Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Rusiya-Gürcüstan müharibəsinin Azərbaycana gözlənilən mənfi təsirləri özünü göstərir. Xəbər verildiyi kimi, Rusiya Azərbaycandan neft idxalını 12 min tona qədər azaldıb. Belə ki, bu ölkənin hərbçiləri avqustun 16-da Gürcüstanda dəmiryol körpüsünü partladıb. Nəticədə ölkənin dəmir yolları ilə dəniz limanları arasındakı əlaqə kəsilib. Həmçinin körpünün üzərindən Batumiyə və Potiyə gedən dəmiryol xətti keçdiyindən artıq bu limanlarla Azərbaycanla dəmiryol əlaqəsi tamamilə yox səviyyəsindədir. Hazırda Azərbaycan nefti limanlara daşına bilmir. Neft yalnız cüzi həcmdə Bakı-Novorossiysk kəməri ilə nəql olunur. Belə iddia edilir ki, Rusiyanın Kaspi körpüsünü partlatmaqda məqsədi məhz Azərbaycan neftinin Gürcüstan ərazisindən nəqlini tamam dayandırmaq olub. Ümumiyyətlə, Rusiya Xəzərin enerji ehtiyatları üzərində nəzarəti ələ almaq istəyir. Bu ölkənin rəsmilərinin son bəyanatları da buna xidmət edir. Rusiya Dövlət Duması sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Aleksandr Duqin Türkiyə mətbuatına açıqlamasında deyib ki, Bakı-Tiflis-Ceyhan (BTC) artıq ölüb və bu kəmər daha açılmayacaq. Yeri gəlmişkən, kəmərin Türkiyə ərazisindən keçən hissəsinə nəzarəti həyata keçirən əməliyyatçı şirkət dünəndən təmir işlərinə başlayıb. Təmirin təqribən 10-15 gün davam edəcəyi bildirilir. Bundan sonra boru xətti ilə neftin nəqli bərpa olunacaq. Bakı-Supsa ilə nəqlin bərpasının isə Gürcüstandakı vəziyyətdən asılı olduğu deyilir. Qəzadan əvvəl BTC ilə hər gün 800 min barrel neft ixrac edilirdi. Kəmərin işləmədiyi 12 gün ərzində 9,6 milyon barrel neft nəql olunmalı idi. Nəzərə çatdıraq ki, “bp-Azerbaijan” şirkəti “Azəri-Çıraqlı-Günəşli” yataqlarından neft hasilatını minimuma endirib. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı deyib ki, BTC və Bakı-Supsa neft kəmərləri işini dayandırandan sonra neftin dünya bazarına yeganə çıxış yolu Bakıdan Poti və Batumiyə olan dəmir yolu, eləcə də Bakı-Novorossiysk kəməri olub. İndi bu çıxış yollarından yalnız biri - Rusiya ərazisindən keçən Bakı-Novorossiysk kəməri fəaliyyət göstərir. Ona görə də hasilatın həcminin azaldılmasına qərar verilib. Şirkət təmsilçisi hasilatın nə qədər azaldıldığını konkret açıqlamayıb. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ANS-ə bildirib ki, neft məhsulları ixracındakı azalma Azərbaycanın emal zavodlarının işinə heç bir maneə yaratmayıb. Onun sözlərinə görə, Heydər Əliyev adına neft emalı, həm də “Azərneftyağ” neft emalı zavodları əvvəlki gücləri ilə işləyir, alınan neft məhsullarının bir hissəsi daxili istehlaka yönəldilir, digər hissəsi isə ehtiyat çənlərdə saxlanılır: “İxracın dayanması emal zavodları üçün heç bir problem yarada bilməz, çünki hazır məhsulun saxlanması üçün nəzərdə tutulan rezervuarlarda 1 aylıq ehtiyat boş yer var”. R.Abdullayev bildirib ki, BTC və Bakı-Supsa ilə xam neftin ixracı dayansa da Novorossiysk kəməri ilə sutkada 12 min tona yaxın “qara qızıl” ixrac olunur. Bəs bu məhdudiyyətlər nə vaxtadək davam edəcək? Sualımızı cavablandıran Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şabanın fikrincə, Kremlə qalsa, onda BTC-nin fəaliyyətini bərpa etməsi şansları çox azdır: “Rusiya-Gürcüstan hərbi münaqişəsi başlayandan cərəyan edən proseslər artıq bu nəticəyə gəlməyə əsas verir ki, hədəf heç də Osetiya və onların ruslar tərəfindən müdafiəsi deyil. Məqsəd Kremlin keçmiş sovetlər birliyində itirdiyi gücü bərpa etmək, Qərb tərəfdən Kosovoda və başqa yerlərdə Rusiyanın strateji maraqlarına dəyən zərbələrin heyfini çıxmaqdır. Qisasın da əsas hissəsini Gürcüstanda 2004-cü ilin əvvəlindən Qərbə istiqamət götürmüş hakimiyyəti devirmək təşkil edir. Qərbin enerji təhlükəsizliyi təminatında böyük hay-küyə səbəb olmuş, 1990-cı illərin ortalarından aktual olan və Rusiyanın heç nə edə bilmədiyi strateji neft kəmərinin fəaliyyətinə əngəl yaratmaqdır. Bu baxımdan istisna etmirəm ki, avqustun 6-da boru kəmərinin Ərzincan kimi dağlıq yerdə partladılmasında rus kəşfiyyatının əli var. Hələ Gürcüstan ərazisində dəmir yollarının, limanların sıradan çıxarılmasını demirəm. Rusiyanın məqsədi Xəzər regionundan Qərb istiqamətinə yönələn bütün infrastruktur xətlərinin qarşısını almaqdır”. “Müharibə nəticəsində Azərbaycana dəyən ziyanın həcmi ilə bağlı rəsmi rəqəmlərin gizlədilməsinin səbəbi nədir” sualına cavabında İ.Şaban bildirdi ki, bunu hökumətdən soruşmaq lazımdır: “Hökumətin ölkəyə dəyən ziyanı niyə açıqlamaması, ümumiyyətlə, maraqlarına zidd olan məsələlərə reaksiya verməməsi çox müəmmalıdır. Bu gün bp şirkəti susursa, bunu başa düşmək olar. Tutaq ki, istəmirlər dünya birjalarında aksiyaları aşağı düşsün. Yəni özəl şirkətlərin susmaqda müəyyən maraqları var. Ancaq söhbət Azərbaycan hökumətindən, dövlətindən gedirsə, o, bunu edə bilər. Heç kəs demir ki, rəsmi nota versinlər. Azərbaycan BTC ilə gündə 850-860 min barrel neft ixrac edirdi. Gündə 100 min barrel Bakı-Supsa ilə, 40-50 min barrel isə dəmir yolu ilə nəql olunurdu. İndi bunların heç biri yoxdur. Rusiyanın Azərbaycandakı səfirinin ticarət attaşesi böyük sevinclə bildirdi ki, Rusiya Azərbaycandan neft nəqlini Bakı-Novorossiysk kəməri ilə iki dəfə artırmağa hazırdır. Hətta sentyabrda bu rəqəmi 3 dəfə də artıra bilər. Ancaq dediyim kimi, bu, yalnız informasiyası az və problemdən uzaq olan insanları sevindirmək üçündür. Bakı-Novorossiysk kəmərinin Azərbaycan hissəsinin buraxılış gücü gündə 100 min barreldir. Lakin indiyədək 83 min ton neft axıdılıb. Bunların dediyinə inansaq, deməli, 166 min tona qaldırmaq istəyirlər. Bu isə bir günə 5354 ton deməkdir. Deməli, indiyə qədər 20 min barrel neft nəql edilirmiş, bu hadisədən sonra 40 min barrel olub? Bu da Bakı-Novorossiyskin buraxıcılıq gücünün cəmi 40 faizi deməkdir. Rusiyanın bizə hörməti bu qədərdir? Belə çıxır ki, aqressiya birbaşa Azərbaycandan neft və neft məhsullarının ixracının dayandırılmasına xidmət edir. Moskva təkcə Gürcüstanı yox, həm də birbaşa Azərbaycanı iqtisadi blokadaya salmaq, neft dollarından məhrum etmək siyasəti yürüdür. Ölkə indiki situasiyada gündə təxminən 100 milyon zərərlə işləyirsə, onun ancaq 1/10 hissəsi, bəlkə hətta lap azı Gürcüstanın payına düşür. Gürcüstana ancaq tranzit haqqından gəlir gəlir. Hazırkı vəziyyətdə ən böyük gəlir itirən tərəf Azərbaycandır. Bu, danılmaz faktdır”. İ.Şaban hesab edir ki, Azərbaycanın baş naziri və ya iqtisadi inkişaf naziri Rusiya rəsmiləri ilə görüşməli idilər: “Problemin qısa müddətdə aradan qaldırılmasını müzakirə etməlidirlər. Ancaq heç bir səviyyədə nəinki bir kontakt, heç telefon əlaqəsi də olmayıb”. LEYLA musavat
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi