Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Alyansın Baş katibi toplantıdan sonra bildirib ki, nazirlər Tbilisi ilə əlaqələrin sıxlaşdırılması üçün NATO-Gürcüstan Komissiyası kimi adlandırıla biləcək bir forum yaradılması qərarına gəliblər 19.08.2008 Rövşən Qənbərov, Natiq Zeynalov Qərb mediası Rusiyanın artıq 10 gündən çoxdur əlində saxladığı Qori şəhərini tərk etdiyini deyirlər. Hələlik rusların başqa bir gürcü şəhəri – Potidən çıxıb-çıxmadıqları barədə təsdiqlənmiş bir xəbər yoxdur. Rusiyanın Qorini tərk etməyə başlaması barədə xəbərlərdən bir neçə dəqiqə əvvəl NATO ölkələri Xarici İşlər nazirlərinin Rusiya-Gürcüstan münasibətlərinin müzakirəsinə həsr olunan fövqəladə toplantısı başa çatmışdı. Alyansın Baş katibi Yaap-de hoop Sxeffer toplantıdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya hərbi hissələri Gürcüstandan tam geri çəkilməyincə, NATO-nun Moskva ilə əvvəlki əlaqələri davam etdirməsi mümkün olmayacaq: «İndiki vəziyyətdə Rusiya ilə əlaqələr əvvəlki qaydada davam etdirilə bilməz. Və bizim əlaqələrin gələcəyi də Rusiyanın altı bəndlik sülh planının icra edilməsi barədə prezident Medvedevin vədinə nə qədər əməl edəcəyindən asılıdır». Bu toplantıdan əvvəl də NATO ölkələrinin Xarici İşlər nazirləri Rusiyanın Gürcüstandakı hərəkətlərinə alyansın çox sərt cavab verməli olduğunu deyirdilər. Böyük Britaniyanın Xarici İşlər naziri David Milliband bildirirdi ki, gərək bu cavab Rusiyaya onun davranışlarının nə ilə nəticələnə biləcəyini açıq-aşkar nümayiş etdirsin. NATO-ya üzv olmaq istəyənlər isə hiss etməlidirlər ki, bunun üçün siyasi və daha konkret dəstək alacaqlar. Alyansın Baş katibi toplantıdan sonra bildirib ki, nazirlər Tbilisi ilə əlaqələrin sıxlaşdırılması üçün NATO-Gürcüstan Komissiyası kimi adlandırıla biləcək bir forum yaradılması qərarına gəliblər. Sxeffer bildirib ki, bu Komissiya 11 ildir Ukrayna ilə əlaqələr üçün yaradılan komissiya kimi çalışacaq. Gürcüstanın alyansa daxil olmasına gəldikdə, Sxeffer bir gün bunun da baş verəcəyini deyir: «Gürcüstan NATO-nun üzvü ola bilər. Mən öz şəxsi fikrimi deyə bilərəm ki, bir gün gələcək ki, o, alyansa üzv olacaq». Avqustun 19-da hərbi hissələrin Qorini tərk etməsi barədə məlumatlardan əvvəl Rusiya generallarından müəmmalı bəyanatlar səslənirdi. Rusiya ordusu baş qərargah rəisinin müavini Anatoli Noqovitsin yenə də bildirir ki, hərbi hissələr sülhü mühafizə missiyası üçün bölgədə qalacaqlar: «Birincisi, biz buna çıxarılma deyil, geri çəkilmə deməliyik. Bu terminologiya ali baş komandanın prezident Nikola Sarkozi ilə telefon danışıqlarında da razılaşdırılıb ki, Cənubi Osetiyanın sərhədlərinə çəkilmə termini işlədilsin. Bu prosedurların həyata keçirilməsinə gəldikdə, biz bunu icra etməkdəyik. Mən artıq geri çəkilən hərbi hissələrin nömrəsini də dedim. Bu proses bizim üçün vacibdir. O ki qaldı texniki və başqa obyektlərə, bunlar humanitar işlərin görülməsi üçün saxlanıb». Rus generallarının bu cür müəmmalı bəyanatları ordunun hara qədər geri çəkilməli olduğu sualını da aktuallaşdırıb. Avqustun 8-də hərbi qarşıdurma başlayandan sonra Rusiya Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyadan başqa, iki iri şəhərini, Qori və Potini də tutmuşdu. Vaşinqtonda hesab edirlər ki, Rusiya hərbi hissələri avqustun 6-dakı vəziyyətə qayıtmalıdırlar. Ağ Evin sözçüsünün müavini Qordon Condro: «Avqustun 6-dan sonra gətirilmiş hərbi qüvvələr geri çəkilməlidir. Bu, Rusiyanın geri çəkilmə barədə öhdəliklərinə uyğun olacaq». Rusiyanın Xarici İşlər naziri Lavrov isə Moskvadakı mətbuat konfransında deyib ki, NATO-nun bəyanatını birtərəfli və qeyri-obyektiv sayır. «Orada münaqişənin kim tərəfindən başlanması haqda bir kəlmə də deyilmir. Bir kəlmə də deyilmir ki, Gürcüstanı kim silahlandırıb, son bir il ərzində Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsi haqda sazişin imzalanması barədə bizim təklifimizin qarşısını kim alıb». Lavrov hesab edir ki, NATO təcavüzkarı qurban kimi qələmə verməyə çalışır, cinayətkar rejimi təmizə çıxarır, onu xilas etməyə çalışır: «Ən təəccüblüsü odur ki, belə səslər eşidilir ki, apreldə NATO-nun Buxarest sammitində Gürcüstana alyansa üzvlük planı verilsəydi, hər şey ayrı cür olardı. Mən başa düşə bilmirəm ki, onlar nə haqda danışırlar. Belə sözləri dilə gətirənlər yəqin düşünür ki, həmin plan Gürcüstana dinc Tsxinvalini daha səmərəli şəkildə bombalamağa kömək edərdi…Nə qədər təzadlı görünsə də, mən NATO-nun Baş katibi Sxefferin o fikrilə razıyam ki, alyansla Rusiyanın əlaqələri əvvəlki qaydada davam edə bilıməz. Biz bunu bir həftə qabaq demişdik, o vaxt ki, NATO nümayəndələri Xarici İşlər nazirlərinin görüşünü gözləmədən qərəzli fikirlər söyləmişdilər. Düşünürəm ki, biz bundan lazımi nəticələr çıxaracağıq». O ki qaldı alyansın NATO-Rusiya Şurasının iclaslarını təxirə salmasına, Lavrov deyib ki, həmin qurum Gürcüstan rəhbərliyinə münasibətdə necə davranmaq haqqında mühazirələr söyləmək üçün yaradılmayıb: «Şuranın yaradılmasında məqsəd Avroatlantik məkanda stabilliyi təmin etmək üçün həqiqətən mühüm problemlərin həlli olub. Və biz indi də düşünürük ki, həmin problemlərin təcili həllinə ehtiyac var və bu məsələdə hər şey bizim tərəfdaşlarımızdan asılı olacaq». azadliqradiosu
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi