Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Enes Cansevər [email protected]/* */ Qafqaz yanğınını söndürməkdə Türkiyənin rolu və Azərbaycan Biraylıq fasilədən sonra yenidən dəyərli oxucularımla görüşüb, hal-əhval tutmağın sevincini yaşayıram. Amma bu bir ay ərzində yaxın ətrafımızda o qədər dəhşətli hadisələr baş verdi ki, adam sevinməyə belə qorxur. Hər səhər oyananda bir dəhşətli xəbər eşitmək qorxusu adamın bütün ruhunu sarır. Elə bil ki, Qafqazın tikişi söküldü, tarixin hər dövründə gərgin münasibətlər içində olan Qafqaz bu günlərdə benzin çəninə dönüb. Doğrudur, bu benzin çəlləyi bir anda alovlandı, amma dünya hansı təhlükə ilə üz-üzə qalacağını yaxşı anladığı üçün bir andaca işə müdaxilə edib, alovu söndürdü. Amma əslində alov tam sönməyib, üstdə bir şey görünməsə də, altda qığılcımlar sıçraşır, havaya dumanlar yüksəlir. İlk baxışdan bu münaqişə Gürcüstan-Rusiya qarşıdurması kimi görünsə də, geniş ölçüdə məsələni müzakirə etsək, problemin daha böyükmiqyaslı olduğunu aydınca görmək olar. Elə bilirəm ki, baş verən son hadisələrdən sonra Qafqazdakı problemlərin həlli məsələsi bir az da çətinləşdi. Xüsusilə də, Qarabağ, Çeçenistan və digər problemlər çox çətinləşdi. Çünki dünyanın super gücü olan ABŞ və Rusiya bəlkə, heç soyuq müharibə illərində də bir-birinə qarşı bu qədər sərt diplomatik dildə mesajlar göndərməmiş, bir-birini ittiham etməmişlər. Məsəli bizlərdən çox-çox uzaq olsun, bir söz var, deyərlər ki, atlar təpikləşəndə arada spalar əzilər. Heç şübhəsiz, supergüclərin Qafqazdakı nüfuz savaşı mütləq bu regiondakı xalqların iqtisadi həyatına, rifahına öz acı təsirini göstərəcək. Gürcüstan iqtisadiyyatı ən azı bir neçə il geri düşdü. Qafqazdakı hər cür qarşıdurmaya, problemlərə baxmayaraq, sağlam siyasi və iqtisadi bir kurs götürən Azərbaycan da, heç şübhəsiz, o hadisələrdən ciddi mənada zərər gördü. Özünüz təsəvvür edin: bir tərəfdən, Azərbaycan Rusiya ilə sıx iqtisadi-siyasi, mədəni əlaqələrlə bağlıdır, milyondan yuxarı Azərbaycan vətəndaşı Rusiyada yaşayır, buradakı ailəsinin dolanışığını qazanır. Digər tərəfdən isə, Gürcüstan Azərbaycan üçün dünyaya açılmış yeni bir qapıdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi məhz Gürcüstan üzərindən keçərək reallaşıb və reallaşacaq. Təbii ki, bu iki qütb arasında seçim etmək Azərbaycan üçün çox çətin olacaq. Əslinə qalanda mənə elə gəldi ki, Gürcüstan bu son addımı atmaqla Azərbaycanın Qarabağ mövzusunda atacağı addımların da önünü kəsmiş oldu. Həqiqətən də, bu gün bu coğrafiyanı idarə etmək çox çətindir. Çünki istər siyasi nüfuz, istərsə də enerji mənfəəti məqsədilə dünyanın böyük ölkələrinin bu region üzərində düşündükləri layihələr, nüfuz qarşıdurmaları və meydana çıxan gərginlik çox yüksək səviyyədədir. Son illərə qədər ABŞ istər Balkanlarda, istərsə də Şərqdə Rusiya üzərində üstünlüyünü gen-bol nümayiş etdirirdi. Gürcüstan-Rusiya müharibəsində isə Moskva sanki bu məğlubiyyətlərinin revanşını alaraq, Amerikanın regiondakı ən yaxın müttəfiqi Gürcüstanı əzərək, rəsmi Vaşinqtona Mahsun Kırmızıgülün bir mahnısında deyildiyi kimi, “yıxılmadım, ayaqdayam” mesajını göndərmiş oldu. Bu müharibədə ən azı Gürcüstan qədər zərər görən başqa bir ölkə də Azərbaycandır. Çünki Azərbaycanın illərdən bəri uzanıb gələn Qarabağ probleminin guya həlli ilə məşğul olan Minsk Qrupunun üç həmsədrindən biri Rusiyadır. Digər yandan isə Ermənistanın arxasında dayanan silahlı güc də Rusiyadır. Üstəlik də, bir qədər öncə dediyimiz kimi, Azərbaycanın Rusiyada milyondan yuxarı vətəndaşının yaşayıb işlədiyini nəzərə alsaq, bu ölkənin rəsmi Moskvaya qarşı sərt addımlar atmasının nə qədər acı nəticələr doğuracağını təsəvvür etmək də çətin deyil. Demək, qarşıdakı illərdə Azərbaycan mütləq balanslaşdırılmış siyasət yeritməli olacaq. Üstəlik, onu da vurğulayaq ki, ABŞ-ın Qafqaz məsələsində bundan sonra atacağı addımlar da münasibətlərin formalaşmasında mühüm rol oynayacaq. Bu gün Gürcüstanın əsas maliyyə qaynağının okeanın o üzündə olduğu kimsəyə sirr deyil. Yaxşı, bəs Türkiyə bu başgicəlləndirən karuselin hansı mövqeyində yer tutmalıdır? Mənə elə gəlir ki, bir çox dövlətlər və güclər Qarabağ probleminin həllini və Qafqaza sülhün, əmin-amanlığın gəlməsini istəmirlər. Çünki bu gün Ermənistanın özü də Türkiyənin vasitəçiliyi ilə regionda sülhün əldə olunması üçün hansısa addımların atılmasına ümid bəsləyirdi. Üzdə nə qədər düşmən kimi görünsə də, ermənilərin Türkiyəyə olan marağı və iştahası həmişə yüksək olub. Bu gün statistik göstəricilər 70 mindən çox erməninin qaçaq yolla Türkiyədə işləyib ailəsinin dolanışığını təmin etdiyini xəbər verir. Son günlər Suriya ilə İsrail arasında münasibətlərin nizamlanmasında da Türkiyə vasitəçilik missiyasını boynuna götürmüşdü. Ermənilər də məhz buna bənzər addımları rəsmi Ankaradan gözləyirdilər. Əgər məndən soruşsanız, deyərdim ki, Qarabağın açarı Türkiyədədir. Ermənistan özü də bunu çox yaxşı başa düşür. Xüsusilə də, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin təməlatma mərasimində bu regionda kimin gücləndiyi, kimin zəiflədiyi özünü açıq göstərdi. Ermənistan prezidenti sentyabrın 6-da Abdullah Gülü Yerevana dəvət edir. Türkiyə regionda hazırki şəraitdə bütün münaqişələrin aradan qaldırılması istiqamətində vasitəçilik missiyasını boynuna götürüb. Prezident Gülün Qarabağa gedib-getməyəcəyi haqqında isə indidən bir şey söyləmək çox çətindir. Amma rəsmi Ankaranın regionda barışın, sülhün əldə edilməsi üçün ortaya atdığı Qafqazda əmin-amanlıq və əməkdaşlıq platforması məsələsi reallaşmağa başlayarsa, bölgə ölkələri arasında get-gəllərin yeni vüsət qazanacağı da qaçılmaz kimi görünür. Şəxsən mən Türkiyənin mövcud durumda öz üzərinə götürdüyü vəzifələrin gözəl nəticələr verəcəyini düşünürəm. Amma, təbii ki, bütün bunlar heç də asan başa gəlməyəcək. Önümüzdəki həftə Türkiyənin Baş naziri Ərdoğan Bakıya gələcək. Mənə elə gəlir ki, bu səfər zamanı regionda əməkdaşlıq və əmin-amanlıq məsələləri müzakirə olunacaq, Abdullah Gülün Ermənistana gedib-getməməsi məsələsi gündəmə gətiriləcək. Əgər razılıq əldə olunarsa, bunun formatı müəyyən ediləcək. Həqiqətən də, etiraf etməliyik ki, Türkiyə Qafqazda əmin-amanlığı bərpa etməyə çalışırsa, ölkələrdən birini siyahıdan kənarda qoyub, başqaları ilə müzakirə apararaq məqsədə nail ola bilməz. Yəni bu layihə istər-istəməz Ermənistanı da öz əhatəsinə almalıdır. Amma iki qardaş ölkə liderləri gələn həftə Bakıda keçirəcəkləri görüşdə Ermənistanla münasibətin hansı formatda müəyyənləşdirilməsini müzakirə edəcəklər. Elə düşünürəm ki, Gülün Ermənistana səfəri məsələsində Azərbaycan və Türkiyə ortaq bir qərara gələ biləcəklər. zaman
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
Urmu gölü qırmızı oldu
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İranda ərzaq qiymətləri 128 faizi keçdi
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir