Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Dünən Bakıda birgünlük səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş olub. Səfər zamanı Ərdoğanı Türkinin xarici işlər naziri Əli Babacan müşayiət edib. Danışıqlarda iki ölkə arasında münasibətlər, regiondakı vəziyyət, iki ölkənin birgə həyata keçirdiyi layihələrin təhlükəsizliyi, Türkiyənin irəli sürdüyü Qafqaz İttifaqının yaradılması ideyası və digər məsələlər müzakirə olunub. Zuğulbadakı prezident iqamətgahında keçirilən görüşdən sonra Əliyevlə Ərdoğan mətbuat üçün birgə bəyanatla çıxış ediblər. Bəyanatda vurğulanır ki, Türkiyə-Azərbaycan faktoru bölgədə sülhü və əmin-amanlığı təmin edir: "Türkiyə-Azərbaycan dostluğu iki ölkə arasında əlaqələrin inkişafına təkan verir. Bizim iradəmiz irimiqyaslı enerжi və nəqliyyat layihələrinin reallaşmasına yol açıb". Ərdoğanın sözlərinə görə, Cənubi Qafqazda sülhün təmin olunması baxımından Azərbaycan və Türkiyənin mövqeyi eynidir: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Minsk qrupunun fəaliyyəti 16 ildir nəticə vermir və bu, bizi düşündürür. Qafqaz Sülh və Əməkdaşlıq Platforması bölgədə sülh və təhlükəsizliyə töhfə verə bilər". Türkiyə, Azərbaycan və Gürcüstan arasında önəmli əməkdaşlığın mövcud olduğunu deyən Ərdoğan inanır ki, həmin platforma çərçivəsində bu əməkdaşlıq daha da inkişaf etdiriləcək:"Rusiya və Gürcüstan tərəflərinin bu təklifə müsbət yanaşdığını məmnuniyyətlə müşahidə etdik. Bu gün həmin mövzunu əziz qardaşım, hörmətli İlham Əliyevlə ətraflı şəkildə müzakirə etdik. Azərbaycanın da bu təklifə müsbət yanaşması bizi sevindirmişdir" (AzərTAc). Gürcüstanda baş verən hadisələrə münasibətini açıqlayan prezident Əliyev bildirib ki, Azərbaycan Gürcüstanda həyatın normal axara dönməsini istəyir: "Biz istəyirik ki, qarşıdurmaya son qoyulsun. Gürcüstan və Rusiyanın hər ikisi ilə bizim dostluq münasibətlərimiz var. Biz çox istəyirik ki, dostlarımız öz aralarında da dost olsunlar. Son günlərin hadisələri bir daha təsdiqlədi ki, regionda sabitlik nə dərəcədə həssas məsələdir". Birgə layihələrin icrası üçün regionda sabitliyin vacib olduğunu vurğulayan Əliyev Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü tanıdığını və münaqişələrin sülh yolu ilə həllini istədiyini qeyd edib. Xatırladaq ki, Cənubi Qafqazda vəziyyətin gərginləşməsinin ilk günlərində Türkiyənin baş naziri "Qafqaz İttifaqı" yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Daha sonra Ərdoğan Moskvaya səfər edərək Rusiya prezidenti Dmitri Medvedyevlə, oradan isə Tiflisə uçaraq Gürcüstan prezidenti Mixail Saakaşvili ilə regiondakı vəziyyəti sabitləşdirməyin yollarını və "Qafqaz alyansı" təklifini müzakirə etmişdi. Qeyd edək ki, Ərdoğan Alyans təşəbbüsü ilə Cənubi Qafqaz ölkələrini, həmçinin Rusiya, ABŞ və Türkiyəni bir araya gətirmək istəyir. Hələ Gürcüstanda olarkən Türkiyənin baş naziri Gürcüstandakı vəziyyəti və təklifini müzakirə etmək üçün Azərbaycana səfər edəcəyini bəyan etmişdi. Dünən səhər Bakıya səfər ərəfəsində Ankara hava limanında жurnalistlərə açıqlamasında Ərdoğan bildirmişdi ki, prezident İlham Əliyevlə bölgədə gedən son proseslərlə bağlı müzakirələr aparacaq:"Cənab Əliyevlə həmçinin bölgənin problemlərinin həlli yolu olaraq gördüyümüz Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması barədə də fikir mübadiləsi aparacağıq. Gürcüstandakı son vəziyyət Qafqaz regionun daimi sülh və sabitliyə son dərəcə ehtiyacı olduğunu göstərdi. Bu sabitlik həm də Türkiyənin milli mənafeyinə cavab verir. Moskva və Tiflisə səfərlərim zamanı tərəflərə Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının bölgədə uzunmüddətli sülh və sabitliyə gətirib çıxaracaq bir platforma olduğunu söylədik. Hər iki tərəf belə bir formatda təmsil oluna biləcəklərini söylədilər, yəni tərəflərin təklifə münasibəti müsbətdir. Beş ölkənin iştirakı ilə yaradılacaq formatın təməl əsaslarını da birlikdə yaratmaq niyyətindəyik" (APA). Ərdoğan bu məsələ ilə əlaqədar Ermənistanla da danışıqlar aparılacağını bildirib: "Bu həftə xarici işlər nazirimiz Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşəcək. Bu görüşdən sonra Ermənistanla keçirəcəyimiz görüşün vaxtı məlum olacaq". Düşmənlə pakt... Müşahidəçilər Ərdoğanın "Qafqaz İttifaqı" və ya özünün ifadə etdiyi kimi "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması" təklifinin gerçəkləşəcəyinə şübhə ilə baxırlar. Ymumiyyətlə, Türkiyənin baş nazirinin hansı təmələ söykənərək regionda Bakı, Tiflis, İrəvan, Ankara və Moskva arasında hansısa paktın imzalana biləcəyinə ümid etməsi qaranlıqdır. Bəllidir ki, regiondakı layihələrə milyonlarla dollar pul tökən Türkiyə bölgədə təsirini artırmağa, Rusiya isə Qafqazı nəzarətindən çıxarmamağa çalışır. ABŞ və Avropa Birliyi ilə münasibətlərində problemlər yaşayan Ankara bəlkə də Moskva ilə müəyyən mənada dil tapa bilər. Lakin bütünlükdə Cənubi Qafqazda həm region dövlətlərinin, həm də burada təsir dairəsi uğrunda mübarizə aparan dövlətlərin maraqlarını uzlaşdırmaq çətin işdir. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və uzun illərdən bəri aparılan Qarabağ danışıqlarının bir nəticəsi yoxdur. Ermənistanın Türkiyəyə qarşı iddiaları, torpaq tələbləri də məlumdur. Bakı və Ankarının İrəvanla diplomatik münasibətləri yoxdur. Rusiya isə Gürcüstanın - suveren bir ölkənin torpaqlarını faktiki olaraq işğal edib. Regiondakı dövlətlərin xarici siyasət kursları da fərqlidir: Gürcüstan qərbyönümlü, Ermənistan rusiyayönümlü, Azərbaycansa balanslı siyasət aparır. Türkiyə NATO üzvü olsa da, ABŞ və AB ilə münasibətləri gərgindir və bu fonda Moskvaya münasibətdə komplementar siyasət aparmağa çalışır. Moskva isə Vaşinqtonla bölgəni təsir altına salmaq uğrunda az qala ölüm-dirim savaşına başlayıb. Digər tərəfdən, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə davam edən Rusiyanın imperiya ambisiyaları göz önündədir. Belə bir situasiyada region dövlətlərinin strateжi hədəfi Rusiyanın təsirindən çıxmaq, Moskvanın regiondakı nüfuzunu zəiflətməklə bağlı olmalıdır. Vəfa Quluzadə: "Ərdoğan Moskvanın sifarişi ilə işləyir" Politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyənin baş naziri özünü "düzgün" aparmır. "Əgər regionda Rusiya ilə Gürcüstan, Azərbaycanla Ermənistan arasında müharibə gedirsə, Qafqazda əməkdaşlıq təklifi ilə necə çıxış etmək olar. Mənə elə gəlir ki, Ərdoğan Moskvanın sifarişini yerinə yetirir. Son hadisələr göstərir ki, Ərdoğan daha çox rusiyameyllidir, nəinki Lukaşenko. Sonuncu heç olmasa, bütün gücü ilə Moskvaya müqavimət göstərir, Ərdoğan isə bütün varlığı ilə Kremlin mərhəmətinə təslim olub",-deyə Türkiyənin hökumət başçısının Bakıya səfərini "1news.az"a şərh edən V.Quluzadə bildirib. Politoloq iddia edir ki, bir müddət sonra "Ərdoğan Gürcüstanın əvəzinə Türkiyəni MDB üzvü etsə, təəccüblənməyəcək":"Xalqımızı xəbərdar etmək istəyirəm, Türkiyə yenə bizi Rusiyaya sata bilər. Görünür, bu - ilk münasib şəraitdə Azərbaycanı satmaq onun tarixi roludur". Bədbinləşmiş Vəfa müəllim daha sonra bildirib:"Hər dəfə daha çox əmin oluram ki, özümüzdən başqa heç kim bizə kömək etməyəcək. Vəziyyə çox, lap çox mürkkəbdir. 20-ci il təkrar olunur. Rusiya yenidən bizi işğal etməyə hazırdır. Odur ki, biz ayıq olmalıyıq. Müstəqilliyimiz üzərində yenidən təhlükə yaranıb. Və hazırkı situasiyada bizim üçün ən başlıcası susmaq və Kremlin Qafqazdakı avantürasının nə ilə başa çatacağını gözləməkdir". Kəmərləri necə xilas etməli? Bəzi müşahidəçilərə görə, Ərdoğanın Bakıya səfərinin əsas səbəblərindən biri Azərbaycan və Türkiyə üçün böyük önəmə malik regionun neft-qaz və nəqliyyat marşrutlarının təhlükəsizliyinin təminatı ilə bağlıdır. Xatırladaq ki, Gürcüstandakı situasiya ilə bağlı Bakı-Supsa neft kəməri dayanıb. BTC-nin Türkiyə hissəsindən keçən hissəsində baş verən yanğınla bağlı əsas ixrac boru kəməri ilə 15 gündür ki, neft nəql edilmir. Dəmir yolu xətləri də əngəllərlə üzləşib. Rus qoşunlarının Gürcüstanda dəmir yolu körpüsünü bombalaması nəticəsində Azərbaycanın neft vaqonları sərhəddə dayanıb. Bəzi müşahidəçilərə görə, Rusiyanın son addımları "Nabucco" layihəsinin taleyini də sual altına salır. Bir sözlə, strateжi layihələrimizin, ilk növbədə neft-qaz kəmərlərimizin təhlükəsizliyinin təminatı məsələsinə yenidən baxılmasına ehtiyac yaranıb. Digər tərəfdən, Qazaxıstan və Türkmənistan regiondakı situasiyanı, ilk növbədə BTC ətrafındakı vəziyyəti diqqətlə izləyirlər. Rusiyanın tövrü Astana və Aşqabadı energi resurslarını Azərbaycan və Gürcüstandan keçməklə Avropaya nəql etməkdən çəkindirə bilər. Qeyd edək ki, NATO dəfələrlə strateжi boru kəmərlərinin mühafizəsində iştirak etmək istədiyini bildirmişdi. Belə görünür ki, hərbi Alyansın nə isə bildiyi varmış. Ekspertlərə görə, Vaşinqton Rusiyanın kəmərlərə müharibə elan etməsinə imkan verməyəcək. Xəzərin karbohidrogen ehtiyatlarının Rusiyadan yan keçməklə Avropaya nəqli kimi tarixi hadisədə böyük payı olan ABŞ çətin ki, Moskvanın planlarına imkan versin. Bunun üçün Rusiya ABŞ-ı regiondan sıxışdırıb çıxarmalıdır. Buna isə heç Kremldə də inanmırlar. Güman ki, regiondakı gərginlik payızadək - ABŞ-da keçiriləcək prezident seçkisinədək davam edəcək. Əgər seçkidə "qoca quzğun" - respublikaçı Makkeyn qalib gələrsə, ABŞ-ın Cənubi Qafqaz uğrundakı mübarizəsi daha da sərt olacaq. X.Rüstəm express
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi