Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Dini cərəyanların günü-gündən güclənməsi və bunun nə vaxtsa Azərbaycanda problemə çevrilməsi barədə neçə illərdir müxtəlif müzakirələr aparılır. Ancaq buna baxmayaraq elə də ciddi əməli iş görülmür. Daha doğrusu, görülən işlər yetərli olmadığından, alternativ qüvvələr və ya missioner təşkilatların təsiri altında olanlar güclənir və dini cərəyanlarla bağlı problem getdikcə dərinləşir. Sözsüz ki, bunun günahı Azərbaycanda dinlə məşğul olan, həmçinin millətin və dövlətin təhlükəsizliyinə cavabdehlik daşıyan rəsmi qurumların üzərinə düşür. Əgər dini cərəyanlarla bağlı ilkin mərhələdə hansısa ərazilərdən qadağan olunmuş ədəbiyyatların çıxdığı bildirilirdisə, sonradan proses inkişaf etdi və silahların tapıldığı deyildi. Daha sonra Azərbaycan ordusunun əsgəri, vəhhabi məzhəbinə qulluq edən Kamran Əsədov silahları götürərək qulluq etdiyi hərbi hissəni tərk etdi. Bunun ardınca Maştağada və Sumqayıtda itkilərlə nəticələnən ciddi atışma oldu. Nəhayət, bu minvalla irəliləyən təhlükəli məsələ öz pik həddinə çatdı. Daha dəqiqi, Əbu-Bəkr məscidində məlum hadisə baş verdi. Hazırda heç kəs inkar etmir ki, din məsələsi ciddi problemə çevrilib və bu istiqamətdə təcili tədbirlər görülməlidir. Əks təqdirdə nəzarətdənçıxma instinkti güclənə bilər ki, bu da həddən artıq təhlükəli məsələdir. Maraqlıdır ki, vəziyyət bu həddə çatsa da, rəsmi dini qurumlar həqiqi effekt verəcək heç nə etmir və ya edə bilmir. İndi hamı məsələyə öz arşını ilə yanaşır. Məsələyə siyasi gözlə baxan bəzi şəxslər və ya ictimai qınaqla yanaşan bəzi ziyalılar kəlmeyi-şəhadətini belə bilmədiyi halda olanları şərh edir. Dini bilənlər isə qulluq etdiyi təriqətin baxışı ilə məsələyə yanaşırlar və ona uyğun çıxış edirlər. Bir sözlə, dini cərəyanlarla bağlı problemə açıq gözlə, sağlam məntiqlə və reallıqla yanaşan demək olar ki, yoxdur. Məhz bunun nəticəsidir ki, yaranan problem getdikcə dərinləşir. Bu yerdə ortaya belə bir sual çıxa bilər ki, açıq gözlə, sağlam məntiqlə və reallıqla yanaşma necə olmalıdır? Bu suala aydınlıq gətirmək üçün məsələnin mahiyyətinə və dərinliyinə varmaq lazımdır. Vəhhabiliyin qarşısı niyə alınmadı? Yeddinci əsrdə yaranan İslam dini o vaxtdan bu günə qədər bir Allah, bir kitab, bir peyğəmbər ətrafında birləşsə də, əslində onlarla yerə bölünüb - təriqətlərə, məzhəblərə, cərəyanlara ayrılıb. Bu gün faktiki olaraq cərəyanları özündə birləşdirən İslam dini üç hissədə inkişaf edir. Ərəb İslamı, (Səudiyyə Ərəbistanının başçılığı ilə vəhhabilik və digər sünni cərəyanlar), Fars İslamı, (İranın başçılıq etdiyi şiəlik və onun qanadları) və nəhayət, Türk islamı (Türkiyə başda olmaqla türkdilli dövlətlərin sünni məzhəbi. Onların arasında nurçuluq daha sürətlə yayılır). Məsələ burasındadır ki, millətlərlə dinin sintez etdiyi hər üç İslam qanadı bu gün Azərbaycanda var. Yəni Azərbaycan şiə müsəlmanlarının çoxluq təşkil etdiyi ölkə sayılsa da, faktiki olaraq vəhhabilik və nurçuluq ölkədə ayaq açıb. Bu yerdə ortaya belə bir məsələ çıxır ki, Azərbaycan şiə müsəlmanlarının çoxluq təşkil etdiyi ölkə olduğu və İran qonşuluqda yerləşdiyi halda necə olur ki, başqa dövlətlərdən ixrac olunan sünni məzhəbi getdikcə inkişaf edir və sürətlə yayılır? Sovetlər dönəmində tikanlı sərhədlər məngənəsində qalan Azərbaycanda İslam assimilyasiya olunurdu. Məhz buna görə də Azərbaycanda mövhumat güclənir, nəticədə dini ədəbiyyatsızlıq şəraitində İrandan cənub bölgəsinə bu və ya digər formada din ixrac edilirdi. Ən azı qeyri-qanuni şəkildə İran Azərbaycanın teleefir məkanına, o cümlədən radio tezliklərinə soxulurdu. Bir sözlə, məhərrəmlik ayında özünü zəncirlə döymədən, baş yarmaqdan tutmuş, hansısa bir ərəbin məzarını ziyarət edib onun başdaşını öpməyə qədər İslamın mahiyyətinə zidd sitayiş edilirdi. O cümlədən hansısa ağaca baş çalması, yaylıq, sap və bu kimi əşyalar bağlanırdı, hansı ki həmin ağac bir müddət keçəndən sonra quruyub ömrünü başa vururdu. Sözsüz ki, bu, dini savadsızlığın və genində atəşpərəstlik olan bir toplumun düşüncəsinin nəticəsi idi. Nəhayət, sovetlər birliyi can verməyə başladı. 80-ci illərin sonunda Azərbaycan müsəlmanı və ya vətəndaşı üç şeyə tamarzı idi. Müstəqilliyə, dini biliyə, milli kimliyinin dərkinə və ya millətçiliyə. Müstəqillik əldə olundu və dərhal Türkiyə və başqa türkdilli dövlətlərlə əlaqələr quruldu. Millət öz milli kimliyini dərk etməyə başladı. Bununla paralel olaraq dinin inkişafı da hərəkətə başladı. Lakin yaranan münbit şəraitdən daha çox faydalanan yenə də İrandan qaynaqlanan cərəyan oldu. Nəticədə Bakı kəndlərində, o cümlədən Cənub bölgəsində ifrat şiəlik tüğyan etdi. Məhz bu birtərəfli cərəyanın radikallaşmasının və ətraf bölgələrə yayılmasının qarşısını almaq üçün alternativ qüvvə olan vəhhabi cərəyanının ölkəyə daxil olmasının qarşısı sərt şəkildə alınmadı. Yəni bununla bir növ balans, əslində isə təhlükə yaradıldı. Gənclərin məzhəbçiliyə gedən yolu 80-ci illərin sonu, 90-cı illərin əvvəlindən söz düşmüşkən, bu yerdə maraqlı bir müqayisə aparmağa dəyər. Əgər 1988-ci ildə Azərbaycan əhalisinin heç 2 faizi oruc tutub namaz qılmırdısa, indi nəinki 20 faiz, bəlkə də çox sayda insan namaz qılır və heç olmasa, orucluq vaxtı çatanda oruc tutur. Ən maraqlı hal isə budur ki, namaz qılıb oruc tutanların böyük əksəriyyəti gənclərdir. Həmin gənclərin böyük əksəriyyətini tələbələr, əvvəllər pis işlərə qurşanıb, sonradan tövbə edənlər və nəhayət, idmançılar təşkil edir. Bu gün Azərbaycan güləşinin fəxri olan Namiq Abdullayevdən tutmuş, milli futbol komandasının kapitanı Rəşad Sadıqova qədər əksər tanınmış və hələ tanınmamış idmançılar Allah yolunu seçiblər. Bundan başqa 15-16 il bundan əvvəl yaradılan Türkiyənin "Çağöyrətim" liseylərinin şagirdləri və məzunları da ibadət edənlərdəndirlər. Hansı ki, son illər keçirilən bütün test imtahanlarında ən yüksək bal toplayanlar məhz "Çağöyrətim"in məzunlarıdır. Faktiki olaraq bu gün idmanla məşğul olub fiziki cəhətdən güclü olanlar və elmli gənclər ibadət yolunu seçir. Nəzərə alınsa ki, yaxın gələcəkdə onlar Azərbaycanın dövlət idarəçiliyində potensial kadrlar olacaq, onda vəziyyət bir qədər də qeyri-müəyyən görünür. Bu yerdə ortaya haqlı olaraq belə bir sual çıxır ki, nəyə görə gənclər öz dədə-babasının getdiyi məzhəblə deyil, vəhhabi və ya nurçu təriqətinin tutduğu yol ilə gedirlər? Elə məsələnin mahiyyəti də bundadır. Müxalifət olmadığına görə onun boş qalmış yerinə alternativ dini cərəyanlar daxil olur Görünür, buna görə ya əziyyət çəkmək istəmirlər, ya da vəziyyət onları maraqlandırmır. Amma əvəzində isə hansısa məscidlərə müdaxilə etməyi bacarırlar. Aldığımız məlumata görə, Şəhidlər Xiyabanının yanındakı məsciddə cümə günündən başqa heç bir gün azan vermək olmaz. Məlumata görə, meriya bunu qadağan edib və bildirib ki, azan verilsə, məscidin işıqları kəsiləcək. Məgər azan səsi və ya Allahın adının gündə beş dəfə çəkilməsinin nəyi pisdir? Yaxud şəhər küçələrindəki maşınların cürbəcür siqnalları və ya restorandakı bayağı mahnıların sədası azan səsindən yaxşıdır? Qeyd edək ki, təxminən bir il bundan əvvəl məscidlərdə azan verilməsi qadağan olundu və buna möminlər tərəfindən gözlənilməz sərt reaksiya verildi. Prezident haqlı olaraq məsələyə qarışdı və göstəriş verdi ki, azan çəkilməsinə heç kim qadağa qoya bilməz. Hətta prezident bu qərarı verənləri tənqid də etdi. Məgər bu məsələnin prezident səviyyəsinə çıxmasına ehtiyac var idimi? Belə çıxır ki, rəsmi dini qurumlar bir addımı atmazdan əvvəl düşünməkdənsə, addım atandan sonra düşünürlər. Faktiki olaraq bu gün QMRİ-nin dini siyasəti ölkədə normal dini mühütə əsas vermir və nəticədə alternativ qüvvələr, təhlükəli məhzəbçilik baş qaldırır. Digər tərəfdən ölkədə siyasi müxalifətin olmaması və onların yerinin boşluğu dini cərəyanların əl-qolunu açır. Əgər fikir versək, görərik ki, dini cərəyanlar müxalifət tam gücdən düşəndən sonra, sözün əsl mənasında, meydan sulamağa başlayıblar. Nə etməli? Son olaraq ortaya belə bir sual çıxır. Nə etməli? Təcrübə və reallıq göstərir ki, vəhhabi və bu kimi dini cərəyanlara qarşı inzibati yollar tutub zor işlətməklə nəyəsə nail olmaq mümkün deyil. Əksinə, basqılar onları daha da radikallaşdırır və eyni zamanda kompaktlaşmasına rəvac verir. Belə olan təqdirdə yeganə yol qalır, dövlətin dini siyasətinin müəyyənləşməsində balanslı siyasət həyata keçirilməli, maarifçilik işi gücləndirilməli, məzhəb və təriqətçiliyin zərərlərinin cəmiyyətə çatdırılması işi peşəkarcasına aparılmalıdır. Saf və əqidəli islam elitası formalaşdırılmalıdır. Hələ Çar Rusiyası dönəmində mollaların seçimi o şəkildə aparılırdı ki, ta uşaqlıqda onun xalq arasında keçib-gəldiyi yolda imana zidd hərəkət olmasın, ünvanına söyüş söyülməsin, cəmiyyətdə alçaldılmamış olsun. Azərbaycanda islamın keçib-gəldiyi yola nəzər salınmalı, islam tarixi və onun idarə olunması öyrənilməlidir. Teymur sherg
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi