SON XƏBƏRLƏR

NATO Rusiya ilə münasibətlərə yenidən baxmaq barədə qərar qəbul edib

2021.10.20, 07:36
NATO Rusiya ilə münasibətlərə yenidən baxmaq barədə qərar qəbul edib

Gunaz.tv
NATO Rusiya ilə münasibətlərə yenidən baxmaq barədə qərar qəbul edib [ 19 Avqust 2008 18:40 ] Brüssel-APA. NATO ölkələri Gürcüstana qarşı atdığı addımlara görə Rusiya ilə münasibətlərə yenidən baxacaq. APA-nın məlumatına görə, bu fikirlər NATO Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısının yekun bəyannaməsində öz əksini tapıb. Bəyanatda bildirilir ki, Gürcüstanda baş verən hadisələrdən sonra NATO ölkələrinin Rusiya ilə münasibətləri əvvəlki kimi ola bilməz: “Çünki, Rusiya münaqişənin nizamlanmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və qoşunlarını Gürcüstan ərazisindən çıxarmır”. Bundan başqa toplantıda Gürcüstanın Silahlı Qüvvələrinin mövcud durumunu aydınlaşdırmaq üçün xüsusi komissiya yaradılması barədə qərar qəbul olunub. NATO həmçinin Rusiya ilə hərbi münaqişə nəticəsində ölkənin infrastrukturuna dəyən ziyanı dəqiqləşdirmək üçün Gürcüstana ekspertlər qrupu göndərəcək. “Gürcüstan NATO-nun üzvü ola bilər və mən əminəm ki, günlərin bir günü bu baş verəcək”. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, bu bəyanatla NATO Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında qurumun baş katibi Yaap de Xoop Sxeffer çıxış edib. O, alyans üzvlərinin bu məsələdə yekdil mövqedə olduğunu vurğulayıb: “Biz bu barədə fikrimizi bəyan etmişik və bir daha mövqeyimizi qəti olaraq bildiririk”. Britaniyanın “SkyNews” telekanalı isə NATO XİN Şurasının Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dayandırılması barədə ABŞ-ın təklifinin alyans üzvləri tərəfindən dəstəklənmədiyini bildirib. İclasın yekunlarını şərh edən Britaniyanın xarici işlər naziri Devid Milibend qeyd edib ki, Rusiya beynəlxalq arenada mühüm oyunçulardan biridir: “Buna görə də Rusiya ilə mövcud formatlarda əməkdaşlığı davam etdirmək lazımdır. Rusiyanın təcrid edilməsi yaxşı addım deyil. İclas iştirakçılarının hamısı bu fikri bölüşür ki, Rusiya Gürcüstandakı hərəkətləri ilə beynəlxalq hüquq normalarını pozub və atdığı addımların məsuliyyətini dərk etmir. Biz Rusiyanı qəti şəkildə qoşunlarını Gürcüstandan çıxarmağa və bu ölkənin ərazi bütövlüyünü tanımağa çağırırıq. Hərbi əməliyyatlar çıxış yolu deyil. NATO ölkələri Rusiyanın beynəlxalq tərəfdaş kimi etibarlılığına şübhə ilə yanaşırlar”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar