Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzündən sonra yaranan mürəkkəb vəziyyət regionda geniş maraqları olan Qərb dairələrini proseslərə daha aktiv müdaxilə etməyə vadar edir. Birləşmiş Ştatların sərt bəyanatlarından və Avropa Birliyindən gələn tənqidi çıxışlardan sonra Qərbin əsas güc faktoru - NATO Rusiya ilə münasibətləri əsaslı şəkildə təftiş etmək qərarına gəlib. Dünən Brüsseldə (Belçika) bir araya gələn alyans ölkələrinin XİN rəhbərləri Rusiyanın son hərəkətləri ilə bağlı atılacaq addımları gözdən keçiriblər. NATO Xarici İşlər Nazirləri Şurası ABŞ-ın təşəbbüsü ilə toplanıb və əsas müzakirələr də Amerika tərəfin hazırladığı bəyannamə layihəsi ətrafında gedib. Toplantıda Gürcüstanın XİN başçısı Eka Tkeşelaşvili də iştirak edib, Rusiya tərəfdən isə müzakirələrə heç kim dəvət edilməmişdi. ABŞ dövlət katibi Kondoliza Raysın təqdim etdiyi sənəddə Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətinin pislənməsi, Rusiyanın güc tətbiqinin həddən artıq sərt addım kimi qiymətləndirilməsi, Gürcüstanın ərazi bütövlüyü prinsipinin dəstəklənməsi, Rusiyaya qarşı siyasi sanksiyaların tətbiqi kimi məsələlər yer almışdı. Moskvaya qarşı mümkün sanksiyalar arasında NATO-Rusiya Şurasının fəaliyyətinə xitam verilməsi, Rusiya ilə kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığın dayandırılması kimi addımlar var. "Rusiyanın Gürcüstanda həyata keçirdiyi hərbi aksiya mövcud vəziyyətə qeyri-proporsional olmaqla yanaşı, bu ölkənin regionda oynamaq istədiyi sülhyaratma missiyasına tamamilə ziddir", - deyə toplantının bəyannaməsində vurğulanır. Alyansın Rusiyadan ilk tələbi isə bu ölkənin Gürcüstan ərazisindəki hərbi qüvvələrini qeyd-şərtsiz və təcili çıxarması ilə bağlıdır. Məlum olduğu kimi, avqustun 8-də Cənubi Osetiyada müharibənin alovlanmasından sonra bölgəyə çoxlu sayda ordu hissələri yeridən Rusiya gürcü qüvvələrini təkcə bu ərazidən deyil, həm də Cənubi Osetiya və separatçı Abxaziya yaxınlığındakı şəhərlərdən vurub çıxararaq ölkənin böyük bir hissəsini faktiki işğal etmişdi. Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə tərəflər arasında avqustun 12-13-də əldə olunmuş atəşkəs razılaşmasına görə, Rusiya qoşunlarının Gürcüstan ərazisini tərk etməsi nəzərdə tutulsa da, Moskva bu razılaşmaya əməl etməyə tələsmir. ABŞ dövlət katibi Rays NATO toplantısı öncəsi Rusiyanı bir daha Gürcüstana qarşı təcavüzə son qoymağa çağıraraq əks təqdirdə bu ölkənin alyansdan "çox ciddi xəbərdarlıq" alacağını bildirmişdi: "Rusiya çox təhlükəli oyun oynayır və Qərb Rusiyaya Şimali Qafqaz münaqişəsində qarşısına qoyduğu strateji hədəflərə nail olmağa imkan verməyəcək". Rusiyanın Gürcüstana müdaxiləsini demokratiyaya hücum kimi dəyərləndirən Rays bu addımın bütövlükdə region əhalisinin gözünü qorxutmağa hesablandığını vurğulayıb. O nəzərə çatdırmışdı ki, NATO toplantısında Rusiya rəhbərliyini Gürcüstandan qoşunları çıxarmaq barədə öhdəliyə əməl etməyə inandırmaq yolları müzakirə olunacaq. Alyansın Rusiyaya xəbərdarlıq addımları sırasında Gürcüstanın NATO-ya qəbulu da gözdən keçirilir. Artıq Qərbdə əksər dairələr bu qənaətdədir ki, bu ilin aprelində NATO-nun Buxarest sammitində Gürcüstana (və Ukraynaya) Üzvlük Üçün Hazırlıq Planının verilməməsi Rusiyanın ambisiyalarını şirnikləşdirib və bunun nəticəsi də göz qabağındadır. Dünənki müzakirələrin yekunu olaraq alyans üzvləri Gürcüstanı öz sıralarına qəbul etmək niyyətlərini bir daha bəyan ediblər. Bununla belə, bunun nə vaxt gerçəkləşməsi məsələsində alyans daxilində müəyyən fikir ayrılığı qalmaqdadır. ABŞ, onun Avropadakı ən yaxın müttəfiqi Britaniya, eləcə də əksər Şərqi Avropa ölkələri (Çexiya və Slovakiyanı çıxmaqla) Gürcüstanın (eləcə də Ukraynanın) ən yaxın vaxtlarda NATO-ya qəbuluna tərəfdar olsalar da, Almaniya, İtaliya və Fransa bu məsələdə tələskənliyin və Rusiyaya qarşı sərt addımların bütövlükdə Avropanın təhlükəsizliyi üçün mənfi nəticə doğuracağından ehtiyatlanırlar. Rusiyadan ciddi şəkildə enerji (neft-qaz) asılılığı olan ölkələr Rusiya ilə münasibətlərin kökündən korlanmasını istəmirlər. Böyük Britaniyanın XİN başçısı Devid Milibend də bildirib ki, onun ölkəsi Rusiyanın təcridinə qarşı çıxır və onunla əməkdaşlığı real variant sayır. Eyni zamanda, o, Gürcüstanın NATO-ya qəbulu məsələsində alyansda prinsipial fikir ayrılığının olmadığını deyib. Dünənki toplantının yekununda NATO-Gürcüstan komissiyasının yaradılması barədə qərar qəbul olunub. Bu qurum Gürcüstanın alyansa üzvlük prosedurunun sürətlənəcəyinə işarədir. Toplantıda həmçinin NATO-nun Gürcüstanın müdafiə qabiliyyətinin artırılması üçün silah və hərbi texnika göndərməsi məsələsinin də müzakirə edildiyi bildirilir. Lakin ümumilikdə Qərb dairələrində əksər mövqe bundan ibarətdir ki, ABŞ Cənubi Osetiyanı Gürcüstanın tərkibinə qaytarmaq üçün Rusiya ilə açıq mübarizə aparmağa hazır deyil. "The Washington Post" qəzetinin yazdığına görə, Buş administrasiyasının indiki vəziyyətdə gürcülərə göstərəcəyi ən böyük kömək bu ölkənin NATO-ya qəbuluna nail olmaqdır. NATO-nun Moskva ilə necə davranmaq yollarını müzakirə etdiyi vaxtda Rusiya qoşunlarının, nəhayət, Gürcüstan ərazisini tərk etməyə başladığı barədə xəbərlər yayılıb. "Reuters"in məlumatına görə, dünən axşamüstü Rusiya tankları Qori şəhərini tərk etməyə başlayıblar. Rusiya hərbi komandanlığından qoşun hissələrinin Qori-Sxinvali-Vladiqafqaz (Şimali Osetiya) marşrutu ilə geri çəkiləcəyi bildirib. Lakin bu prosesin nə vaxt yekunlaşacağı bildirilmir. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev bazar günü Fransa prezidenti Nikola Sarkozi ilə telefon danışığı zamanı qoşunların avqustun 18-dən etibarən Gürcüstan ərazilərindən geri çəkiləcəyinə dair növbəti vəd vermişdi. Hələlik Rusiya qüvvələri işğal edilmiş Qori şəhərində, habelə Tbilisinin 35-40 km-dəki Senaki, Zuqdudi, Xaşuri və Potidə qalmaqda davam edir. Dünən həmçinin Rusiya və Gürcüstan hərbçiləri 8-12 avqustdakı silahlı toqquşmalarda əsir götürülmüş hərbçilərin mübadiləsi baş tutub. Verilən məlumata görə, Tbilisinin 45 km-də, iki ölkənin hərbi qüvvələrinin üz-üzə dayandığı ərazidə gerçəkləşən mübadilə nəticəsində gürcü tərəfi 5 rusiyalı hərbçini, o cümlədən 2 hərbi pilotu, Rusiya tərəfi isə 15 gürcü hərbçini qarşı tərəfə təhvil verib. Bu arada Rusiyanın Gürcüstan və Azərbaycanla sərhəd-keçidində məhdudiyyətlər tətbiq etdiyi xəbər verilir. Rusiyanın baş naziri Vladimir Putin imzaladığı sərəncama əsasən, avqustun 18-dən etibarən xarici ölkə vətəndaşları (MDB ölkələrinin vətəndaşları istisna olmaqla) Azərbaycan və Gürcüstan ərazisindən Rusiyaya daxil ola bilməzlər.Rusiya tərəfi bunu beynəlxalq terror təşkilatları üzvlərinin ölkəyə daxil olmasının, silah keçirməsinin və təxribat törətməsinin qarşısını almaq məqsədilə edildiyini bildirib. Vüqar ORXAN 525
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi