Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Rusiya və Gürcüstan prezidentlərinin atəşkəs razılaşmasını imzalamasına baxmayaraq, rus qoşunları Gürücstan ərazilərini tərk etməyə hazırlaşmırlar. Məlumatlara görə, Rusiya qoşunları dünən də Gürcüstan ərazisi daxilində hərbi əməliyyatlarını genişləndirməkdə davam ediblər. Rusiya qoşunlarının Gürcüstandan çıxarılmasına dair konkret cədvəl də yoxdur. BBC-nin Gürcüstandakı müxbirinin məlumatına görə, Rusiya qüvvələri paytaxt Tiflisə 35 kilometr qalmış məsafəyədək hərəkət ediblər. Bildirilir ki, Rusiya qüvvələrinin ölkədən çıxarılması prosesi getmir, əksinə, onlar işğal etdikləri yaşayış məntəqələrində mövqelərini möhkəmləndirirlər və səngərlər qazırlar. Gürcüstan Daxili İşlər Nazirliyinin dünənə olan rəsmi məlumatlarına görə, rus qoşunları Poti, Qori, Zuqdudi və digər yaşayış məntəqələrini nəzarət altında saxlamaqda davam edir. Dünən səhər Rusiyanın Sxinvalidəki 71-ci əlahiddə tank batalyonu həyəcan siqnalı ilə qaldırılıb və Qoriyə doğru hərəkət edib. Günorta saatlarına olan məlumata görə, 10-la tankdan ibarət batalyon Karelati kəndi ərazisində idi. Avqustun 16-dan 17-nə keçən gecə Rusiya işğalçıları Karelsk rayonunun bir neçə kəndindən keçib, yerli əhali soyğunçuluğa və təhqirlərə məruz qalıb. Həmçinin ötən gecə Rusiya ordusu Xaşuri və Surami yaşayış məntəqələrindən mərkəzi şosse yoluyla Gürcüstanın şərqinə doğru irəliləyib. Yerli sakinlər rus əsgərlərinin onlardan zorla ərzaq aldıqlarını bildirirlər. Digər məlumata görə, abxaz separatçılarının qüvvələri rusların dəstəyi ilə dünən səhər hücuma keçərək vilayətin inzibati sərhədlərindən kənardakı 17 gürcü kəndini işğal ediblər. Abxaz qüvvələrinin Gürcüstanın İnquri Su Elektrik Stansiyasına yaxınlaşdığı bildirilirdi. Sonradan İnquri çayına nəzarət yenidən gürcülərə keçib, buna baxmayaraq, işğal edilən gürcü kəndləri abxazların nəzarətində qalmaqda davam edirdi. Daha sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, İnquri çayı üzərindəki SES və ona bağlı obyektlər rus hərbçilərinin nəzarəti altına keçib. Baş Qərargah bunu həmin obyektlərdə təxribatın qarşısını almaq niyyəti ilə izah edib. Lakin belə görünür ki, ruslar bir-birinin ardınca Gürcüstanın hərbi və mülki infrastruktunu, strateji əhəmiyyətli dəniz limanlarını, şose yollarını nəzarət altına alırlar. Rusiya vertolyotları Borjomi meşələrinin üzərindən uçaraq qiymətli mineral su yatağının yerləşdiyi ərazilərə yandırıcı raketlər atıblar. Nəticədə gücü meşə yanğınları başlayıb. Gürcüstanın ətraf mühitin mühafizəsi naziri İrakli Qvaladze məlumat verib ki, hazırda 200 hektardan çox meşə yanır, Rusiya qüvvələri Gürcüstanın yanğının söndürülməsi üçün vertolyotlardan istifadəsinə icazə vermir. Ona görə də yanğının nəzarət altına alınması üçün Gürcüstan hökuməti Azərbaycan və Türkiyədən kömək xahiş edib. Məlumatlara görə, Azərbayacan meşə yanğınlarını söndürmək üçün Gürcüstana xüsusi texnika göndərməyə razılıq verib. Dünən səhər əvvəlcə Rusiya qoşunlarının bir hissəsinin Cənubi Osetiyadan çıxarıldığı haqda məlumat yayılsa da, az sonra Moskvadan xəbər təkzib edildi. “Röyter” agentliyi Rusiyanın desant qoşunlarının komandan müavini general-mayor Vyaçeslav Borisova istinadən xəbər yayıb ki, prezident Dmitri Medvedevi göstərişinə əsasən rus qoşunlarından ibarət hərbi kolon Sxinvalidən Rusiya sərhədlərinə doğru geri çəkilir. Həmçinin agentlik Qaori şəhərinin girişindəki rus əsgərlərinin sayının azaldığını xəbər verib. Lakin az sonra Rusiya Müdafiə Nazirliyindən bəyan edilib ki, qoşunları Cənubi Osetiya ərazisindən çıxarılmır. Bildirilib ki, bölgəyə yeridilmiş 58-ci ordunun hissələri və desant qoşunları “vəziyyət stabilləşənədək” regionda qalacaq. Xəbər verildiyi kimi, ruslar ötən şənbə Gürcüstanın şərqi ilə qərbini birləşdirən dəmir yol körpüsünü sıradan çıxarıblar. Nəticədə Azərbaycanla Gürcüstan arasında dəmir yol əlaqəsi dayanıb, Ermənistana və Azərbaycana gələn yüklər isə ölkə ərazisində qalıb. Gürcüstan telekanallarından biri avqustun 17-nə keçən gecə naməlum şəxslərin Tiflis ətrafında yaşayış binasını partlatdığını, nəticədə onlarla adamın həlak olduğunu xəbər verib. Bildirilir ki, rus diversantları artıq Tiflisin həndəvərindədir. Rusiyanın Müdafiə Nazirliyindəki mənbə isə xəbərdarlıq edib ki, qoşunların geri çəkilməsi qeyri-müəyyən müddətə təxirə salına bilər. Çünki biabırçı məğlubiyyətə uğramasına baxmayaraq Gürücstan ordusu yenidən toparlanmağa çalışır. Beynəlxalq ictimaiyyət isə ancaq bəyanatların köməyi ilə rus qoşunlarının Gürcüstandan çıxarılmasına çalışır. Məlum olub ki, ABŞ prezidenti Corc Buş avqustun 16-da axşam Gürcüstan prezidenti Mixail Saakaşvili ilə son bir neçə gündə ikinci dəfə telefon danışığı aparıb. Ağ Evin rəsmi nümayəndəsi Dana Perina bildirib ki, telefon danışığı Gürcüstan prezidentinin təşəbbüsü ilə olub. Texasdakı rançusunda Milli Təhlükəsizlik Şurasının üzvləri ilə Gürcüstandakı vəziyyəti müzakirə edən Buş isə bəyan edib ki, Rusiya prezidentinin atəşkəs sənədini imzalaması ümidverici addımdır. Amerika prezidentinin sözlərinə görə, Rusiya öz qoşunlarını Gürcüstan ərazilərindən çıxarmalıdır. Abxaziya və Cənubi Osetiyanın gələcək statusu haqda danışan ABŞ prezidenti deyib ki, bu bölgələr Gürcüstanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində qalacaq və onların müstəqilliyi istisnadır: “Bu məsələdə heç bir diskusiya ola bilməz” deyə Buş vurğulayıb. Dünən Almaniya kansleri Angela Merkelin də Tiflisə gələcəyi gözlənilirdi. Merkel bundan əvvəl Soçidə Rusiya prezidenti Mevedevlə Gürcüstana dair gərgin danışıqlar apararaq rus qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb edib. Bununla belə, Almaniya lideri hesab edir ki, vəziyyətin bu həddə çatmasında hər iki tərəfin gühanı olub. Almaniya xarici işlər naziri Bernar Kuşner isə deyib ki, Gürcüstan Cənubi Osetiya ilə bağlı ciddi səhvlərə yol verib. O da məlum olub ki, Rusiya BMT-ni və onun Baş katibini bu məsələdə saya salmır. Belə ki, BMT baş katibi Pan Gi Mun bir neçə gündür çalışsa da Rusiya prezidenti ilə telefonla danışa bilmir, çünki Moskvada onun telefon zənglərinə cavab vermirlər. Rusiya qoşunlarının Gürcüstan ərazilərində irəlilədiyi və bir-birinin ardınca mülki obyektləri, kommunikasiyaları nəzarət altına aldığı bir vaxtda xəbər yayılıb ki, prezident Saakaşvilinin televiziya ilə xalqa birbaşa, təcili müraciəti olacaq. Əvvəlcə müraciətin Bakı vaxtı ilə saat 14-də ediləcəyi bildirilirdi. Daha sonra Gürcüstan prezidentinin administrasiyası müraciətin təxirə salındığını, lakin yaxın saatlarda canlı yayımla efirə veriləcəyini açıqlayıb. Daha sonra Almaniya kansleri Angela Merkel Tiflisə gəlib və Saakaşvili onunla danışıqlara başlayıb. Axşam isə Gürcüstana ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri senator Cozef Baydeninn gələcəyi gözlənilirdi. Bayden bildirib ki, o, Gürcüstan prezidentinin xahişi ilə Tiflisə gəlir və apardığı danışıqlar haqda Ağ Evi, Konqresi məlumatlandıracaq. Bu arada Fransa prezidenti, atəşkəs razılaşmasının təşəbbüskarı Nikola Sarkozi Rusiya prezidenti Dmitri Medvedevə zəng edərək əldə edilmiş razılaşma əsasında qoşunları Gürcüstandan çıxarmağa çağırıb. Medvedev vəd edib ki, Rusiya qoşunları bu gündən başlayaraq Gürcüstan ərazilərini tərk edəcək və gürcü-osetin münaqişəsi bölgəsində, sülhməramlı qüvvələrin müəyyən etdiyi mövelərdə dayanacaq. Xatırladaq ki, atəşkəs razılaşması Gürcüstana yeridilmiş Rusiya qoşunlarının bütünlüklə geri çəkilməsini nəzərdə tutur, lakin Rusiya artıq elan edib ki, öz qoşunlarını Cənubi Osetiya və Abxaziyadan heç vaxt çıxarmayacaq. Bildirilir ki, Fransa prezidenti qoşunların çıxarılmaması halında bunun ciddi nəticələrinin olacağı haqda xəbərdarlıq edib. Medvedevin qoşunların çıxarlacağı haqda telefonla Fransa prezidentinə vəd verdiyi vaxtlarda Gürcüstan DİN-i məlumat yayıb ki, üç rus piyadaların döyüş maşını ARDNŞ-ə məxsus Kulevi neft terminalına tərəf hərəkət edir. Onların məqsədi məlum deyil. Bir neçə gün əvvəl rus hərbçiləri yaxınlıqdakı meşələrdə gürcü əsgərlərinin gizləndiyini deyərək ərazini bombalayacaqları haqda terminalın işçilərinə xəbərdarlqı etmişdilər. Nəticədə terminal boşaldılıb. Xatırladaq ki, Kulevi terminalı Azərbaycana 350 milyon dollara başa gəlib, ARDNŞ artıq terminaldakı işçilərini evakuasiya edib. Digər məlumata görə, ruslar Poti yaxınlığında Gürcüstan hərbi hava qüvvələrinin kəşfiyyat bazasına daxil olaraq oranı dağıdıblar. F.MƏMMƏDOV musavat
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi