı ondan ibarətdir ki, ölkənin daxilində heç bir etnik münaqişə ocağı yaranmasın. Hesab edirəm ki, Azərbaycan dövlətinin gücü və bu cür münaqişənin qarşısını almağa yetərincə imkanı var. Təbii ki, güc dedikdə sırf kobud gücdən danışmıram, mən hakimiyyətin müxtəlif mexanizmlərini nəzərdə tuturam. Bunlara baxmayaraq bizim potensial rəqibimiz bu sahədə böyük təcrübəsi olan böyük dövlətdir. Bu dövlətin Azərbaycanda sabitliyi pozmaq maraqları önə çıxarsa, onda hakimiyyətin təhlükəsizlik orqanları son dərəcə fəallıqlarını artırmalıdırlar ki, proseslərin qarşısını alsınlar. Əsas məsələ isə preventiv tədbirlərdir. Təcrübə göstərir ki, münaqişə başlandıqdan sonra bunu çözmə şansları sürətlə azalır. Ən etibarlı vasitə bu münaqişələrdə profilaktik tədbirlərin həyata keçirilməsidir. - Bu tədbirlər nədən ibarət olmalıdır? - Profilaktik tədbirlər dedikdə kütləvi repressiyaları nəzərdə tutmuram. Çünki bu addımlar çox səmərəsiz vasitələrdir, yalnız ilk baxışdan səmərəli görünür. Yəni repressiyalar münaqişəni qızışdırmağa yönələn tədbirlərdir. Bu sırada həmin etnoslar arasında ziyalılarının, hakimiyyət nümayəndələrinin iş aparması önəmlidir. - Onlar bunu bacaracaqlarmı? - Təbii ki, demokratik dəyərlərin, hüquqi mexanizmlərin bərqərar olunması baxımından dövlətimizin və cəmiyyətimizin ciddi qüsurları var. Ən azından Qarabağ müharibəsi və bu kontestdə ərazi bütövlüyümüzə olan münasibət göstərdi ki, ölkədə yaşayan böütün millətlər Azərbaycanı öz vətəni kimi qəbul edir. Mənə elə gəlir ki, bu, münaqişələrdən qaçmaq üçün kifayət qədər önəmli bir zəmindir. - Gürcüstan hadisələri baxımından yanaşdıqda Rusiyanın Azərbaycana hərbi müdaxiləsi nə dərəcədə gözləniləndir? - Hesab edirəm ki, bu ehtimalın nə dərəcədə olub-olmamasından asılı olmayaraq Azərbaycan dövləti özünün müdafiə mexanizmlərini hazırlıqlı vəziyyətdə saxlamalıdır. Rusiya çox məkrli siyasət aparan dövlətdir və rəsmi Moskva artıq əndazədən çıxıb. Bu günə qədər özünü dünyada mələk kimi təqdim edən Rusiya Gürcüstanda özünün əsl simasını göstərdi. Bundan sonra Rusiyanın Azərbaycana və digər kiçik dövlətlərə müdaxiləsi bu, artıq ehmalən istisna olunmayan variantdır. Sadəcə, Azərbaycan dövləti xarici siyasət prioritetlərini müəyyənləşdirməlidir. Çünki bu gün regionun geosiyasi taleyi həll olunur. Bu baxımdan hər bir region dövlətin konkret mövqeyinə ehtiyac var. Bu mövqe olmayan yerdə bütün böyük dövlətlər tərəfin inkişaf etməmiş kiçik və zəif ölkələri, o cümlədən Azərbaycan və Ermənistan təzyiqlərə məruz qalacaqdır. Ona görə də prioritetlərin müəyyənləşməsi, müdafiə qabiliyyətinin güclənməsi və həm də məmurların cəmiyyətə olan əsasız basqılarının aradan qaldırılması son dərəcə önəmli məmələdir. Bir növ milli barış həyata keçirilməlidir. - Ölkədəki rejim bu istiqamətdə addım atacaqmı? - Getməlidir. Əks təqdirdə rejim özünü də iflasa uğradacaq, ölkəni də. - BTC-nin Türkiyə hissəsində partladılması və Gürcüstandakı hadisələri nəzərə alsaq, kəmərin Azərbaycan hissəsisinin mühafizəsinin NATO-ya etibar olunmasına zərurət yaradıbmı? - Bu, zəruridir. Hakimiyyətin buna gedib-getməsəyini isə söyləmək çətindir. Amma bu, artıq həyati məsələdir. Rusiya göstərdi ki, Qərbin enerji diversifikasiya siyasətini iflasa uğratmaq üçün hər addım atmağa hazırdır. Yaxşı, tutalım ki, Rusiya Gürcüstanla münaqişədə olduğundan bu ölkəyə zərbələr endirir. Bəs kommunikasiya xətlərini və körpüləri niyə partladır, yaxud niyə limanlar və portlar nəzarətdə saxlanılır? Deməli hədəf həm də Azərbaycandır. Rusiya artıq Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirdir. Sadaladıqların kifayət edlir ki, Rusiyanın təcavüzünün olmasını fakt kimi nəzərə alaq. Digər məsələ isə bu ölkənin Azərbaycanla sərhəddinin bağlamasıdır. Təbii ki, söhbət digər MDB vətəndaşlarından gedir. Hər halda bu qərar yaxşı tendensiya deyil. Çünki Rusiya bu yaxına qədər Azərbaycanı özünə tərəfdaş dövlət hesab edirdi, tərəfdaş dövlətə qarşı isə bu cür etimadsızlıq göstərilmir. Natiq CAVADLI bizimyol
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
47 iranlı İsrailə köçdü
Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
İranlı qadın müğənniyə həbs cəzası verildi
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
AlArabiya: Yəməndə PUA hücumları və toqquşmalarda 200-dən çox Husinin öldürüldüyü bildirilir
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İki şəhərdə üç məhbus edam edildi