Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
İşğalçı Rusiya və "forpost" Ermənistan isə daim bölgədə sülh və sabitliyin əldə olunmasına əsas əngəldirlər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın Gürcüstan torpaqlarını işğal etdiyi bir dönəmdə "Qafqaz Sabitlik və İşbirliyi Platformu" təklifini irəli sürüb. Bu təklif üç Cənubi Qafqaz ölkəsi, Türkiyə və Rusiyanın əməkdaşlığını nəzərdə tutur. Bəs bu təklifin gerçəkləşməsi ehtimalını necə qiymətləndirmək olar? Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı həmkarı Vladimir Putin ideyaya müsbət yanaşdığını söyləyib. Ancaq tarixi keçmiş və günümüzün reallıqları həmin ideyanın prespektivsizliyini ortaya qoyur. Xatırladaq ki, Qafqazda "Qafqaz evi" ideyasını ilk dəfə 1915-ci ildə türk feldmarşalı Fuad Paşanın təşəbbüsüylə gündəmə gətirilib və Azərbaycan, Gürcüstan və Şimali Qafqaz nümayəndələrinin iştirakıyla İstanbulda "Qafqaz Komitəsi"nin, qısamüddətli (24 fevral-26 may) Qafqaz Federasiyasının (Zaqafqaziya Seymi) yaradılması Qafqaz xalqlarının birlik arzularının təzahürü idi. Ramiz Mikayıloğlu Amma Cənubi Qafqazın üç əsas dövləti arasında ziddiyyətlər, Ermənistanın Rusiya orientasiyası Qafqaz Konfederasiyasının yaradılmasına mane olub, Avropanın buraya marağını azaldıb. Elə 1922-1936-cı illərdə bolşeviklər zorən qeyri-müstəqil Zaqafqaziya Sovet Sosialist Respublikasını yaradıblar. Sonrakı illərdə Qafqazın birliyi ideyası formalaşıb, 1921-ci ildə Parisdə Qafqaz Şurası təşkil olunub. 1927-ci ildə Polşada Azərbaycandan M.Ə.Rəsulzadə, M.Ə.Mehdiyev, Gürcüstandan N.Jordaniya, A.Çxenkeli, A.Asantnai, S.Mdivani, Şimali Qafqazdan M.Şunsev, İ.Xumşov olmaqla Ümumi Qafqaz Evi ideyası əsasında Müstəqil Qafqaz Komitəsi yaradılıb. Mühacirlər Qafqazın birləşməsi ideyasını təbliğ edən "Yeni Qafqaz" jurnalının nəşrinə başlayıblar. 1935-ci ildə Azərbaycan, Gürcüstan və Şimali Qafqazın milli təşkilatlarından ibarət Qafqaz Federasiyası Şurası formalaşıb, əsas məqsəd konfederativ əsaslı müstəqil Qafqaz Respublikasının elan edilməsi idi, 1940-cı ildə bu şuraya Ermənistan təşkilatları da qoşulub. Qafqazın müstəqilliyi, birləşməsi ideyası daim Rusiyanın təzyiqləri, təxribatlarıyla üzləşib. 1989-cu ildən başlayaraq Abxaziyada Qafqazın dağlı xalqlarının uğursuz toplantısı, 1992-ci ildə Çeçenistan prezidenti Cöhər Dudayevin rəhbərliyi ilə Qroznıda "Ümumi Qafqaz evi" təşkilatının konfransının çağırılması, "Ümumi Qafqaz evini"nin forum kimi qeydiyyata alınması yönündə proseslər Çeçenistanda müharibənin başlanması ilə dayanıb. Sonralar Gürcüstan və Azərbaycanda konfranslar keçirilib, Qafqazda etnik proseslərin baş verməməsi üçün "Ümumi Qafqaz evi"nin yaradılması ilə bağlı təşəbbüslər səslənib. Amma proseslər göstərdi ki, Şimali Qafqazın siyasi cəhətdən Cənubi Qafqazdan ayrılması və regiondakı mövcud konfliktlər Qafqazda inteqrasiya proseslərinə ciddi əngəldir. Xatırladaq ki, sabiq prezident Heydər Əliyevin təşəbbüsüylə 1996-cı ilin mart ayında Azərbaycan və Gürcüstan prezidentləri "Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında" Tiflis bəyannaməsini imzalayıblar və Ermənistan da bu təşəbbüsə qoşulmağa dəvət edilib. Təxminən eyni vaxtda Rusiya Federasiyası "Qafqaz dördlüyü" (Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan) formulunu ortaya atıb. Prezidentlərin bir neçə görüşündən sonra bu formul da siyasi gündəmdən çıxarılıb. ATƏT-in İstanbul zirvə toplantısı zamanı, 1999-cu ilin noyabrında sabiq prezident Heydər Əliyev "Cənubi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktını" imzalamağı təklif edib. "Qafqaz Sabitlik Paktı" kimi tanınan bu sənəddə xarici hərbi qüvvələrin (yəni Rusiyanın) buradan çıxarılması, üç Qafqaz dövlətindən başqa Türkiyə, Rusiya, ABŞ və Avropa Birliyinin bu sənədə qoşulması nəzərdə tutulub. Ermənistan prezidenti buraya İranın da qoşulmasını təklif edib. Nəticədə "Qafqaz Sabitlik Paktı" ilə bağlı işləri yekunlaşdırmaq mümkün olmayıb. 2002-ci ilin aprelində isə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Trabzonda keçirilən zirvə toplantısında bu ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, Qafqazda sülh və sabitliyin təmin olunması, iqtisadi rifahın yüksəldilməsi məsələləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb. Göründüyü kimi, tarixən Rusiya və onun əlaltısı rolunda çıxış edən Ermənistan bu ideyaların gerçəkləşməsində əsas maneə olub və bu gün də olmaqdadırlar. Məsələn, bu gün Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, qondarma "soyqırım" təbliğatı aparır. Nəticədə İrəvan Bakı münasibətləri düşmənçilik səviyyəsindədir, Ankara da 14 ildən çoxdur ki, yuxarıda sadalanlara görə həmin ölkəylə diplomatik əlaqələri kəsib, quru sərhədlərini bağlayıb. Başqa tərəfdən, Rusiya bu gün Azərbaycan və Gürcüstanda etnik münaqişələrin yaradıcısı və onların arxasında duran əsas gücdür. Məhz Moskva bu ölkələrin ərazi bütövlüyü üçün təhlükə yaradır. Gürcüstanda baş verən son olaylar bunu bir daha çılpaqlığıyla ortaya qoydu. Uluslararası Strateji Araşdırmalar Qurumunun mütəxəssisi Həsən Səlim Özərtəm də Türkiyənin münaqişə zamanı tərəf tutmamasını və "Qafqaz Sabitlik və İşbirliyi Platformu" təklifilə gələcəkdə hər iki tərəfi eyni masaya oturdaraq problemdən çıxış yolu axtarması cəhdini təqdir edib. ASAM mütəxəssisi Həsən Kanbolat Türkiyənin Qafqazdakı döyüşlərin qarşısını almaq üçün "Qafqaz Evi" platformasına dəstək verməsinə ehtiyac olduğunu deyib. Bilkənt Universiteti Beynəlxalq Əlaqələr Bölməsinin müəllimi Həsən Əli Karasar isə Türkiyənin Qafqazdakı böhranda vasitəçiliyə cəhd etməməsini və bu cür cəhdlərdən uzaq durması fikrini dəstəkləyir. Türkiyənin belə bir hərəkətlə enerji və iqtisadi sahədə önəmli ortağı olan Rusiyanı özündən uzaqlaşdıra biləcəyini vurğulayan Həsən Əli Karasar rəsmi Ankaranın humanitar yardımları önə çıxarmasının vacibliyinə işarə edib. Türk mütüxəssisləri rəsmi Ankaranın ortaya qoyduğu "Qafqaz Sabitlik və İşbirliyi Platformu" ilə bağlı da fərqli fikirlər söyləyirlər. Bilkənt Universitetinin nümayəndəsi Karasar deyir ki, bu təklif bölgəyə yönəlik siyasət baxımından önəmli bir fürsətdir. Həsən Səlim Özərtəm təklifin bölgədə qeyri- sabitliyin qarşısını almaq məqsədi güddüyünü, amma bu məsələnin beynəlxalq miqyasda geniş müzakirə olunmasının, təkmilləşməsinin vacibliyini söyləyib. ASAM mütəxəssisi Həsən Kanbolat isə baş nazir Rəcəb Tayyib Ərdoğanın 11 avqustda "Qafqaz İttifaqı", prezident Gülün 12 avqustda "Qafqaz Sabitlik Forumu" və yenə baş nazir Ərdoğanın 13-14 avqustda "Qafqaz Sabitlik və İşbirliyi Platformu" təklifilə çıxış etdiyini xatırladaraq və üç ayrı ifadəyə diqqəti çəkərək Türkiyənin bu məsələ ilə bağlı siyasətinin hələ formalaşma mərhələsində olduğunu vurğulayıb. Yeri gəlmişkən, rəsmi Bakının bu ideyanı müzakirə mövzusu belə saymadığı bəllidir. Məsələn, Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuata son açıqlamasında Ermənistan prezidenti Serj Sərkisyanın türkiyəli həmkarı Abdulla Gülü sentyabrda İrəvanda keçiriləcək yoldaşlıq görüşünə birgə baxmağa dəvət etməsinə münasibət bildirib. Bunu Türkiyə prezidentinin cavablandırmalı olduğu bir dəvət sayan Novruz Məmmədov onu da əlavə edib ki, ermənilər idmandan da siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Qısası, Bakı İrəvanın müxtəlif bəhanələrlə Ankarayla diplomatik əlaqələr qurmaq yönündə cəhdlərinə belə müsbət yanaşmır. "Qafqaz İttifaqı" və ya "Qafqaz Sabitlik və İşbirliyi Platformu" ideyasının gündəmə gətirilməyə çalışıldığı bir dönəmdə Novruz Məmmədovun belə açıqlamasını bu məsələyə rəsmi Bakının dolayı münasibəti kimi də xarakterizə etmək olar. Azərbaycanda ekspertlərin də ideyaya münasibəti fərqli deyil. Politoloq Qabil Hüseynli belə bir birlikdə, ancaq Türkiyə, Azərbaycan və Gürcüstanı görür. Çünki uzaq və yaxın tarix sübut edir ki, Rusiya və Ermənistan Qafqazda yalnız və yalnız müharibələrlə, yerli xalqları deportasiya etməklə, kütləvi qətliamlarla, soyqırımlarla, işğallarla yadda qalıblar, elə indi də mahiyyətlərini dəyişməyiblər. Rəsmi Ankaranın bölgədə sülhün əldə olunması üçün təşəbbüsləri alqışlanmalıdır. Rusiyanın da regiondakı rolu, iqtisadi, siyasi, hərbi gücü nəzərə alınmalıdır. Onu da unutmaq olmaz ki, Rusiya dünyanın az saylı ölkələrindən biridir ki, əksər hallarda imzaladığı müqavilələrə əməl etmir, iştirak etdiyi beynəlxalq təşkilatlarda qeyri-konstruktiv fəaliyyət göstərir. Rəsmi Ankara bu reallığı nəzərə almalı, belə gərgin dövrdə diplomatik enerjisini məqsədyönlü istiqamətə yönəltməlidir. Ermənistanla da hər hansı əməkdaşlıq cəhdi 1992-ci ildən bəri Azərbaycan və Türkiyənin yürütdüyü siyasətin puça çıxması demək olacaq. Əsassız "soyqırım"la Ankaranı və bütün dünyanı bezdirən, Türkiyəyə ərazi iddiaları irəli sürən işğalçı İrəvanın şovinist siyasətinin uğuru olacaq. Bir sözlə, bütün təşəbbüslər, təkliflər reallığa əsaslanmalı, düzgün hesablanmalıdır ki, keçmişi unutmayaq, Türkiyə, Azərbaycan və Gürcüstanın səyi ilə Qafqazda xoşbəxt gələcəyi quraq. Bəlkə başqaları bu əməkdaşlığa baxıb düzgün yola gələ bildilər. Amma indi təcavüzkar, separatizmi dəstəkləyən Rusiya və Ermənistanın əməkdaşlıq yoluna gələcəyini düşünərək xülyalara qərq olsaq özümüzü aldatmış olacağıq, əvəzində işğalçıların ayağı yer alacaq. xalqcebhesi
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi